Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?


) Omeprazol hansı qrup dərman preparatlarına aiddir?



Yüklə 1,75 Mb.
səhifə4/18
tarix26.11.2016
ölçüsü1,75 Mb.
#178
1   2   3   4   5   6   7   8   9   ...   18

196) Omeprazol hansı qrup dərman preparatlarına aiddir?

A) Proton nasosunun blokatoru

B) H2-histamin reseptorlarının blokatoru

C) H1-histamin reseptorlarının blokatoru

D) Adrenoblokatorlar

E) Simpatolitik


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.869
197) Famotodin hansı qrup dərman preparatlarına aiddir?

A) Proton nasosu blokatoru

B) H2-histamin reseptorlarını blokada edən

C) M-xolinoblokator

D) H1-histamin reseptorlarını blokada edən

E) Simpatolitik


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.904-905
198) Xəstə Muxtarova 12-barmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkir. Son vaxtlar xəstəni ağrılar narahat edir. Həkim ona selektiv M1-xolinoreseptorların blokatoru (pirenzepin) təyin etmişdir. Preparatı nə vaxt qəbul etmək lazımdır?

A) Yeməkdən 1-2 saat sonra

B) Yeməkdən 30 dəq sonra

C) Qida qəbulu zamanı

D) Yeməkdən 30 dəq əvvəl

E) Yalnız gecələr


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.283
199) M-xolinoblokatorlar üçün aşağıda verilənlərdən hansı tipikdir?

A) Daxili orqanların saya əzələlərinin tonusunu yüksəltmək

B) Bronx və həzm sistemi vəzilərinin sekresiyasını artırmaq

C) Bronx və həzm sistemi vəzilərinin sekresiyasını azaltmaq

D) Öd kisəsinin yığılmasına səbəb olur

E) Bradikardiya


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.675, 680
200) H.pylori infeksiyasının yox edilməsi üçün istifadə olunan ən effektiv 4 komponentli kompleks aşağıdakılardan hansıdır?

A) Omeprazol, de-nol, tetrasiklin və metronidazol

B) Omeprazol, de-nol, ampisillin, furazalidon

C) Omeprazol, sukralfat, klaritromisin, ampisillin

D) Sayılanların heç biri

E) Ranitidin, omeprazol, de-nol, tetrasiklin


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.318
201) Dempinq sindromun müalicəsində aşağıdakılardan hansından istifadə etmək olar?

A) Çoxlu miqdarda duru qidalar

B) Meteospazmil

C) Ursodezoksixol turşusu

D) Prokinetiklər

E) Karbohidratlarla zəngin pəhriz


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.592
202) Reflyuks ezofagit zamanı aşağıdakı hansı qrup preparatları təyin etmək olar?

A) Qeyri-steroid iltihab əleyhinə preparatlar

B) Nitratlar

C) H2-histamin reseptorlarının blokatorları və antasidlər

D) Kalsium kanalının antoqonistləri

E) Spazmolitiklər


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.115
203) Qida borusunun peptik xorasının müalicəsinə aşağıdakılardan hansı daxildir?

A) Qeyri-selektiv xolinolitiklər

B) Ağrıkəsicilər

C) Spazmolitiklər

D) Sedativlər

E) Proton nasosun blokatorları


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.116
204) Qida borusunun kandidamikozunun müalicəsinə aşağıdakılardan hansı aiddir?

A) Göbələk əleyhinə preparatlar

B) Antibakterial preparatlar

C) Fizioterapiya

D) Vitaminoterapiya

E) Sitoprotektorlar


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.116
205) Aşağıdakı preparatlardan hansı reflyuks ezofagit törədir və ya mövcud xəstəliyi pisləşdirir?

A) Antixolinergik preparatlar

B) H2-histamin reseptorlarının blokatorları

C) Adsorbentlər

D) Reparantlar

E) Proton pompa inhibitorları


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.269
206) Hipomotor diskineziya əlamətləri ilə müşayiət olunan xronik qastrit zamanı aşağıdakılardan hansını təyin etmək olar?

A) Sitoprotektor

B) Selektiv xolinomimetik

C) Sianokobalamin

D) Prokinetik

E) H2-histamin reseptorlarının blokatoru


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.564
207) Histamini xəstəyə hansı dozada yeritmək lazımdır ki, maksimumdan az (submaksimum) şirə ifraz etsin?

A) 0,025 mq/kq

B) 25 mq/kq

C) Hər 10 kq çəkiyə 0,5 q

D) 0,5 q/kq

E) 0,008 mq/kq


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.41
208) Aşağıdakı hansı preparat mədənin turşu sekresiyasını əhəmiyyətli dərəcədə azaldır?

A) Sitoprotektorlar

B) H2-histamin reseptorlarının blokatoru

C) Vismutun kolloid subsitratı

D) H1-histamin reseptorlarının blokatoru

E) Proton nasosun blokatoru


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.53
209) Aşağıdakılardan hansı antixolinesteraza preparatıdır?

A) Dimedrol

B) Pilokarpin

C) Prozerin

D) Nifedipin

E) Pirenzepin


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.674, 680
210) Aşağıdakı hansı qrup preparatlardan mədə vəzilərindən HCl-un ifrazını aşağı salmaq üçün istifadə olunur?

A) Qeyri-steroid iltihab əleyhinə preparatlar

B) Prokinetiklər

C) H2-histamin reseptorlarının blokatoru

D) Antibakterial preparatlar

E) H1-histamin reseptorlarının blokatoru


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.675, 680
211) Pirenzepinin təsir prinsiplərinə aşağıdakılardan hansı aiddir?

A) Mədə şirəsində turşuluğu neytrallaşdırmaq

B) Mədənin turşu sekresiyasını artırmaq

C) Mədənin turşu sekresiyasını azaltmaq

D) Bürüyücü təsir göstərmək

E) Mədənin hərəki funksiyasını artırmaq


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.676, 680
212) Aşağıdakı preparatlardan hansı H1-histamin reseptorlarının blokatorudur?

A) Famotidin

B) Simetidin

C) Ranitidin

D) Diazalin

E) Zantak


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.677
213) Aşağıda verilənlərdən hansı qeyri-steroid iltihab əleyhinə preparatdır?

A) Flusinalon Asetonid

B) Dixlotiazid

C) Prednizalon

D) Deksametazon

E) Ortofen


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.677
214) H.pylori infeksiyasının müalicə kursu neçə gün sürməlidir?

A) 10-20 gün

B) 28-35 gün

C) 20-27 gün

D) 5-7 gün

E) 7-14 gün


Ədəbiyyat: Ивашкин В.Т., Лапина Т.Л. «Гастроэнтерология. Национальное руководство» 2008г. c.435
215) Aşağıdakı sayılan preparatlardan hansı proton nasosunun inhibitorudur?

A) Fosfalugel

B) Lansoprazol

C) Ranitidin

D) Piranzepin

E) Dimedrol


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005 г., c.94
216) Mədənin xora xəstəliyinin müalicəsində sadalanan hansı qrup preparatlardan istifadə olunur?

A) H1-histamin reseptorlarının blokatoru

B) Antidepressantlar

C) Nitratlar

D) Proton nasosunun inhibitorları və H2-histamin reseptorlarının blokatorları

E) Adrenoblokator


Ədəbiyyat: Ивашкин В.Т., Лапина Т.Л. «Гастроэнтерология. Национальное руководство» 2008г. c.252, 255
217) Antibakterial müalicənin nəticələrini nə vaxt yoxlamaq məqsədə uyğundur?

A) Müalicədən 1 həftə sonra

B) Antihelicobacter pylori kompleks müalicəsindən 4-6 həftə sonra

C) Müalicədən 2 həftə sonra

D) Müalicədən 3 həftə sonra

E) Müalicə başa çatan kimi


Ədəbiyyat: Ивашкин В.Т., Лапина Т.Л. «Гастроэнтерология. Национальное руководство» 2008г. c.435
218) Xronik qastrit zamanı trofiki prosesləri yaxşılaşdırmaq üçün aşağıdakılardan hansıları təyin edilir?

A) Fermentlər

B) Prostoqlandinlərin sintetik analoqları

C) Spazmolitiklər

D) Fizioloji məhlul

E) Antihistamin preparatlar


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.46
219) Pernisioz anemiyalı xronik autoimmun qastrit zamanı aşağıdakılardan hansını təyin etmək vacibdir?

A) Selektiv M- xolinolitik

B) Antasid

C) Cyancobalamin

D) Reparant

E) Nitroimidazol preparatları


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.149
220) Qida borusunun xərçənginin inkişafında aşağıdakı amillərdən hansı iştirak etmir?

A) Qoyun ətindən istifadə

B) Kardiyanın axalaziyası

C) Siqaret çəkmə

D) İsti qidalardan və çaydan istifadə

E) Spirtli içkilərdən həddindən artıq istifadə


Ədəbiyyat: Калинин А.В. с соавт. «Гастроэнтерология. Справочник практического врача», 2009, с.187
221) Sadalanan preparatlardan hansı H2-histamin reseptorlarını blokada edir?

A) Piranzepin

B) Famotidin

C) Pipolfen

D) Omeprazol

E) Domperidon


Ədəbiyyat: Ивашкин В.Т., Лапина Т.Л. «Гастроэнтерология. Национальное руководство» 2008г. c.252
222) Hp-pozitiv xora xəstəliyində antibakterial müalicə uğurla nəticələndikdə bunun xora xəstəliyinin residiv vermə tezliyinə təsiri necədir?

A) 30-40% müşahidə olunur

B) 10-20% halda müşahidə olunur

C) Residiv 4-6% müşahidə olunur

D) Xora xəstəliyin residiv verməsinə təsir etmir

E) 50-60% müşahidə olunur


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005 г., c.95
223) Prokinetiklər aşağıdakı patologiyalardan hansında göstərişdir?

A) Mədə perforasiyası

B) Feoxromositoma

C) Mədə-bağırsaq qanaxması

D) Mexaniki bağırsaq keçməzliyi

E) Qastroezofageal reflyuks xəstəliyi


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.65
224) Qida borusunun peptik xorası zamanı aşağıdakı hansı qrup preparatlar daha effektivlidir?

A) Kalsium kanalının blokatorları

B) Spazmolitiklər

C) Proton nasosun blokatorları

D) Prokinetiklər

E) Somatostatinin sintetik analoqları


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.116
225) Aşağıda sadalananlardan hansı de-nolun təsir mexanizminə aid deyil?

A) Prostoqlandinlərin lokal sekresiyasını stimulyasiya etmək

B) Lokal Müdafiə

C) Antisekretor

D) Antibakterial

E) Sitoprotektor


Ədəbiyyat: Ивашкин В.Т., Лапина Т.Л. «Гастроэнтерология. Национальное руководство» 2008г., c.252
226) Xora xəstəliyi zamanı aşağıdakı hansı qrup preparatları təyin etdikdə ağrı azalır?

A) Kalsium kanalının blokatoru

B) H2-histamin reseptorlarını qıcıqlandıran

C) Kortikosteroidlər

D) H2-histamin reseptorlarını blokada edən

E) Qeyri-steroid iltihabəleyhinə preparatlar


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.313
227) Xora xəstəliyi olan xəstələrə hansı qrup preparatlar təyin etdikdə ağrılar güclənir?

A) Proton nasosunun inhibitorları

B) H2-histamin reseptorlarının blokatorları

C) Mədə sekresiyasını stimulyasiya edən preparatlar

D) Bürüyücülər

E) Selektiv xolinolitiklər


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.83, 161, 198
228) Hiperparatireoz fonunda əmələ gələn simptomatik mədə xorası zamanı verilənlərdən hansı daha effektivdir?

A) Selektiv vaqotomiya

B) Qastroektomiya

C) Paratireoidektomiya

D) Psixoterapiya

E) Konservativ müalicə


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.201
229) Dempinq sindromu zamanı hansı preparatların təyini məqsədə uyğundur?

A) Reparantlar

B) İşlədicilər

C) Prokinetiklər

D) Selektiv xolinolitiklər

E) H2-histamin reseptorlarının blokatorları


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.592
230) Aşağıdakılardan hansıları mədənin xora xəstəliyi zamanı onun evakuator funksiyasını ləngidir?

A) Antasidlər

B) Prokinetiklər

C) Kardiotoniklər

D) Reparantlar

E) Qeyri-selektiv xolinolitiklər


Ədəbiyyat: Пиманов С.И. «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.281
231) Xora xəstəliyi zamanı mədənin evakuator funksiyasını sürətləndirən preparatlar verilənlərdən hansılardır?

A) Proton nasosun blokatorları

B) Selektiv xolinolitiklər

C) Antidepresantlar

D) Qeyri-selektiv xolinolitiklər

E) Prokinetiklər


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.64
232) Helicobacter pylori neqativ qastroduodenal xoraların dərman müalicəsi aşağıdakı hansı bənddə verilmişdir?

A) Ranitidin + lansoprazol + furazolidon

B) Omeprazol + klaritromisin + metronidazol

C) Proton pompa inhibitorları və ya H2-histamin reseptorlarının blokatorları

D) Motilium + qasterin gel + amoksisillin

E) Pirenzepin + maaloks + tetrasiklin


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.561
233) Qida borusu venalarından varikoz qanaxması olan bir xəstəyə aşağıdakı təxirəsalınmaz tədbirlərdən hansı öncə aparılmalıdır?

A) Açıq şunt əməliyyatı

B) İntraarterial vazopressin yeridilməsi

C) Vena daxilinə vazopressin yeridilməsi

D) Beta-blokator verilməsi

E) Sangstaken-Blakemore hava balonundan istifadə


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.193
234) Assitik mayenin müayinəsi zamanı hansı göstəricilərə diqqət yetirmək lazımdır?

A) Assitik mayenin leykositlərinin miqdarına

B) Assitik mayenin əkilməsinin nəticələrinə

C) Albuminin və ümumi zülalın konsentrasiyasına

D) Sadalanların hamısına

E) Sitoloji müayinəyə


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии» , второе издание, Москва – 2005 г. Стр.284
235) Assitik mayenin müayinəsi zamanı onun hemorraqik xarakteri aşkar olunarsa, bu xəstədə hansı diaqnozun qoyulmasına kömək etməlidir?

A) Vərəm


B) Nefrotik sindrom

C) Ürək çatmamazlığı

D) Karsinomatoz

E) Xilyoz


Ədəbiyyat: П.Я.ГригорьевА.В.Яковенко«Справочное руководство по гастроэнтерологии»,Москва - 2003 г. стр 191
236) Sadalanan səbəblərdən hansı qaraciyərdən əvvəlki sarılığı yaradır?

A) Vilson xəstəliyi

B) Öd yolunun xərçənqi

C) Birincili biliar sirroz

D) Qlyukoza-6-fosfatdeqidroqenazanın (Ql-6-FDQ)defisiti

E) Hemoxromatoz


Ədəbiyyat: П.Я.Григорьев А.В. Яковенко «Справочное руководство по гастроэнтерологии», Москва - 2003 г.стр 174
237) Sadalanan səbəblərdən hansı qaraciyər sarılığını yaradır?

A) Öd yolunun bəd xəssəli şişi

B) Xoledoxolitiaz

C) Birincili biliar sirroz

D) Qlyukoza-6-fosfatdeqidroqenazanın (Ql-6-FDQ)defisiti

E) Orağabənzər-hüceyrəli anemiya


Ədəbiyyat: П.Я.Григорьев А.В. Яковенко «Справочное руководство по гастроэнтерологии» Москва - 2003 г.стр 174
238) Sadalanan səbəblərdən hansı qaraciyərdən sonrakı sarılığı yaradır?

A) Birincili biliar sirroz

B) Qlyukoza-6-fosfatdeqidroqenazanın (Ql-6-FDQ)defisiti

C) Hemolitik anemiya

D) Virus hepatitləri

E) Xoledoxolitiaz


Ədəbiyyat: П.Я.Григорьев А.В. Яковенко «Справочное руководство по гастроэнтерологии» Москва - 2003 г.стр 174
239) Qaraciyər ensefalopatiyasında L-ornitin-L-aspartatın (Hepa-Mers) təyin olunmasının məqsədi nədir?

A) Elektrolit balansının dəyişiliklərini korreksiya etmək üçün

B) Qanaxmanın profilktikası üçün

C) Infeksiyanı müalicə etmək üçün

D) Ammiak ilə qanda birləşmək üçün

E) Anemiyanı və hipoksiyanı korreksiya etmək üçün


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология» Москва 2004 г.стр. 234
240) Hansı preparatlar vasitəsi ilə ammiakın yoğun bağırsaqda əmələ gəlməsini azaltmaq olar?

A) Neomisin

B) Siprofloksasin

C) Laktuloza preparatları (Dyufalak, Laktusan)

D) Ampisillin

E) Sadalanların hamısı ilə


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология» Москва 2004 г.стр. 234
241) Sadalanan qrupplardan hansına B hepatitinə qarşı peyvəndlənmə mütləkdir?

A) Təzə doğulan uşaqlar

B) B virus hepatitli xəstələrinin ailə üzvləri

C) Tibb işçiləri

D) Bütün sadalanan qruplar

E) Hemodialız şöbələrinin xəstələri


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 22
242) B viruslu hepatitə qarşı böyüklərdə planlaşmış peyvəndlənmə hansı sxem ilə aparılmalıdı?

A) Bir dəfə

B) İki dəfə: 0-6 ayında

C) Üç dəfə: 0-1-6 ayinda

D) Dörd dəfə: 0-1-2-12 ayında

E) Dörd dəfə: 0-1-2-6 ayında


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология»Москва 2004 г , стр. 22
243) Vilson xəstəliyinin əsasında hansı patohenetik mexanizm var?

A) Mis mübadiləsinin pozulması və onun qaraciyərdə və mərkəzi sinir sistemində toplanması

B) Destruktiv iltihab və daxili öd yollarının sklerozu

C) Dəmirin mədə-bağırsaq sistemində həddən artıq sorulması və daxili orqanların hüceyrələrində toplanması, onların strukurunun və funksiyasının pozulması

D) Toxuma autoanticismlərin olması ilə periportal iltihabi prosess

E) İdiopatik olaraq qaraciyər hüceyrələrin zədələnməsi


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология» Москва 2004 г.стр. 116
244) Vilson xəstəliyində qaraciyərin hansı vəziyətləri müşahidə olunur?

A) Dəri qaşinması

B) Qaraciyər sirrozu, xroniki aktiv hepatit, fulminant qaraciyər çatmamazlığı

C) Öd yollarının diskineziyası

D) Sarılıq

E) Qida borusunun varikoz genişlənmiş damarlarından qanaxma


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 118
245) Aşağıdakı üsullardan hansı Vilson xəstəliyinin ilkin müəyyənləşdirilməsində istifadə oluna bilər?

A) Qanın ümumi analizi

B) Yarığlı lampa vasitəsi ilə Kayzer-Fleyşer dairəsinin aşkar olunmasının oftalmoloji müayinəsi

C) Qenetik müayinə

D) Seruloplazminin tərkibinə mis izotopunun daxil olunması

E) Qaraciyər biopsiyası


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 120
246) Qanda seruloplazminin səviyyəsi aşağı olduqda qaraciyərin hansı xəstəliyindən şüpələnməlisiz (95% hallarda)?

A) Viruslu C hepatiti

B) Qaraciyərin absesi

C) Vilson xəstəliyi

D) Qeyri-alkohol steatohepatiti

E) Hemoxromatoz


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии» второе издание, Москва – 2005 г, стр. 128
247) Xəstədə qaraciyər sirrozu, böyrək və oynaqlarda dəyişiliklər müşahidə olunur. Müayinə zamanı eritrositlərin hemolizi, gözdə Kayzer-Fleyşer halqaları, psixi dəyişiliklər aşkar olunmuşdur. Sadalanan qaraciyər xəstəliklərindən hansı bu vəziyətə səbəb ola bilər?

A) Alkohollu steatohepatit

B) Xroniki C viruslu hepatit

C) Vilson xəstəliyi

D) Heptosellular karsinoması

E) Hemoxromatoz


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии» второе издание, Москва – 2005 г, стр. 308
248) Vilson xəstəliyində əsas müalicə hansı preparatla aparılır?

A) Askorbin turşusu

B) Metronidazol

C) Alfa-interferon

D) Ursodeoksixol turşusu

E) D-penisillamin


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии» второе издание, Москва – 2005 г, стр. 308
249) Vilson-Konovalov xəstəliyində qaraciyərdən kənar təzahürlərdən hansı hematoloji xəstəliyinə aiddir?

A) Hemolitik anemiya

B) Hipoparatireoz

C) Amenoreya

D) Osteoporoz

E) Depressiya


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 167
250) Vilson-Konovalov xəstəliyində qaraciyərdən kənar sadalanan təzahürlərdən hansı endokrin xəstəliyinə aiddir?

A) Depressiya

B) Hiperpiqmentasiya

C) Ginekomastiya

D) Osteoporoz

E) Trombositopeniya


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 167
251) Vilson xəstəliyində hansı mikroelementin mübadiləsi pozulur?

A) Kali


B) Mis

C) Dəmir


D) Natrium

E) Xlor
Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 116


252) Aşağıdakı variantların hansına yalnız enteral yolu ilə keçirilən viruslar daxildir?

A) D və E virus hepatitləri

B) B və C virus hepatitləri

C) C və A virus hepatitləri

D) A və E virus hepatitləri

E) B və D virus hepatitləri


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 27
253) Aşağıdakı əlamətlərdən hansı A virus hepatitinin sarılıq mərhələsinin ilkin göstəricisi olur?

A) Sidiyin rənginin tündləşməsi

B) Solğunlaşdırılmış nəcis

C) Dərinin qaşınması

D) Selikli qişaların saralması

E) Dəri örtüklərinin saralması


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 27
254) Sadalanan qruplardan yalnız enteral yol ilə yoluxan hepatitlər qrupu hansıdır?

A) A və B hepatitləri

B) B və A hepatitləri

C) D və E hepatitləri

D) B və C hepatitləri

E) A və E hepatitləri


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология»Москва 2004 г , стр. 18
255) “A” viruslu hepatitin diagnozunu sadalanan testlərdən hansı təsdiq edə bilər?

A) Ümumi bilirubin

B) HBV DNT

C) ALT


D) Anti-HCV

E) Anti-HAV İgM


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 27
256) “A” virusu hansı yol ilə orqanizmə daxil olur?

A) Kontakt

B) Enteral

C) Hava-Damcı

D) Parenteral

E) Cinsi
Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 27


257) Sarılıq zamanı sidiyin tünd rəngini hansı göstərici təşkil edir?

A) Bilirubin

B) Hemoglobin

C) Kalsiy Duzlar

D) Zülal

E) Glyukoza


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология», Москва 2004 г , стр. 29
258) Sadalanan viruslu hepatitlərdən hansı hamiləliyin II-III trimestrində 25% hallarda fulminant hepatit şəkilində keçir və ya vaxtından qabaq doğum ilə fəsadlaşır?

A) B viruslu hepatit

B) C viruslu hepatit

C) A viruslu hepatit

D) E viruslu hepatit

E) D viruslu hepatit


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология», Москва 2004 г , стр. 33
259) Sadalanan qaraciyər viruslarından hansı DNT-tərkibli virusdur?

A) C hepatiti virusu

B) B hepatiti virusu

C) D hepatiti virusu

D) E hepatiti virusu

E) A hepatiti virusu


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии» , второе издание, Москва – 2005 г, стр. 131
260) Sadalanan göstəricilərdən hansı PZR vasitəsi ilə aşkar olunur?

A) HBcAb


B) HBeAg

C) HbsAb


D) HBsAg

E) HBV DNT


Ədəbiyyat: Н.А. Мухин «Практическая гепатология», Москва 2004 г , стр. 30
Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin