Qarabağ tarixən Azərbaycan torpağıdır. Bunu təsdiq etmək üçün qısa arayış verməyi də özümüzə borc bilirik. Qarabağ öncə Qafqaz Alban dövlətinin tərkibində olmuşdur



Yüklə 15,53 Kb.
tarix23.10.2022
ölçüsü15,53 Kb.
#65961
Qarabağ tarixən Azərbaycan torpağıdır


Qarabağ tarixən Azərbaycan torpağıdır. Bunu təsdiq etmək üçün qısa arayış verməyi də özümüzə borc bilirik. Qarabağ öncə Qafqaz Alban dövlətinin tərkibində olmuşdur. Qafqaz Albaniyası dövründə Qarabağ Ərsaq adlı vilayət kimi tarixə düşmüşdür. Ərsaq on iki xırda inzibati dairəyə bölünürmüş. Onun əhalisi qarqarlar, utilər, hunlar və xəzərlərdən ibarət olmuşdur.
Qarabağın şifahi xalq yaradıcılığı onun tarixinin ən zəngin abidəsidir.. Qarabağ folklor nümunələri Qarabağ haqqında ümumi təsəvvür yaradır. Qarabağın bayatısı, lətifəsi, nəğməsi, aşığı, nağılı, əfsanəsi, dastanı, Ağdam, Şuşa, Füzuli, Tərtər, Bərdə, Ağcabədi, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı bir-biri ilə qovuşur və bu nümunələr ümumi bir ahəng yaradır. Vətənin işğalı bu dəyərlərin dağıdılmasına səbəb oldu. Bu məkanın həm də Azərbaycanın regional aşıq mühitlərindən biri olduğu hər kəsə məlumdur.
Qarabağ dastanları ilə də zəngindir. Eyni zamanda maraqlı aşıq rəvayətləri folklor nümunələri içərisində xüsusi yer tutur. Qarabağda məhəlli gülüş qəhrəmanları, bir az da dəqiq desək, Qarabağın baməzə və hazırcavab adamları sırasında Abdal Qasım - Ağdamın Abdal-Gülablı kəndindən, Abbasqulu Ağa Şuşadan, məşhur bəy nəslindəndir. Dəli Yavər, Dəllək Abbas Ağcabədidəndir. Abdal Qasım, Dəllək Abbas, Dəli Yavər və başqalarının yüzlərlə lətifəsi toplanmışdır. Qarabağın şənlik günlərində bu lətifələr insanların gülüş dünyasını bəzəmişdir. Bu dilbər məkan baməzə adamlarla həmişə zəngin olmuşdur. Ağdamın Gülablı kəndindən qarmonçalan Şakir (onun lətifələri el-oba arasında geniş yayılıb lətifə söyləyicisi kimi bölgədə məşhurdur. Belə lətifə söyləyiciləri Qarabağın hər bölgəsində vardır.
Qarabağ folklorunun yer aldığı yeni cild İlkin Rüstəmzadə və Zəfər Fərhadov tərəfindən toplanmışdır. Nümunələr Qarabağın Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından qeydə alınmışdır. Folklor nümunələri bu xalqın mənəviyyatını özündə yaşadır. Qarabağ folkloru bütün dəyərlərini bir bütöv, tam kimi birləşdirir. Toplama işləri göstərir ki, Qarabağın özünəməxsus folklor dünyası rəngarəngdir və bu aləmin zəngin söz xəzinəsi ayrı-ayrı sinədəftərlərin yaddaşındadır. Toplayıcılar qeyd edirlər ki, hələ də sinədəftər, yaşlı, zəngin repertuarı olan söyləyicilər vardır. Onlar Ağdam rayon sakini Əli Rəmdər oğlu Seyidov və Cəbrayıl rayon sakini Gözəl Behbud qızı Təhməzovanın adını çəkir, topluya daxil edilmiş folklor nümunələrinin, demək olar ki, üçdə birinin bu iki söyləyicidən toplanılıb yazıya alındığını xatırladırlar(
Burada pirlər və ocaqlar haqqında olan folklor örnəkləri də az deyil. “Aşıq Qurbani piri”, “Qarqışlaq piri”, “Seyid Rza ocağı”, “Lələ ocağı”, “Cəbrayıl ata piri”, “İnam ocağı”, “Yel piri”, “Qaradərə piri”, “Qırxlar piri”, “Dağdağan piri”, “Mərmər piri”, ”Pir Abıy”, “Çaxırlı piri”, “Ərəstə ocağı”, “Düldül piri ” kimi pirlər və ocaqlar bir tərəfdən Qarabağ əhalisinin dini inanclarla bağlı olduğunu göstərirsə, o biri tərəfdən bu ərazinin , Qarabağın pirlər, övliyalar yurdu olduğunu təsdiqləyir
Müasir Azərbaycan folklorşünaslığının qarşısında duran aktual problemlərdən biri Qarabağ folklorunun toplanılıb yazıya alınması və tədqiq məsələsidir. Bunlardan birincisi (Qarabağ folklorunun yazıya alınması) təcili və təxirəsalınmazdır. Çünki Qarabağın yerli əhalisi Azərbaycanın müxtəlif bölgələrinə səpələnərək didərgin həyatı yaşamaqdadır. Onların çoxu vətən həsrəti və yurd itkisinə dözməyib vəfat edir, sinələrindəki ipə-sapa düzülməmiş folklor incilərini də özləri ilə aparırlar. Buna görə də folklor toplaması işi ardıcıl davam etdirilir.
Yüklə 15,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin