Qara zirə və yağının müalicə reseptləri İzah:
1. Əvvəlcə xəstəliyin adı qalın şriftlə qeyd olunur, sonra isə imkan daxilində müxtəlif məxəzlərdən əldə etdiyimiz müalicə reseptləri, üsulları, qaydaları, qara zirə yağının və ya toxumlarının hazırlanması, miqdarı və sair məlumatlar verilir.
2. Xəstəliklər sıra nömrələri ilə düzülür. Lakin bu sıra nömrələri ikinci fəslin “Qara zirənin tətbiq edildiyi sahələr” başlığı altında verilmiş xəstəliklərin sırası ilə üst-üstə düşməyə bilər. Buna baxmayaraq göstərilən bütün xəstəliklər haqqında üçüncü fəsildə malik olduğumuz məlumatlar tam verilir.
3. Qara zirə qəbul edilərkən xəstəlik və ona məxsus müalicə qaydaları haqqında qeydlər diqqətlə oxunmalı və göstərilənlərə əməl olunmalıdır.
Reseptlərdən bəhs etməzdən öncə bir sıra məlumatlardan xəbərdar olmağınız da yerinə düşərdi. Belə ki, Qara zirə hüceyrələrdəki metabolizm fəaliyyətinə kömək edir. Hüceyrələrin inkişafı və yeniləşməsində qara zirəyə ehtiyac vardır. Bədənə lazım olan hormonların inkişafına təsir edir. Qara zirə allergiyanın yaranması ilə bağlı olan histamin kimi maddələrin artmasının qabağını alır. Hormonların yaranmasında iştirak etdiyi üçün möhkəm bir hormon müdafiəsi və sinir sisteminin fəaliyyətini təmin edir, immun blokadasının aradan götürülməsinə kömək edir, müdafiə hüceyrələrinin lazım olduğundan artıq iş görməsini əngəlləyir, hüceyrələrin məhv olması, yeniləşməsi və hüceyrə divarlarının möhkəmlənməsində iştirak edir, qanda xolesterolu normallaşdırır, qan damarlarındakı qanın sürətini tənzimləyir və tıxanmaların qarşısını alır, qan təzyiqini endirir, nəbzi normaya salır və ürəkdə ilk infarkt riskini azaldır, yaralanmış yerlərin tez yaxşılaşmasına və dərinin qüsurlarının aradan qaldırılmasına kömək göstərir. İnsan orqanizmi doymamış yağ turşularının istehsal etmədiyi üçün onları xaricdən almağa məcburdur. 1 qram qara zirə yağı bu baxımdan gündəlik tələbatımızı təmin edir. Qara zirədəki niqellon və alfapinen kimi efirli yağlar tənəffüs borusunu genişləndirir, əzələlərin genişlənməsinin qarşısını alır. İfrazatı normaya salır və öskürəyi sakitləşdirir, iltihabı aradan qaldırır, ağrıları kəsir və sidiyi bayıra qovur. Uzun müddət ardıcıl qəbul edildikdə qara zirə qanda şəkəri aşağı salır. Bu qədər ecazkar mahiyyətə malik və Allahın Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) tərifinə layiq olan qara zirə bundan öncə sadaladığımız özəllikləri ilə aşağıdakı xəstəliklərdə və çatışmazlıqlarda son dərəcə müsbət nəticələr almaq üçün faydalıdır. (Xəstəliklər və onların qəbul edilməsi üçün zəruri olan proseduralara keçməzdən öncə deməliyəm ki, qara zirə toxumunu və ya yağını qəbul etməzdən əvvəl siqaret çəkən şəxslər siqareti atmalıdır.)
1.Baş ağrısı: 1 xörək qaşığı üyüdülmüş qara zirə, 1 xörək qaşığı üyüdülmüş cirə (anise seed) və 1 xörək qaşığı üyüdülmüş mixək qarışdırılaraq, yeməkdən öncə 1 çay qaşığı qəbul edilir. Əvvəlcə ağızda o qədər saxlanılır ki, yumşalsın və udulmaq üçün rahat olsun və bundan sonra udulur. Qarışığı qəbul edərkən qətiyyən üstündən su içilməməlidir. Çay qaşığının yarısı qədər qara zirə yağını gündə iki-üç dəfə qəbul etmək.
2.REVMATİZM: Az miqdarda qara zirəni zeytun yağı ilə qarışdıraraq bir qədər qızdırmaq və tez-tez ağrıyan yerə çəkmək (sürtmək). Həmçinin yatmazdan qabaq qaynadılmış qara zirənin balla qarışdırılmış suyunu için.
Dostları ilə paylaş: |