DAĞLIQ QARABAĞDA ERMƏNİ TERRORU
QARADAĞLI FACİƏSI
17 fevral 1992-ci il
Bakı 2010
2
Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilmişdir.
Müəllif: tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı
3
Mündəricat
Ön söz
I Faciədən əvvəl kəndin vəziyyəti
II Qaradağlının işğalı
III Faciənin canlı şahidləri
4
Ön söz
Azərbaycanın çağdaş tarixinin dərindən öyrənilməmiş səhifələrindən biri də XX əsrin sonlarında yenidən
qızışdırılan Dağlıq Qarabağ münanaqişəsi zəminində azərbaycanlıların yaşadığı kənd və rayonlarda törədilən
soyqırım hadısələridir.
Bu hadisələr zamanı çoxlu sayda yerli azərbaycan əhalisi erməni işğalçıları tərəfindən məhv edilməklə
yanaşı, xeyli maddi – mədəniyyyət abidələri də məhv edilmişdir. Münaqişə başlayandan 547 memarlıq
abidəsi, o cümlədən 5 dünya, 393 ölkə və 149 yerli əhəmiyyətli memarlıq abidəsi, 205 arxeoloji abidə, 927
kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 monument, 22 muzey, 4 şəkil qalereyası, 10
mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi dağıdılmış, beynəlxalq əhəmiyyətə malik
40 minə yaxın qiymətli və XI-XIX əsrlərin nadir muzey əşyaları, erməni təcavüzkarları tərəfindən qarət
edilmişdir.(1) Dağlıq Qarabağ probleminin 1988 – 2010 – cu illər tarixşünaslığının tədqiqi göstərir ki, bu
mövzuda çoxlu sayda kitab və məqalələr yazılıb. (2) Lakin bunların mütləq əksəriyyəti yalnız yerli oxucu
üçün nəzərdə tutulduğundan bu nəşrlərdən beynəlxalq ictimaiyyət demək olar ki, xəbərsizdir.
Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ildə qəbul etdiyi Xocalı soyqırımı günü haqqında
qərarından sonra Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılmasında bir sıra məqsədyönlü işlər
görülüb.
Xocalı faciəsi haqqında bir sıra kitab və məqalələr yazılıb (3), faciənin baş verdiyi dövrdə hətta müxtəlif
xarici KİV - lərdə hadisə barədə məlumatlar yayılıb.(4)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) da Xocalı
soyqırımının haqqında obyektiv məlumatların dünyaya çatdırılmasında bir sıra mühüm işlər həyata keçirib və
3 kitab nəşr edib.(5) Kitabların elektron variantı
www.avciya.az
saytına yerləşdirilib. Assosiasiya 2006 - cı
ildə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması tələbilə kütləvi imzatoplama kampaniyasına başlayaraq
bir milyon Azərbaycan vətəndaşının imzası toplanmış və “Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici
mətbuatda)” adlı kitabı azərbaycan, ingilis, rus dillərində nəşr edib müxtəlif beynəlxalq qurumlara göndərib.
Xocalı faciəsi ilə əlaqədar informasiya blokadasını yarmaq sahəsində müəyyən işlər görülsə də, digər
faciələr haqqında bunu etmək çox təəssüf hələ ki, mümkün olmayıb. Diqqətdən kənarda qalmış və az
öyrənilmiş belə faciələrdən biri
Xocavənd rayonu Qaradağlı kəndində baş vermiş faciədir.
Hətta Azərbaycan
Respublikası Milli Məclisin rəsmi saytında (www.meclis.gov.az) - Münaqişələrin tarixi “Ermənistanın
Azərbaycana təcavüzü” başlıqlı yazının 1992 – ci ilə aid xronologiyasında da Qaradağlı faciəsi haqqında
məlumat yoxdur. Fikrimizcə bunu əsas səbəbi Dağlıq Qarabağda erməni cinayətlərinin həddən artıq çox
olması və bu cinayətlərin əksəriyyəti haqqında informasiya qıtlığının mövcudluğudur.
Çağdaş tarixdə dünyanın digər bölgələrində də Qaradağlı faciəsinə oxşar hadisələr baş verib və
beynəlxalq ictimaiyyət bunlar barədə kifayət qədər məlumatlıdırlar. Məsələn, 1995-ci ilin iyulunda serb etnik
millətçiləri tərəfindən Bosniyanın Srebrenitsa şəhərində 17-70 yaş arası olan 10 mindən artıq müsəlman
əhalini kütləvi şəkildə qətlə yetirmış, insanlar diri-diri kütləvi məzarlıqlarda basıdırılmışdır. Bu dövrdə
Bosniyanın 13 yaşayış məntəqəsində müsəlmanlara qarşı kütləvi qətliamlar həyata keçirilib. Bu hadisələrdə
200 mindən artıq günahsız insan qətlə yetirilib, minlərlə insan yaralanıb, 2 milyondan artıq adam qaçqına
çevrilib. Bosniyanın 13 yaşayış məntəqəsində baş verən soyqırımdan, BMT, Avropa Parlamenti və digər
beynəlxalq qurumlar heç olmasa birini, Srebrenitsa soyqırımını tanımasına baxmayaraq, ermənilərin
azərbaycanlılara qarşı törətdikləri çoxsaylı soyqırımlarla bağlı hələ ki, susmağa üstünlük verirlər.(6)
Qaradağlı faciəsinin canlı şahidləri bu faciəni Xocalı soyqırımı
ilə müqayisə edilə biləcək faciə kimi
qiymətləndirirlər. Bəziləri Qaradağlı faciəsini ikinci Xaocalı faciəsi adlandırılar.
Dağlıq Qarabağda Xocavənd rayonunun Qaradağlı kəndi və azərbaycanlıların yaşadığı digər yaşayış
məntəqələrində baş vermiş cinayətlər haqqında uzun müddət mövcud olmuş informasiya qıtlığının əsas
səbəbləri fikrimizcə aşağıdakılardır:
•
Hadisələrin baş verdiyi dövrdə Mockvadan idarə olunan yerli hakimiyyətin faciələri haqqında
məlumatları ört- basdır etməyə, ictimaiyyətdən gizlətməyə çalışması;
•
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda siyasi sabitliyin pozulmasında maraqlı olan daxili
və xarici qüvvələrin faciələrdən öz məqsədləri üçün istifadə etmək cəhdləri;
•
SSRİ – nin dağılmasında maraqlı olan beynəlxalq qüvvələrin bu facələrə biganə qalması;
•
Faciələrin baş verdiyi ərazilərin dünyadan təcrid edilməsi, həmin ərazilərdən informasiya əldə
etməyin olduqca çətin və təhlükəli olması;
•
Cinayətkarların öz vəhşiliklərinin izini itirmək üçün müxtəlif qabaqlayıcı tədbirlər görməsi;
•
Faciələrin baş verdiyi dövrdə Azərbaycanın haqq səsinin beynəlxalq qurumlar tərəfindən
eşidilməməsi və ya onların Azərbaycanın haqq səsini eşitmək istəməmələri və s.
5
Qaradağlı faciəsi haqqında informasiya qıtlığının olmasına baxmayaraq canlı şahidlərin verdiyi
məlumatlar çağdaş tarixin bir sıra qaranlıq səhifələrinə işıq salınmasına kömək edir.
Qaradağlı faciəsi ilə bağlı tədqiqat işləri apararkən məlum olmuşdur ki, “Qaradağlı” adında Azərbaycanın
16 rayonlarında eyni adlı kənd mövcuddur. Konkret olaraq Azərbaycan Respublikasının Şəki, Xaçmaz,
Gədəbəy, Salyan, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Beyləqan, Tərtər, Goranboy, Kəngərli, Bərdə,
Ağaş, Ucar rayonlarında, bundan başqa tarixi Azərbaycan ərəzisi olan, hazırda Rusiya Federasiyasının
Dağıstan MR tərkibindəki Dərbənd rayonda da əhalisi azərbaycanlılardan ibarət Qaradağlı kəndi var. Hətta
Ermənistan SSR-in azərbaycanlılar yaşayan Qəmərli (Artaşat) rayonunda da Qaradağlı kəndi olub. Lakin
sonradan kəndin adı dəyişdirilib. Cənubi Azərbaycanda Qaradağ vilayətinin olması, Xürrəmilərin əsas
iqamətgahı olan Bəzz qalasının bu vilayətdə yerləşməsi, Azərbaycan xalqının qəhraman oğlu, 1905 - 1911 –
ci illər hərəkatının lideri, “Sərdari milli” adını almış Səttar xanın burada anadan olması və s. faktlar
qaradağlıların tarixən qəhrəman və mərd insanlar olduğunu sübut edir. (7) Bundan başqa Xocavənd atlılarının
I və II Rus – İran müharibəsində rus işğalcılarına qarşı göstərdiyi qəhrəmanlıqlar haqqında hətta xarici
tarixçilərin kitablarında (8) geniş məlumatlar verməsi bu torpaqda yaşayan əhalinin vətən uğrunda canından
keçməyə hazır olan mərd insanlar olduğunu göstərir.
Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər rayonlarının Qaradağlı kəndlərinin də işğal altında olduğunu və
faciələr yaşadığını nəzərə alsaq, deməli tədqiq olunan problemi digərləri ilə qarışdırmamasına ciddi ehtiyac
var. Cənubi və Qafqaz ərazisində, həmçinin Cənubi Azərbaycan ərazisində Qaradağlı adlı kəndlər çox olsa da
çağdaş tarixdə Xocavəndin Qaradağlı kəndi, başına gətirilən faciələrin, dəhşətlərin miqyasına görə
digərlərindən fərqlənir.
Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri və Respublika Prokurorluğunun birgə istintaq-əməliyyat
qrupunda Xocalı, Qaradağlı, Meşəli, Bağanıs Ayrım və digər Azərbaycan kəndlərində ermənilərin törətdikləri
cinayətlərlə bağlı 286 nəfərin insanlıq əleyhinə cinayətlərdə günahkar bilinərək, təqsirləndirilən şəxs qismində
məsuliyyətə cəlb olunması üçün qərar qəbul edilib. Əməliyyat-istintaq qrupunda Qaradağlı soyqırımı ilə bağlı
6 nəfər barəsində məsuliyyətə cəlb etmə qərarı verilib. Bundan başqa Qaradağlı soyqırımı ilə bağlı kifayət
qədər şübhəli şəxs müəyyən olunub. Onların təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması
istiqamətində işlər davam etdirilir.(9)
Qaradağlı faciəsi ilə bağlı yuxarıda qeyd olunan faktlar erməni vəhşiliklərinin çox az hissəsinin əhatə edir.
Canlı şahidlərin gözləri ilə gördükləri, ermənilər tərəfindən kənd sakinlərinin diri - diri silos quyularında
basdırılması və s. kimi dəhşətli faktlardan əksəriyyətin xəbəri yoxdur.
Xocavənd rayonunun Qaradağlı kəndinin faciəsinə aid son illər bir sıra kitab və məqalələrin nəşr olunması
müsbət haldır.(10) Lakin bu işlərin daha da genişləndirməsinə, içtimaiyyətdən gizli qalan yeni - yeni faktları
üzə çıxarılmasına və toplanmış materialları azərbaycan dili ilə yanaşı, dünya xalqlarının dillərində nəşr edib
yayılmasına ciddi ehtiyac var.
6
I Faciədən əvvəl Qaradağlının vəziyyəti
Qaradağlı kəndi Xankəndi və Xocavənd (Martuni) şəhərlərini birləşdirən asfalt yolun üstündə, 14
erməni kəndinin əhatəsində yerləşmiş və 800 evdən ibarət olan böyük bir azərbaycan kəndi idi. Sovet
hakimmiyyyəti dövründə kəndin qonşuluğundakı Vərəndəpi, Bəhrəmli və Xanlıq adlı azərbaycan kəndlərinin
əhalisi köçməyə məcbur edilmiş, onların torpaq sahələri isə erməni kəndlərinə verilmişdi.
Çar
Rusiyası dövründə və sovet hakimiyyəti illərində ermənilər Dağlıq Qarabağın azərbaycanlı
əhalisinə, o cümlədən Qaradağlı sakinlərinə qarşı müxtəlif təxribatlar törətmişdilər. Belə bir təxribat 1967- ci
ildə olmuşdur. Həmin ildə milli münaqişə yaratmaq üçün ermənilər üç nəfər azərbaycanlıya, əslən Qaradağlıdan
olan şəxslərə böhtan ataraq onları həbs etdirmişlər. Onlar məhkəmədə bəraət almalarına baxmayaraq erməni
quldurları günün günorta çağı Xankəndində, sovet əsgərlərinin gözü qarşısında həmin günahsız insanların
üstlərinə benzin töküb yandırmışlar.
Sovet
dövründə Qaradağlı kəndi bir müddət ermənilər yaşayan Qağarza və Baravat kəndləri ilə eyni bir
kolxozda birləşdirilmişdi. Kolxozun bütün rəhbər işçiləri ermənilərdən təyin edilirdi. Ermənilər daima
Qaradağlıların hüquğunu tapdalayır, kəndin rəhbərliyinə yaxın buraxmır, əmək haqlarını mənimsəyirdilər. 1971-
ci ildə Qaradağlılar hökumət qarşısında erməni kəndlərindən ayrılmaq, müstəqil kolxoz yaratmaq məsələsini
qoyaraq məqsədlərinə nail olmuşdular. Həmin ildən Qaradağlı camaatı ayrılaraq Nərimanov adına kolxoz
təsərrüfatında birləşmişlər. Ayrılma zamanı Xocavənd rayonunun erməni rəhbərləri əvvəlki kolxozun ümumi
əmlakından Qaradağlıya heç bir pay verməmişlər. Hətta Qaradağlılara dədə-baba torpaq sahələrindən istifadəyə
belə imkan verilmirdi. Nəhayət gərgin mübarizə nəticəsində onlar müəyyən qədər əmlak payı, o cümlədən
Nərgiz Təpə deyilən yerdən 100 hektar əkinə yararlı torpaq sahəsi ala bildilər. Bu sahə kənddən 30 kilometr
aralı olsa da kolxozun inkişafında mühüm rol oynamışdı.
Müstəqil fəaliyyətinin beşinci ilində Nərimanov adına kolxoz Xocavənd (Martuni) rayonunda ən qabaqcıl
təsərrüfatlardan birinə çevrilmişdi.
Xocavənddə 1988-ci ilin fevral ayının 12-də keçirilən iclasda həmişə olduğundan fərqli olaraq iclasın
ancaq erməni dilində aparılması, azərbaycan dilində danışmağa imkan verilməməsi, iclasdan sonra ermənilərin
azərbaycanlılara qarşı təhqiramiz fikirlər səsləndirməsi, əllərində Azərbaycan dövləti əleyhinə şüarlar tutmaları,
səhəri günü Xankəndində keçirilmiş fəallar yığıncağında da ermənilərin eyni hərəkətlər etməsi Qarabağın bütün
azərbaycanlı əhalisini, o cümlədən Qaradağlıları da narahat etməyə başlamışdı. Bundan sonra Xankəndində və
Qarabağın ermənilər yaşayan bütün şəhər və kəndlərində millətçi nümayişlər və mitinqlər başlandı.
Bundan dərhal sonra bir qrup Qaradağlı kəndinin sakini Ağdama gedərək rayon rəhbəriyinə erməni
təxribatları haqqında Bakıya məlumat verilməsini və ciddi tədbir görülməsini tələb etmişdilər. Onlar həmçinin
erməni təxribatları haqqında Respublika və SSRİ rəhbərlərinin ünvanına yazılı müraciətlər də göndərmişdilər.
Rəhbərlik təxribatların qarşısını almaq əvəzinə Qaradağlıların şıkayət məktublarını tədbir görmək üçün vilayətin
erməni rəhbərlərinə göndərirdilər ki, bu da onların vəziyyətini daha da ağırlaşdırırdı. Respublika rəhbərliyi
tərəfindən Qarabağın digər azərbaycanlı əhalisi kimi taleyin hökmünə buraxılan Qaradağlılar özləri acınacaqlı
vəziyyətdən çıxış yolunu axtarmağa məcbur olmuşdular. Kəndin nüfuzlu şəxslərindən, rayonun Tədarük
İdarəsinin rəisi Məzahir Ağalarov, Xocavənd (Martuni) rayonu İcra hakimiyyətində işləyən yeganə azərbaycanlı
Nüsrət Əzizov, kənd məktəbinin direktoru Nobil Zeynalov, Cahid Məmmədov, Soltan Bayramov Qaradağlını
erməni təxribatlarından qorumaq üçün bəzi tədbirlər görməyə başlamışlar.
Kəndin belə ağır vəziyyətində əslən Qaradağlı, Rusiya ordusunda zabit kimi xidmət edən, baş leytenant
Ədalət Məmmədov 1988-ci il mart ayında həmkəndlilərinin müracətinə cavab olaraq öz doğma kəndinə qayıtdı.
Kəndin müdafəsinin təşkilində Ədalət Məmmədova kənd məktəbində hərbi hazırlıq müəllimi, ehtiyatda olan
zabit Telman Tağıyev, Məmməd Məmmədov, Məhəmmədəli Bayramov və digər vətənpərvər oğullar yaxından
kömək etmişdilər. Qaradağlıda AXC özəyinin sədri Ağalar Məmmədovun könüllü müdafiə dəstəsinin
yaradılmasında mühüm rolu olmuşdur. Onun təşkil etdiyi özünümüdafiə dəstəsinin Ədalət Məmmədovun
sərəncamına keçməsi kənddə müdafiə batalyonunun yaradılmasına yaxından kömək etdi. Kəndin könüllüləri
hərbi hazırlıqlara başlasalar da, kəndi müdafiə etmək üçün silahın olmaması ciddi çətinliklər yaradırdı. Dağlıq
Qarabağda erməni təxribatları başladıqdan sonra 1988 – 1989 – cu illərdə rəsmi strukturlar Qaradağlı kəndində
üç dəfə silahyığma əməliyyatı keçirmiş, əhalidə olan adi ov silahlarını belə tamamilə müsadirə edilmişdir.
Vəziyyətdən çixmaq üçün Qaradağlılar ətraf rayonlarda yaşayan dostlarına, tanışlarına müracət etmiş, onlar da
müəyyən qədər ov tüfəngi taparaq Qaradağlının müdafiəçilərinə göndərmişlər.
Münaqişə başlanandan bir neçə ay sonra Azərbaycan rəhbərliyi gec də olsa Qaradağlının problemləri ilə
maraqlanmağa başladı. O zaman Qaradağlının ətraf erməni kəndləri və rayon mərkəzi ilə əlaqəsi kəsilmiş,
işləyənlər işdən qovulmuşdular. Problemi həll etmək üçün kənddə çörək sexi, maqazalar, yeməkxanalar
fəaliyyətə başladı. Qaradağlıda Bakı şəhəri 1 saylı tikiş fabrikinin və Gəncə Xalça Zavodunun sexləri, Bakı
soyuducular zavodunun filialı açıldı. Bundan başqa məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi və
xəstəxana binalarının inşasına başlanıldı. Gənc ailələrə ayrılmış həyətyanı torpaq sahələrində 60-a qədər yeni
evlər tikildi. Bundan başqa Qaradağlının müdafiəsi ilə bağlı da müəyyən işlər görüldü. Azərbaycan SSR Daxili
7
İşlər Naziri 30 nəfər Qaradağlı gəncini milis işçisi kimi işə qəbul edərək kəndin müdafiəsinə göndərməsi,
Ağdamdan polis işçilərinin növbə ilə Qaradağlıya ezam edilməsi kəndin müdafiə güçünü bir qədər artırmışdı.
1989-cu ilin ortalarından başlayaraq ermənilərin Qaradağlı kəndinə qarşı təxribatları getdkcə daha da
gücləndi. Həmin il oktyabr ayının 12-də bir dəstə erməni qulduru kəndin yaxınlığındakı mal fermasına basqın
edərək mal-qaranı ələ keçirmiş, ferma binasına və ot tayalarını yandırmışlar. Kəndin müdafiəçilərindən Ədalət
Məmmədov, Faiq Tağıyev, Qərib Mustafayev, Nazim Vəliyev özünü hadisə yerinə yetirərək çətinliklə də olsa
quldurları geri oturda bilmişlər.
1989 – cu ilin dekabrında kənd əhalisini vahiməyə salmaq və onları qaçmağa məcbur etmək üçün
ermənilər hər axşam yanacaqla dolu alovlanan çəlləkləri ətraf dağlardan aşağı buraxmağa başlamışdılar.
Müdafiəçilərin gördükləri tədbirlər nəticəsində ermənilərin bu vəhşiliklərinin də qarşısı alındı.
1990
–
cı il yanvarın 15-də 20 nəfərə qədər silahlı erməni Qaradağlıya yaxınlaşıb kəndin kənarındakı
evləri atəşə tutmuşlar. Özünü hadisə yerinə çatdıran müdafiəçnlər ilk açıq silahlı döyüşə girirərək düşməni geri
oturtmuşdular. Erməni quldurları 10 aprel 1990 – cı il tarixdə yenidən kənddə hücüm etmişdilər. Atışma zamanı
kənd sakini İlqar Əliyev ağır yaralanmışdı.
1990-cı il noyabr ayının 24-də saat 17- 00 radələrində Qaradağlıdan Ağdama gəlin aparan maşın
karvanı, kəndin 5 kilometrliyində rus hərbi paltarı geymiş erməni quldurlarının təcavüzünə məruz qalmış, həmin
hadisədə 3 nəfər qaradağlı həlak olmuşdu. Quldurlar hadisə yerini mühasirəyə alaraq meyidləri aparmağa
gələnləri irəli buraxmır, prezident Ayaz Mütəllibovun gəlməsini tələb edirdilər. İki saatdan sonra, çətinliklə də
olsa camaat meyidləri erməni quldurlarının əlindən ala bilmişdi.
Bu
hadisədən sonra Qaradağlı müdafiəçiləri kəndin ətrafında güclü müdafiə postları, istehkamlar və
səngərlər qurmaq qərarına gəldilər. Kəndin ətrafında 5 post yaradılıb etibarlı müdafiə qurğuları ilə təhçiz
olundu.
Xankəndindən gələn yolu üstündə üç post qurulmuşdu. Xocavənd rayonu istiqamətində, kəndin
girişində yaradılmış post əhəmiyyətinə görə birinci post hesab olunurdu. Bu postun keşikçilərlə təmin
olunmasını məktəb direktoru Nobil Zeynalov öz üzərinə götürmüşdü. Orada əsasən Nobil müəllimin şagirdləri
olmuş gənclər və məktəblilər keşik çəkirdilər.
Asfalt yoldan azca aralı kolxoz idarəsinin yaxınlığında qurulmuş post ikinci hesab olunurdu. Mirzəli və
Zahir bu postun məsuliyyətini daşıyırdılar.
Kəndin çıxışında asfalt yolun üstündə qurulmuş 3-cü postda Nazim, Qərib, Telman, Vidadi və başqaları
dayanırdılar.
Kəndxurə istiqamətində qurulmuş 4-cü post da mühüm postlardan biri idi. Kənddə olan basqınların
əksəriyyəti bu istiqamətdən olurdu. Burada Faiq, Rabil, Xudayat və onların dostları keşik çəkirdilər. Nəhayət,
5-ci post kəndin ortasında keçən Xonaşen çayının üstündə, Zinki dərəsinin qarşısında yaradılmışdı. Zinki
postunun qorunması Məmməd, Şamil, Əlqəmə və Ələddin kimi cəsur oğullarına tapşırılmışdı. 1990-cı ilin
noyabr ayından başlayaraq bütün postlarda fasiləsiz olaraq silahlı müdafiəçilər keşikdə dayanırdılar.
1991-ci
ilin
əvvəllərində baş vermiş faciə vəziyyəti daha da gərginləşdirdi. Yanvarın 10-da kəndin
nüfuzlu şəxslərindən olan Sultan Bayramov erməni quldurlarına qarşı birgə mübarizə tədbirləri hazırlamaq üçün
qonşu Əmrallar kəndinə getmişdi. Sultan Qaradağlıya qayıdanda kəndə çatmamış birinci postdan 4 kilometr
məsafədə onun mindiyi “UAZ-469” markalı 53-55 AQT dövlət nişanlı minik maşını ermənilər tərəfindən qəfil
atəşə tutulur. Maşının sürücüsü Kərəm Tağıyev maşını sürüb kəndə çatdırsa da Sultan Bayramovun həyatını
xilas etmək mümkün olmur. O, iki saatdan sonra aldığı yaralardan dünyasını dəyişir.
Sultanın dəfn günü Laçın-Şuşa yolunda jurnalist Salatın Əsgərovanın ermənilər tərəfindən öldürülməsi
xəbəri kəndə yayıldı. Bu xəbərdən hiddətlənən dinc əhali erməni quldurlarının vəhşiliyinə etiraz üçün onların
yaşadıqları kəndlərə doğru yürüşə çıxdılar. Lakin kəndin müdafiəçilərindən bir qrupu qabağa çıxaraq əhalini
boş əllə erməni quldurlarının üstünə getməyin mənasız olduğunu bildirərək, onları dayandırmağa müvəffəq
oldular.
Bu
faciəli hadisədən sonra qaradağlılar erməni təxribatlarının qarşısını almaq üçün əməliyyat planı
hazırladılar. Əməliyyata Ədalət Məmmədov rəhbərlik edirdi. Əməliyyat qrupuna - İlqar Hüseynov, Elmidar
Bayramov, Telman Tağıyev, Eldar Dadaşov, Rafiq Quliyev, Qərib Mustafayev, Məmməd Məmmədov və
Məmməd Mustafayev daxil idi. Onlar iki dəstəyə ayrılıb Xankəndi-Xocavənd yolunu həm girişdən, həm də
çıxışdan nəzarətə aldılar. Kəndin müdafiəçiləri tərəfindən Xankəndindən Xocavəndə tələsən, içində 6 erməni
quldurun olduğu “UAZ” markalı maşın ələ keçirilərək, məhv edildi. Beləliklə də, Sultan Bayramovun, Salatın
Əsgərovanın və digər şəhidlərin qisası qudurlardan alındı. Ermənilər ancaq üç gündən sonra rus hərbiçilərinin
müşaiyəti ilə gəlib meyidlərini meşədən apardılar. Bundan sonra Xankəndi - Xocavənd yolunda ermənilərin
hərəkəti dayandı. Bu qisas əməliyyatında Qaradağlı müdafiəçiləri altı ədəd xarici avtomat, bir ədəd ov tüfəngi
və xeyli patron ələ keçirdilər.
1991 – ci il martın 9-da erməni quldurları kəndin yaxınlığındakı mal fermasına qəfildən silahlı basqın
edib iki nəfəri qətlə yetirdilər. Həmin il, iyun ayının 28-də isə gecə saat bir radələrində Qaradağlı kəndi
ermənilər tərəfindən toplardan, pulemyotlardan və avtomatlardan şiddətli atəşə tutuldu. Kəndin bir neçə evini
8
alov bürüdü, bir neçəsi isə mərmi zərbəsindən dağıldı. Qadınlar, qocalar və uşaqlar düşmən atəşindən
qorunmaq üçün zirzəmilərə sığınmağa məcbur oldular.
Həmin gecə ən böyük faciə kəndin 5 kilometrliyində Vərəndəli sahəsində yerləşən fermada baş
vermişdi. Quldurlar kəndi atəşə tutmaqla yanaşı eyni zamanda fermadakı evlərə soxularaq altı nəfər günahsız
ferma işçisini də güllələmiş və izi itirmək üçün onları yanan evlərdən birinin içinə atmışdılar. Bundan sonra
onlar kənara çəkilərək ferma tam yanana qədər oranı atəş altında saxlamışlar.
Bəyverdi Novruov başda olmaqla faciə yerinə gələn kənd camaatı yanan otaqların birində üç nəfərin
güllədən dəlik dəlik olmuş, odun-alovun içində yanmış meyidlərini çıxara bilmişlər. Başqa bir otağın odu
sönduruldukdən sonra isə tamamilə yanmış digər üç nəfərin cəsədləri aşkar edilmişdi.
Şəhidlərin dəfnindən üç gün sonra Ruzigar Məmmədov Ağdam polis batalyonunun 2 nəfər əməkdaşı ilə
birlikdə əməliyyat planı hazırlayır. Onlar silahlanıb gecə erməni kəndi Kəndxurda tərəf gedir və nəzarət
postlarının birinin yaxınlığında mövqe tuturlar. Gecə erməni yaraqlılarının komandiri üç nəfərlə postları
yoxlamağa çıxarkən atasının və dayısının intiqamını onlardan alırlar.
Qaradağlı kənd sakinləri Çingiz Məmmədov, Kərəm Ağalarov və Şəfqət Məmmədova Qaradağlının
ağır günləri haqqında aşağıdakı məlumatı vermişlər:
“1991-ci il sentyabr ayının 8-də Ayaz Mutəllibovun prezident seçilməsi günü idi. Qaradağlılar səhər
tezdən seçki məntəqəsinə gəlib səs verirdilər. Səsvermədən sonra bazarlıq etmək üçün kənd sakinləri seçki
məntəqəsinin qarşısında dayanmış avtobusa minərək Ağdama getmişlər. Geri qayıdarkən avtobus Xocavənddən
3 kilometr aralıda hər tərəfdən avtomat atəşinə tutulmuş, avtobusda olan 40 nəfərdən 2 oğlan, 6 qadın qətlə
yetirilmiş, 23 nəfər ağır yaralanmışdır. Yaralılar təcili olaraq Ağdam xəstəxanasına çatdırılmışdır.”
Avtobus
faciəsindən sonra Qaradağlının cəsur gənclərindən Elnur Süleymanov, Xanalı Hüseynov və
Rayət Quliyev sentyabr ayının 25-də gecə silahlanıb, ermənilərin tutduğu Aşan kəndinin arxa hissəsinə
keçmişlər. Onlar kəndə yaxınlaşıb onun kənarı ilə gəzən üç nəfər silahlı erməni hərbiçisini atəşə tutub qətlə
yetirmişlər. Bu əməliyyat zamanı Rayət ağır güllə yarası alsa da, yoldaşları onu gizli meşə yolu ilə kəndə gətirib
oradan Beyləqan xəstəxanasına çatdırara həyatını xilas etmişlər.
8 sentyabr 1991 – ci il hadisəsindən sonra qaradağlıların nümayəndələri Məzahir Ağalarov, Nobil
Zeynalov 20 nəfərlə Bakıya gedərək, prezident Ayaz Mütəllibovla görüşmüş, ona Qaradağlının ağır vəziyyəti
barədə məlumat vermişlər.
A.
Mütəllibovla qaradğlılara kəndin müdafiəsi ilə şəxsən özü məşğul olacağına söz vermiş və bundan 3-
4 gün sonra 11 nəfərdən ibarət bir qrup hərbiçi Qaradağlıya göndərilmişdi. Onlar kəndin yuxarı hissəsində
Abbasovun evində yerləşmişdilər. Kəndin müdafiəçiləri həmin dəstə ilə birlikdə bir qisas əməliyyatı hazırlayıb
həyata keçirməyə müvəffəq oldular. 21 nəfərlik dəstə Vərəndətiyə gedən yolun kənarında yerləşən çoxlu erməni
quldurlarının toplaşıb keşik çəkdiyi, hərbi əhəmiyyətli məntəqə olan fermaya hücum edərək üç nəfər qulduru
zərəsizləşdirmiş, qalanlarını isə qonşu erməni kəndlərinə çəkilməyə məcbur etmişlər. Lakin təxminən 1 aydan
sonra kənddin mühafizəsinə kömək üçün göndərilmiş hərbiçilərin müəmmalı şəkildə geri çağrıldması
Qaradağlının ağır olan vəziyyətini daha da ağırlaşdırdı.
Dostları ilə paylaş: |