II Qaradağlının işğalı
Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər faktlar sübut edir ki,
dinc əhali öz döğma torpaqları uğrunda sona qədər mübarizə aparıb, son nəfəsə qədər döyüşmüşlər. Düşmənin
hərbi qüvələri ilə qeyri – bərabər döyüşlərdə mərdlik, şücaət göstərmiş yerli əhali, təklənməsinə, köməksiz
qalmasına baxmayaraq vətən uğrunda 5 ildən artıq düşmənə qəhrəmanlıqla müavimət göstərmişdir.
Təxribatların 1988 – ci ilin fevralından başladığını, Tuğ, Saləkətin kəndlərinin 30 oktyabr 1991, Xocavəndin
özünün 19 noyabr 1991, Naxullunun 10 yanvar 1992, Qaradağlının 17 fevral 1992 , Muğanlı, Əmirallar,
Kuropatkinin 02 oktyabr 1992, Xətainin 20 avqust 1993, Günəşlinin 23 avqust 1993- cü ildə işğal olunması
deyilənləri sübut edir.
Xankəndi ilə Xocavənd rayon mərkəzi arasında yerləşən Qaradağlı erməni kəndlərinin mühasirəsində
olduğundan Qarabağ münaqişəsinin başladığı ilk gündən fasiləsiz olaraq erməni quldur dəstələrinin aramsız
hücumlarına məruz qalmışdır. Ətrafındakı yüksəkliklərdən ara-sıra atılan atəşlər nəzərə alınmasa, 1988-ci ilin
fevralında 1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfə düşmən hücumu olmuşdu. Bu döyüşlərin hər birində
isə kənd sakinləri itkilər vermişlər. Ermənilərin Qaradağlıda insanlığa sığmayan vəhşiliklər törətməsinə şərait
yaradan əsas səbəblərdən biri kəndin Azərbaycanın digər yaşayış məntəqələri ilə torpaq əlaqəsinin kəsilməsi və
dörd tərəfdən mühasirəyə alınmış kəndin səmasında Azərbaycan vertolyotlarının mütəmadi atəşə məruz
qaldığından hava xətti ilə də heç bi köməyin göstərilməməsi idi.
1991-ci
ilin
yayından başlamış dinc əhalinin Qaradağlıdan çıxarılması əməliyyatı ilin sonunda demək
olar ki, tamamilə başa çatdırılmışdı. İşğal ərəfəsində Qaradağlını 125 nəfər müdafiə edirdi. Bunlardan yalnız 14
nəfəri Ağdamdan köməyə gəlmiş Milli Ordunun, 70 nəfəri isə Qaradağlı özünümüdafiə dəstəsinin döyüşçüləri
idi. Bundan başqa 17 nəfər yaşı 60-dan yuxarı olan kişi, 13 nəfər məktəb yaşlı uşaq əllərində silah vuruşmağa
hazır dayanmışdılar. 11 nəfər yaşı 50-dən yuxarı olan qadın könüllü kənddə qalaraq ərlərinə, oğullarına və
qardaşlarına arxa olub kömək edirdilər. Qəhrəman Azərbaycan qadınlarından Zivər, Sitarə, Tavar, Gərəkməz,
Mina, Minarə, Səadət, Mirvari, Minayə, Gülər və Həqiqət dekabr ayından başlayaraq 125 nəfərə yaxından
köməklik etmişlər.
1991-ci ilin noyabr ayının 20-də Qarakənd üzərində içərisində Azərbaycan dövlət rəsmilərinin də
olduğu vertolyotun ermənilər tərəfindən vurulması yerli əhalinin təşvişini daha da artırdı. Mühasirə
vəziyyətində olan kəndlə əlaqə ancaq vertalyotlar vasitəsilə mümkün idi. Bundan sonra kəndə gələn vertalyotlar
kənd əhalisinin bir hissəsini təhlükəsiz yerlərə aparmağa başlaılar. Erməni yaraqlıları demək olar ki, hər gün
kəndə həmlələr edir, müdafiəçilər bütün istiqamətlərdən olan atəşlərə atəşlə cavab verməli olurdular.
1992-ci il yanvarın 8-də ermənilər yenidən kəndə güclü hücuma keçdilər. Milli Ordunun və könüllü
müdafiə dəstəsinin döyüşçüləri bu hücumun qarşısını alıb quldurları geriyə çəkilməyə məcbur etdilər. Bu
döyüşdə Əliqismət Kərimov, Alov Əzizov, Namiq Hüseynov, Ərəstun Məmmədov, İlqar Hüseynov
qəhrəmanlıq köstərərək, çoxlu sayda erməni yaraqlısını zərərsizləşdirdilər. Döyüşdə ağır yaralanmış Məzahir və
Hidayət yanvarın 9-da kəndə gəlmiş vertolyotla Ağdam xəstəxanasına çatdırılsa da, Məzahirin həyatını xilas
etmək mümkün olmamışdır.
Yanvarın 12-də quldurlar kəndə gələn vertalyotun düşməsinə imkan verməmiş, buna görə də ekipaj
gətirdiyi ərzaq və sursatı vertolyotdan kəndə ataraq geri qayıtmağa məcbur olmuşdur. Lakin bir qədər sonra
çətinliklə də olsa Qaradağlıya enən bir vertalyotla şəhid Məzahirin dostları qayıdaraq onun qisasını alacaqlarına
and içmişlər. Onların sırasında Milli Ordunun döyüşçüsü Eldar Arazov da var idi.
Lakin
qüvvələr nisbəti bərabər deyidi. Canlı qüvvəyə, hərbi texnikaya, sursata böyük ehtiyac duyulurdu.
Top, “Qrad”qurğusu, BMP, avtomat, pulemyot və s. silahlarla silahlanmış düşmən hərbi texnika və canlı qüvvə
baxımından çox böyük üstünlüyə malik idi.
Qaradağlıların haray səsi hər gün dəfələrlə ratsiya ilə ölkəyə yayılırdı. Bu işdə rabitəçi Zahid Xəlilovun,
İmran Hüseynovun və Həqiqət Hüseynovanın xüsusi xidməti var idi. Lakin Moskvadan asılı olan o zamankı
Respublika rəhbərliyi Qaradağlının harayını eşitməzliyə vurur, heç bir əməli tədbir həyata keçirmirdilər.
1992-ci
il
yanvarın 15-də qaradağlılar Azərbaycan xalqına son dəfə müraciət etdilər və bu müraciət bir
neçə gün radio ilə elan olundu. Müraciətin mətni belə idi:
“Tarixin amansız vəhşilikləri Qarabağ torpağının keşiyində duran, zamanın ən çətin sınaqlarından mərdliklə
çıxmağa çalışan mübariz oğullarını zərrə qədər də sarsıda bilmir. Dörd ildir ki, Qarabağın bir parça incisi olan
Qaradağlı düşmən hədəfinə çevrilsə də, qorxmaz oğulları tərəfindən qorunur, müdafiə olunur. İllərlə
yaddaşımızda həkk olunmayan unudulmuş bu kəndin sakinləri ömrünün ən çətin günlərini yaşayır. Yaşayış
evləri, müxtəlif inzibati binalar od tutub yanır, gunahsız insanlar qətlə yetirilir, mal-dövlət talan edilib aparılır.
Bir sözlə erməni quldurlarının aramsız hücumlarına məruz qalır. Düşmənlər bu gözəl, əhəmiyyətli mövqeyi ələ
keçirmək istəyir. Axı Qaradağlı Xocavənd ilə Xankəndi arasındakı yolu kəsmiş, onların bu yolda hərəkətinə
birdəfəlik mane olmuşdu! Xocavəndin quldur dəstələr tərəfindən işqal olunmasından sonra Qaradağlıda
vəziyyət daha da gərginləşib.
10
Doğma xalqım! Qanınızda namus, qeyrət işartısı varsa Qarabağın azadlığı uğrunda mübarizəni
dayandırmayın! Yoxsa Qaradağlı öz əlinizlə quldur yuvasına çevrilə bilər.”
Fevralın 15-də səhər tezdən erməni hərbi birləşmələri hər tərəfdən Qaradağlı kəndi üzərinə hücuma
keçdilər. Hücumda qonşu erməni kəndlərinin döyüşçüləri, muzdlu əsgərlər, rus zabitləri, 366-cı rus alayının
əsgərləri iştirak edirdilər. Lakin onlar üçün kəndə doğru irəliləmək asan başa gəlmirdi. Bir saylı postda məktəb
direktoru Nobil Zeynalov, milis əməkdaşı Xanalı Hüseynov və könüllü müdafiə dəstələrinin döyüşçüsü Altay
Həsənov dayanmışdılar. Döyüş çox gərgin keçirdi. Kəndin qəhrəman qadınları güllə yağışı altında döyüş
meydanına girib müdafiəçilərə patron, su, ərzaq daşıyır, yaralılara tibbi yardım göstərir, qanaxmasını dayandırır
və onların yenidən döyüşə girməsinə nail olurdular. Bu döyüşlər zamanı 74 yaşlı Zivər anaın həlak olması
müdafiəçilərin düşmənə olan nifrətini artırdı. Həmin gün ermənilər xeyli itki verərək geri çəkildilər. Lakin
səhəri gün düşmən bir saylı posta yenidən hücuma keçdi. Qanlı döyüşlərdə Nobil müəllim və onun səngər
dostları Altay, Xanalı mərdliklə vuruşaraq 11 nəfər erməni qulduru məhv etdilər. Ermənilər kəndin qəhrəman
müdafiçilərinin qoruduğu stehkamı hücümla ala bilmədiklərini görüb, yanğın törədən mərmilərlə
müdafiəçilərin mövqelərini atəşə tutmağa başladılar. Od - alov içərisində düşmənə qəhrəmanlıqla müqvimətı
davam etdirən 1 saylı postun döyüşçüləri son nəfəslərinə qədər öz mövqelərindən geri çəkilmədilər. Onların
hamısı öz döğma kəndləri uğrunda axıra qədər döyüşərək şəhid oldular. Fevralın 16-da gecə digər postların
müdfiəçiləri Qara, Novruz, Dəmir və Əlqismət sürünə-sürünə 1 saylı posta yaxınlaşaraq qəhrəman şəhidlərin
cəsədlərini qərargaha gətirdilər. Çətinlikə olsa da şəhid atası Məhəmməd kişinin rəhbərliyi ilə qəhrəmanlar dəfn
olundular.
Həmin gün Qaradağlı uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşan və şəhid olmuş oğullarımızdan biri də
Eldar Arazov idi. O, qranatatanla 2 düşmən hərbi texnikasını məhv etmiş, atəş nöqtələrini susdurmuşdu. Eldar
Arazov dostu Məzahirin qisasını düşməndən alaraq vətən uğrunda şəhid olmuşdu. Həmin gün şəhid olmuş
oğullarımızdan biri də Arif Bayramov idi.
Amansız döyüş 5 gün davam etmişdi. Axırıncı gün Qaradağlı müdafiəçilərinin hərbi sürsatı tükənmək
üzrə idi. Onlar son anda da kömək üçün müraciət etsələr də kənardan heç bir kömək gəlmədi. Güllələri qurtaran
döyüşçülər qərargaha - kolxoz inzibati binasına yığışmağa başladılar. Yaralılar və həlak olmuş döyüşçülərin
meyiddəri də qərargaha gətirildi. Qərargah uğrunda amansız döyüş fevralın 17-si gecə səhərə qədər davam etdi.
Səhər qərargahdan düşmənə tərəf atəşlərin sayı xeyli azalmışdı. Qəhrəman döyüşçülər arabir atəş açmaqla
erməniləri yaxına buraxmırdılar. Artıq sonuncu güllələr atılırdı. Bunu hiss edən erməni quldurları qərargaha
yaxınlaşaraq, rus dilində: “Çölə çıxın, silahlarınızı, əşyalarınızı, qiymətli əşyalarınızı və sənədlərinizi töküb bir
cərgəyə düzülün” deyə fasiləsiz meqafonla qışqırmağa başladılar və bununla da o vaxtki Respublika rəhbərliyi
tərəfindən taleyin hökmünə buraxılmış Qaradağlı, kənd sakinlərinin qəhrəman müdafiəsinə baxmayaraq
düşmən tərəfindən işğal olundu.
11
III Faciənin canlı şahidləri
Bu
hadisənin canlı şahidi, kəndin müdafiəsində sona qədər iştirak etmiş, 118 nəfər kənd sakini ilə
birlikdə ermənilər tərəfindən girov götürülmüş və Telman Tağıyevin göstərdiyi qəhrəmanlıq sayəsində düşmən
caynağından xilas olmuş Qaradağlı sakini Vidadi Hüseynov belə xatırlayır:
“Ermənilər bizi girov götürərkən onların yanında ağ xalatlı həkim qrupu da var idi. Erməni əsgərləri cərgədə
yanımıza gəlib saatlarımızı, pullarımızı və qiymətli əşyalarımızı tələb edirdilər. Arxadan 10-15 nəfərin üst-
başını yoxladılar. Sonra yoxlamanı davam etdirmədilər. Kolxoz idarə binasınıi həyətındə biri “Ural”, o birı
KAMAZ markalə iki yük maşını dayanmışdı. Bizə maşınlara tərəf hərəkət əmri verildi. Bir erməni zabiti
qocaları və qadınları KAMAZ - a, cavanları isə üstü çadırlı “Ural”a münmələrini əmr etdi. Mən 14 yaşlı
məktəbli Avtandil Nağıyevə maşına çıxmağa kömək etdim və özum ən axırıncı olaraq maşına çıxdım.
Oturmağa yer olmadığından Faiq məni özunə tərəf çəkdi və mən onun dizləri üstündə oturdum. Birdən bir mulki
geyimdə olan orta yaşlı erməni maşına yaxınlaşıb dedi: “Mən burda 3 nəfər turk öldurməliyəm”. Sonra Eldarı
adla çağırdı. Eldar Dadaşov yerə düşən kimi tapança ilə onu alnından vurdu. O biri maşından da bir nəfər
düşürüb vurdular. Bundan sonra kimi çağırdılarsa heç kim cavab vermədi. Maşınlar hərəkətə gəldi. Bəylik
Bağını və ondan sonra gələn Tut bağını keçdik. Silos quyusunun yanında maşınlar dayandırıldı. Erməni zabiti
arxada gedən “Ural” maşınına yaxınlaşıb 10 nəfərin düşməsini tələb etdi və yaxınlaşıb arxa bortu açdı. Mən
arxada oturduğumdan birinci düşdüm. Mənim arxamca da 10-15 nəfər cavan döyüşçülər düşdülər. Bizi nəyə
görə düşürdükləri aydın idi. Ona görə də hamımız sinəmizi açıb qışqırırdıq: “Güllələyin əclaflar, onsuz da
qanımız yerdə qalmayacaq! Sizi it kimi qovacaqlar!” Bu sözləri eşidən 10-15 nəfər erməni əsgər və zabitləri
avtomatlarını sinələrinə qaldırıb atəş açmağa hazırlaşırdılar. Mən yolun sağ tərəf kənarında dayanmışdım.
Ermənilər isə sol tərəfdə maşının arxa hissəsinə yaxın bir yerə toplaşmışdılar. Ölumə sinə gərən oğullar mənim
sağ tərəfimdə düzülmüşdü. Ən axırıncı bizə tərəf Telman Tağıyev gəlirdi. O, mənim yanıma çatar-çatmaz qəfil
ermənilərə tərəf döndu. 3-5 metr irəliləyib əlindəki qumbaranı onların ortasına atdı. Ermənilər qaçmağa maçal
tapmamış qumbara partladı. Partlayışın təsirindən mən yolun kənarındakı qalın kolluqla örtülü arxa düşdüm.
Aldığım qəlpə yarasından və zərbənin təsirindən huşumu itirdim. Bu hadisə təxminən saat 14-00 - 15-00
radələrində baş vermişdi. Mən ayılanda gördüm ki, hava qaranlıqlaşıb, özum də qan içindəyəm. Ağlım başıma
gəldikcə başıma gələnləri və harada olduğumu muəyyənləşdirə bildim. Gecə yarı yerimdən durub meşələrin içi
ilə Ağdamın Abdal Gulablı kəndinə gəlib çıxdım. Sonradan öyrəndim ki, həmin hadisə olan yerdə sağ qalan
ermənilər bizim maşında olan silahsız adamları avtomat atəşinə tutmuş, 33 nəfəri qətlə yetirmişlər.”
Hadisənin digər canlı şahidi Telman Tağıyevin atası Aslan Tağıyev ermənilər tərəfindən Xankəndinə
aparılarkən yolda oğlu Telmanın qəhrəmanlığının şahidi olmuş və 2 ay erməni əsirliyində qaldıqdan sonra
qaytarılmışdır. Aslan Tağiyev hadisələri belə xatırlayır:
“ Fevral ayının 14-də ermənilər kəndimizi hər tərəfdən mühasirəyə alıb artilleriya atəişnə tutmuşdular.
Bu zaman kənddə 120-dən çox mudafiəçi var idi. 90 nəfərə yaxın gənc və cəsur oğlanlar gecə-gündüz
səngərlərdə dayanıb erməni hücumlarının qarşısını alırdılar. Oğlum Telman 15 nəfərlə Qağarza istiqamətindəki
3 saylı postda vuruşurdu. Onların qəhrəmanlıqla vuruşduğunu ondan bilirəm ki, bizi əsr aparan erməni
döyüşçüsü deyirdi: “Ara, sənin oğlun olan postun uşaqları bizdən 64 nəfəri öldurub”. Telman hərbiçi idi. O, çox
dəqiq və sərrast atəş açırdı. Onun çox təsadufi hallarda gülləsi boşa çıxa bilərdi. Döyüşlərin 3-cü günü, yəni
fevralın 16-da patron qurtarmaq üzrə idi. Qərargahda isə ehtiyat patron qalmamışdı. Axşam saat 20.00
radələrində döyüşün komandiri Ədalət Məmmədov butun postlarda olan döyüşçülərin qərargaha yığışmasını
əmr etdi. Mudafiəçilər bir-bir geri çəkilib qərargaha yığışdılar. Telman da qərargaha gəldi. Bundan sonra
qərargahın həyətinə gəlib çıxmış erməni quvvələri ilə mudafiəçilər arasında qızğın döyüş başladı. Döyüş səhərə
qədər davam etdi. Mudafiəçilər son patronlarını işlədirdilər. Bunu hiss edən ermənilər qərargahın həyətinə
doluşmuşdular. Fevralın 17-si səhər saat 10- 00 -a qədər döyüş davam etdi. Daha biz tərəfdən atəş açmağa
imkan qalmamışdı. Həyətdən erməni komandirləri azərbaycanca və rusça: “Çölə çıxın, təslim olun” - deyə əmr
etdilər. Mən Telmanın dayandığı yerə gəldim. O, hərbi formada, başını dik tutub vuqarla dayanmışdı.
Düşündüm ki, onun hərbi paltarı ermənıləri qızışdıra bilər. Odur ki, cəld hərəkətlə dəri gödəkçəmi və köhnə
şalvarımı soyunub Telmana uzatdım və paltarını dəyişməsini tələb etdim. O, mənə tabe olub hərbi formasını
mənə verdı və mənim verdiyim paltarları geyindi. Bu zaman mən onun paltarın altında qranat gizlətdiyini
gördüm. Dedim ki, oğlum, üst-başımızı axtaranda onu səndə tapsalar axırına az qalar. Onu bir kənara at. Telman
kövrək səslə dedi: “Yox! Ata, o mənə lazım olacaq. Hələ döyüş dayanmayıb. Onsuz da ermənilər bilirlər mən
kiməm”
Bayırdan ermənilər öz tələblərini tez-tez və daha qəzəbli səslə təkrar edirdilər. Komandirimiz Ədalət
Məmmədov ermənilərlə danışıqdan qayıtdı. Beş dəqiqəlik məsləhətləşmədən sonra çölə çıxmaq qərara alındı.
Bir-bir çölə çıxır, sılahlarımızı qapı ağzında yerə atır sıraya düzülürdük. Yenidən əmr verildi ki, kimdə silah,
sənəd, pul və qiymətli əşya varsa yerə töksun. Pul və sənədlərdən böyuk bir qalaq alınmışdı. Arxada
dayananlardan başlayaraq bizim adamların üst-başlarını əlləri ilə yoxlamağa başladılar. Təxminən 15 nəfər
12
yoxlandı, onlardan heç nə tapılmadı. Telmana növbə çatmamış yoxlamanı davam etdirməyı lazım bilmədilər.
Ürəyim bir az sakitləşdi.
Qərargahın həyətində “Ural” və KAMAZ markalı iki yuk maşını dayanmışdı. Əmr etdilər ki, cavanlar
“Ural” maşınına, qocalar və qadınlar isə KAMAZ maşınına otursunlar. Mən, Telmanı da KAMAZ maşınına
mindirmək istədim. Erməni zabiti etiraz etdi. Turkcə danışan başqa bir erməni zabiti mənə yaxınlaşıb dedi ki,
onda gödəkçəni mənə ver. Soyunub verdim və onun köhnəsini əynimə geydim. Bundan sonra o yenə Telmana o
biri maşına oturmağı əmr etdi. Mən yenidən ona yaxınlaşıb yalvarmaq istədim. Onda Telman: “Ata, yalvarma,
lazım deyil”, - deyib “Ural” maşınına mindi. Hamı maşınlara oturmuşdu. Yaralılarımız yerdə çabalayırdılar.
Onlara fikir verən yox idi.
Maşınlara hərəkət əmri verildi. Heç 100 metr getməmişdik ki, qonşu kəndlərindən gələn adamların
tələbi ilə maşınları saxladılar. Hər maşından bir nəfər düşürüb hamının gözü qarşısında güllələdilər.
Maşınlar yenidən hərəkətə gəldi. Qarşıda Tut Bağı deyilən yerdə çoxlu erməni qadın və kişilər
toplaşmışdı. Onlara çatanda, Silos quyularının yanında, yenə də maşınlar saxlanıldı. Biz cavanlar gələn
maşından 20 metr irəlidə idik. Erməni komandirlərinin səsi gəldi: “Kim öz vətənində ölmək istəyirsə maşından
düşsün”. Eyni zamanda iki nəfər erməni avtomatlardan cavanlar olan maşına atəş açdı. Onda cavanlardan bir
neçəsi maşından düşdü. Mən Telmanın da düşdüyünü gördüm. O, maşından düşüb mənə tərəf baxdı. Nə demək
istədiyini bilmədim. Camaatı süzdü. Birdən ermənilərin yığcam dayandığı yerə tərəf qaçdı. Bir göz qırpımında o
ermənilərə çırpıldı və dərhal da partlayış baş verdi. Gözlərimiz qarşısında 10 erməni yaraqlısı parça-parça oldu.
Daha bir neçə erməni də yaralanıb yerə sərildi. Telman özü də aldığı qəlpə yarasından yerindəcə öldü. Sağ qalan
ermənilər özlərinə gələn kimi həmin yerdə 33 nəfəri güllələdilər. İgidlərimizin “Yaşasın Azərbaycan”, “Allahu
Əkbər” deyə qışqırtısı indi də qulaqlarımdan getmir.
Nəhayət maşınlar Xankəndinə tərəf yenidən hərəkətə başladı. 2 ay Xankəndində girovluqda qaldım.
Ermənilər əsirlikdə igid oğullarımızı işgəncələrlə məhv etdilər. 48 nəfər qadın, qoca və şikəst uşaqlar isə iki ay
müddətində girovluqdan azad olundular. Meyidləri isə öldurülən yerdə köhnə silos quyularında basdırıb
üstlərini torpaqlamışdılar. Sonralar biz 14 meyidi həmin quyulardan çıxarıb dəfn edə bildik. Hamısının
basdırıldığı yerləri bilirəm. Qarabağ azad olan kimi sümüklərini çıxarıb layiqincə dəfn etdirəcəyəm. Sağlıq
olsun. İgidlərimiz sağ olsun. Biz qalib gələcəyik.”
Hadisələrin digər canlı şahidi Həqiqət Hüseynova əvvəlcə rabitəçi vəzifəsini yerinə yetirirdi. Son iki
gündə isə rabitə əlaqəsi kəsilmiş və kömək gəlməsinə ümid azalmışdı. Bundan sonra H. Hüseynova beşatılan
tüfəng götürərək, əri İmran Hüseynovla çiyin-çiyinə düşmənə qarşı döyüşlərdə bilavasitə iştirak etmişdir.
Həqiqət Hüseynova hadisələr barədə bunları deyir:
“İki aya yaxın idi ki, 100 nəfərdən çox kişiyə qulluq edirdik. Biz qadınların işı kişilərinkindən çox idi.
Elə gün olurdu ki, 12 dəfə təndir qalayır, çörək bişirirdim. O qədər paltarı əllə yumaq asan iş deyil ki. Hələ
cırılan-sökülən yerləri də tikmək lazım idi. Əsas işim isə rabitə idi. Mən güllə yağışı altında gəzir, ratsiya ilə
döyüş meydanından postlar arasında əlaqə yaradır, kənara məlumat verirdim. Bütün Türk dunyasına üz tutub
yalvarırdım ki, bizə kömək etsinlər. Ümidimi heç vaxt üzmürdüm. Nəhayət, 5 gün qanlı döyüşdən sonra
döyüşçülərin patronları azalmışdı. Hərənin 5-6 patronu qalırdı. Komandir Ədalət Məmmədov göstəriş verdi ki
yavaş-yavaş qərargaha yığışın. Fevralın 16-da axşam hamı qərargaha toplaşdı. Səhərə qədər də atışıb erməniləri
yaxına buraxmadıq. Fevralın 17-də səhər tezdən ermənilər qərargahın həyətinə doluşdular. Onlar danışıq üçün
numayəndə tələb etdilər. Mən dedim cavab verməyin, barışıq-zad baş tutan iş deyil. Buna baxmayaraq Ədalətlə
Alik danışıq üçün çölə çıxıb ermənilərin yanına getdilər. 10-15 dəqiqədən sonra Ədalət qanı qara halda qayıtdı.
Dedi ki, bizi Xocavənddən ötürməyə, Ağdama yola salmağa söz verirlər. Mən dedim ki, yalandır, erməni sözunə
inanmaq olmaz. Hər döyüşçü özü üçün bir patron saxlamışdı. Hamısı özunu vurmağa hazır idi. Onda Alik gəldi.
O da dedi ki, ermənilər bizi Ağdama öturəcəklərinə çox möhkəm söz verirlər. Gördüm hamı razılaşır. Onda
etiraz etdim ki, ermənilərin sözunə inanmayın. Ağdam polislərinin komandirinin qollarından tutub yalvardım ki,
təslim oluruqsa, məni güllə ilə vur, əsirlikdə qalmaq istəmirəm. O tərəddüd elədi. Dedim ki, əgər ananın düşmən
əlinə düşməsini istəmirsənsə, qeyrətli bir oğul kimi çəkinmə, vur məni. Qolundan tutub silkələdim, avtomatını
yuxarı qaldırıb lüləsini sinəmə dayadım. Onun barmaqları tətikdə idi. Tətiyi çəkmək istəyirdi ki, həyat yoldaşım
İmran yaxınlaşıb dedi: “Oğlum, mənim gözüm önundə Həqiqətə güllə vurma”. Hamısını söyub təhqir etdim.
Yerdən beşatılan tufəngimi götürub ayağa qalxdım. Döyüşə hazır vəziyyətdə dayanıb dedim: “Onda ölənə qədər
döyüşəcəyik”.
Nəhayət, bir-bir çölə çıxmalı olduq. Çölə çıxanda erməni komandirləri əmr etdilər ki, silahları tökun.
Onda tam yəqinlik hiss etdim ki, bizi ermənilər Ağdama yola salmayacaqlar. Mən çiynimdə beşatılan, belimdə
patron qatarı çıxmışdım. Ermənilərin qəzəbli baxışlarını veçimə də almadım. Döyüşçülərdən Ərəstun silahı
təhvil vermədi. Avtomatını divara vurub sındırdı və kənara atdı. Dedi ki, mən erməniyə silah vermərəm. Başqa
cavanlardan da belə edənlər oldu. Beləliklə 118 nəfər Qaradağlı mudafiəçiləri əsir edildi. Ermənilər qocaları və
qadınları bir, cavanları isə başqa bir maşına mindirdilər. Maşınlar hərəkətə gəldi. Yol uzunu bizi aparan
hərbiçilər maşını saxlayır, yol kənarına yığışmış erməni əhalisinin gözü qarşısında cavanlarımızı güllələyirdilər.
Oğullarımızdan Ərəstun, Nəbi, Nahid və İbiş ölumu mərdliklə qəbul etdilər. Onlar sinələrini açıb “əçlaflar,
13
vurun, qoy qanım torpağıma tökülsün”, “İt kimi burdan qovulacaqsız” deyərək qışqırır, güllə qabağına
gedirdilər.”
Digər canlı şahid Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin açıqlaması: “İlqar Qardaşxan oğlu
Hüseynov, 1958-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. Qaradağlı kənd özünümüdafiə
taburunun tərkibində öz kəndlərinin müdafiəsi zamanı ermənilər tərəfindən əsir götürülüb. O, həmin hadisələri
belə xatırlayır:
“Xocavənddə cəmi 5 azərbaycanlı kəndi var idi. Onlardan da biri 41 erməni kəndinin əhatəsində olan Qaradağlı
kəndi idi və ən yaxın azərbaycanlı kəndindən 13 km aralı idi. Bu kəndlər isə 1991-ci ilin noyabr ayında
ermənilər tərəfindən işğal olunmuşdu və Qaradağlı blokadada qalmışdı. Ermənilər Qaradağlını tutandan sonra
əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların
cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə “silos” quyusuna töküb, üzərini torpaqladılar.
Ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular. Mənimlə birlikdə
yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki
kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndində gətirdilər. Orada
üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə
qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq. Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı
sakininin acından öldü. Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin
gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu
şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların
arasında uşaq və qadınlar da var idi”.(11)
Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu hadisələri belə xatırlayır:
“Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə
dişlərimi zorla çəkdilər. Hər gün ermənilər tərəfindən döyülür, işgəncəyə məruz qalırdım. Həmin il martın 17-də
Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin
günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər. Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili
orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi”.
O.
Əliyevin sözlərinə görə, Qaradağlının alınması əməliyyatına və orada baş verən qətliamlara
Ermənistan prezidenti Robert Köçəryan rəhbərlik edib. O, bunu Əsgəranda xəstəxanada yatarkən eşitdiyini
söyləyib.[1]
Qaradağlı faciəsində ölən, yaralanan, əsir düşənlər haqqında müxtəlif məlumatlar var. Məlumatların
birində 54 nəfər dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi, 50 nəfərin əsir götürülməsi, 42 ailə başçısının
itirməsi, 140 uşağın yetim qalması, ümumiyyətlə, kənd sakinlərinin hər 10 nəfərindən birinin şəhid olması
göstərilir (12). Digər məlumatda 90 nəfərin şəhid olması, 6 nəfərin itkin düşməsi və 9 nəfərin əsir götürülməsi
bildirilir (13)
Fikrimizcə faciənin miqyası çox geniş olduğundan, faktların əsasən şifahi mənbələrə əsaslandığından və
rəsmi araşdımalar aparılmadığından belə fərqli məlumatlar mövcuddur. Buna görə də bu sahədə rəsmi
araşdırmaların aparılmasına ciddi ehtiyac var.
Aşağıda Qaradağlı faciəsində şəhid olan, gorov götürülərək əzab və işgəncə ilə qətlə yetirilənlər və
taleyi indiyədək naməlum şəxslərin bir qisminin ad və soyadları qeyd olunub:.
Dostları ilə paylaş: |