Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?


) Düz bağırsaq strikturunun tipik əlamətləri nədir?



Yüklə 1,75 Mb.
səhifə14/18
tarix26.11.2016
ölçüsü1,75 Mb.
#178
1   ...   10   11   12   13   14   15   16   17   18

875) Düz bağırsaq strikturunun tipik əlamətləri nədir?

A) Qaşınma

B) Qan qarışığı

C) Tenezmlər

D) İshal

E) Defekasiya zamanı çətinlik


Ədəbiyyat: Ривкин В. Л., Дульцов Ю.В., Кагуллер Л.Л. «Гемморой и другие заболевания заднего прохода» 1994 г. стр.240
876) Uippl xəstəliyi hansı xəstəliklərlə differensasiya etmək olar?

A) Bağırsaq vərəmi

B) Kron xəstəliyi ilə

C) Qlüten enteropatiyası

D) Sadalanların hamısı ilə

E) Bağırsaq amiloidozu


Ədəbiyyat: А.С.Логинов. “Болезни кишечника” 2000, стр. 306
877) Zondsuz müayinə metodunda aşağıdakıların hansından istifadə olunur?
A) Radiokapsuldan istifadə etməklə pH-metriya

B) Pentaqastrin testi

C) Nellerin qələvi testi

D) Histamin testi

E) Asidotest
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с.
878) Qastroezofageal reflyuks xəstəliyi zamanı bronx qida borusu sindromunun əmələgəlmə səbəbi hansıdır?
A) Disfagiya

B) Mədə möhtəviyyatının tənəffüs yoluna requrqitasiyası

C) İzafi bədən kütləsi

D) Xəstəliyin uzun müddət davam etməsi

E) Qida borusunun spazmı
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с.
879) Kəskin kataral ezofagit hansı ağırlaşmanı verə bilər?
A) Perforasiya

B) Stenoz

C) Kəskin qanaxma

D) Pnevmoniya

E) Mikroqanaxma (diapedez)
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с.
880) Barretin qida borusunun əlaməti hansıdır?
A) Qida borusunda peristaltikanın olmaması

B) Anadangəlmə qısa qida borusu

C) Qida borusunun xorası

D) Qələvi qida borusu

E) Qida borusunun aşağı hissəsində epitelinin silindrik metaplaziyası
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с.
881) Qida borusunun axalaziyası zamanı kardiodilatasiya üçün göstəriş nədir?
A) Konservativ müalicənin effektsiz olması

B) Qanaxma

C) Ezofagit

D) Ağciyər ağırlaşmaları

E) Hamiləlik
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 s.
882) Qida borusunun distal hissəsinin xorasının genezində aşağıdakılardan hansı daha çox aparıcı rol oynayır?
A) Ezofagit

B) Mikrosirkulyasiyanın pozulması

C) Regenerasiyanın pozulması

D) Mədə möhtəviyyatının qida borusuna reflyuksu

E) Seliyin müdafiə xüsusiyyətinin aşağı düşməsi
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с.
883) Kardiyanın çatmamazlığı zamanı çox rast gələn ağırlaşmalar hansıdır?
A) Xronik bronxit

B) Laringit

C) Xronik pnevmoniya

D) Ezofagit

E) Qida borusunun divertikulu
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с.
884) Vilson xəstəliyində hansı məhsullardan imtina etmək vacibdir?
A) kalsitərkibli məhsullardan

B) mistərkibli məhsullardan

C) fosfortərkibli məhsullardan

D) dəmirtərkibli məhsullardan

E) karbohidrattərkibli məhsullardan
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
885) Vilson xəstəliyində hansı fermentin aktivliyi aşağı düşməsi məxsusdur:
A) aminotransferazanın

B) qlutationperoksidazanın

C) seruloplazminin

D) qələvi fosfatazanın

E) katalazanın
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
886) Badda–Kiari sindromu hansı patologiya ilə bağlıdır?
A) aortanın sıxıntısı ilə

B) qaraciyər damarı ilə

C) dalağın damarı ilə

D) mesenterial damarı ilə

E) aortanın laylanması ilə
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
887) Sadalanan fermentlərin hansı misi 90% özünə birləşdirir?
A) aminotransferaza

B) tripsin

C) katalaza

D) seruloplazmin

E) qlutationperoksidaza
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
888) Hansı xəstəlikdə qaraciyər hüceyrələrin apoptozu sürətlənir?
A) Vilson xəstəliyində

B) xolangitdə

C) reaktiv hepatitdə

D) Kron xəstəliyində

E) hepatozda
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
889) Kayser–Fleşner sindromu hansı xəstəlikdə aşkarlanır?
A) hemolitik anemiyada

B) hemoxromatozda

C) Badda–Kiari xəstəliyində

D) Jilber xəstəliyində

E) Vilson xəstəliyində
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
890) Qaraciyəraltı portal hipertenziya ilə nə nəticələnə bilər?
A) Vilson xəstəliyini

B) birincili biliar sirrozu

C) bakterial xolangit

D) mesenterial damarların trombozu

E) dalaq damarının trombozu
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009.
891) Hansı xəstəlikdə assit immun xarakter daşıyır?
A) Meygs sindromu

B) miksedema

C) nefrotik sindromu

D) peritonun mezotelioması

E) vərəm mənşəli peritonit
Ədəbiyyat: «Справочник по дифференциальной диагностике внутренних болезней». Под ред.Матвейкова Г.П., Минск, 1990.
892) Hansı patoloji vəziyyətdə qələvi fosfatazanın səviyyəsi normada qalır?
A) qaraciyərə metastazlar

B) viruslu hepatitdə

C) xolestazda

D) bakterial angioxolitdə

E) infeksion mononukleozda
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000.
893) Bilirubin – qlyukuronidin sintezi hansı fermentin təsirdən baş verir?
A) hemsintetaza

B) qlyukuroniltransferaza

C) biliverdinreduktaza

D) aminotransferaza

E) hemoksigenaza
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000.
894) Parçalanmış hemoglobinin hansı hissəsindən birləşmiş bilirubin yaranır?
A) hemosiderindən

B) qlobindən

C) ferritindən

D) hemin porfirin hissəsində

E) ikivalentli dəmirdən
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000.
895) Hansı ferment selendən asılıdır?
A) qələvi fosfataza

B) qlutationperoksidaza

C) superoksiddismutaza

D) qlutationreduktaza

E) aminotransferaza
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000.
896) Normal ödün tərkibində hansı hüceyrə elementləri daxildir?
A) tərkibində hüceyrə elementləri yox

B) yastı epitel

C) eritrositlər

D) leykositlər

E) mezoteli hüceyrələri
Ədəbiyyat: Ф.И.Комаров,М.А..Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010.
897) Hansı laborator analizi xroniki daşsız xolesistitdə diaqnozu üçün vacibdir:
A) sidikdə amilazanın təyini

B) koprogramma

C) Veltman sınağı

D) ödün analizi

E) sial turşusunun təyini
Ədəbiyyat: Ф.И.Комаров,М.А..Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010
898) Mədəaltı vəzidə fermentlərin aktivasiyası nə vaxt gedir?
A) hər bir vaxta

B) yağlı yeməklərdən sonra

C) ödün refluksu zamanı

D) emosional stress

E) fiziki gərginlik
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
899) Xroniki pankreatində nəcisin xüsusiyyətləri hansılardır?
A) yağlı, çoxlu nəcis

B) “düyü həlimi” kimi

C) “qoyun qığı” kimi

D) az miqdarda

E) seliktəhər
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
900) Xroniki pankreatinin kəskinləşməsi zamanı müalicədə hansı patogenetik vasitə işlənilir?
A) proteoliz inhibitoru

B) prebiotiklər

C) immunomodulyator preparatlar

D) eubiotiklər

E) qeyri-steroid iltihaba qarşı
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
901) Hansı əlamət xolestaza aiddir?
A) “palmar” eritema

B) “moruğlu” dil

C) “damar ulduzları”

D) tenezmalar

E) ksantomalar
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
902) Xroniki aktiv hepatitdə olan qaraciyər mənşəli sarılığa nə aiddir?
A) birləşmiş bilirubinin artması + rəngsiz nəcis

B) bilirubinlərin artması + AlAT aktivliyin artması + müsbət urobilin testi

C) birləşmiş bilirubinin artması + urobilinin sidikdə yoxlanması

D) sərbəst bilirubinin artması + nəcisin tündləşməsi

E) sərbəst bilirubinin artması + müsbət urobilin testi
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
903) Qastroezofaqal reflyuks xəstəliyinin inkişafında əsas əhəmiyət kəsb edən faktorlara biri aid deyil
A) Mədə daxili təzyiqin artması

B) Qida borusu klirensinin güclənməsi

C) Qida borusunun aşağı sfinkterinin boşalma epizodlarinin artması

D) Antireflyuks baryerinin azalması

E) Qida borusunun mədə reflyuktantından təmizlənmə qabiliyətinin azalması
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
904) Qida borusunun aşağı sfinkterinin tonusunu artırmaq və onun klirensini normallaşdırmaq məqsədilə istifadə edilən preparatlar qrunu göstərin
A) III nəsl antasidlər

B) Proton pompasınının inhibitorları

C) Prokinetiklər

D) Miogen spazmolitiklər

E) Histamin reseptorlarının H2-blokatorlları
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
905) Qastroezofaqal reflyuks xəstəliyinin ağır hallarinda hansı preparatlar kombinasiyası daha səmərəlidir?
A) Proton pompasının inhibitorları və antixelikobakter təsirlı preparatlar

B) H2-histamin blokatorları ilə antixelikobkter təsirlı preparatlar

C) Antasidlər və xolinolitiklər

D) Prokinetiklər və proton pompasının inhibitorları

E) H2-histamin blokatorları ilə prokinetiklər
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроентерология:Рукооволство для врачей. – М.: Медицинское информационное агентсвто, 2004. – 616 с.
906) Qastritlərin hansı forması genetik olaraq mədə xorası və ağır formalı pernisioz anemiya ilə əlaqəlidir?
A) Atrofik fundal qastrit

B) Hipertrofik qastrit

C) Antral qastrit

D) Reflyuks-qastrit

E) Səti qastrit
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
907) Helicobacter pylori-nin (HP) hansı əsas xüsusiyəti onu mədənin turş mühitindən qoruyur?
A) Mədənin pilorik şöbəsində yerləşməsi

B) Turş mühiddə aktivliyinin artması

C) Metaplaziyaya məruz qalmış epiteldə yerləşməsi

D) Ureaza aktivliyinə malik olması

E) Selikaltı qişada yerləşməsi
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
908) Hiperprolaktenemiya fonunda keçən qastroezofaqal reflyuks xəstəliyinin kompleksli müalicəsində hansı preparatlar qrupu əks-göstərişdir?
A) Asetilxolin aqonistləri

B) H2-histamin reseptorlarının blokatorları

C) Kalsium kanallarının antoqonistləri

D) Dofamin reseptorlarının antoqonistləri

E) Sovrulan antasidlər
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
909) Prokinetiklərin biri öd kisəsinin hərəki aktivliyini gücləndirməklə yanaşa kardiovaskulyar patologiya zamanı proaritmogen təsir göstərir
A) Serukal

B) Reqlan

C) Sizaprid

D) Doprokin

E) Motilium
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
910) Preparatların biri bağırsaq disbakteiozunda istifadə olunan mikrobəleyhinə eubiotiklərə aiddir
A) Laktobakterin

B) Bifi-form

C) İntetriks

D) Lineks

E) Laktuloza
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
911) Helikobakter infeksiyasının diaqnostikasında istifadə olunan üsullardan biri qeyri-invazivdir
A) Bakterioloji

B) Sitoloji

C) Seroloji

D) Histoloji

E) Ureaza
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
912) Proton pompası inhibitorlarının mədə sekresiyasını azaltma mexanizmini göstərin
A) Parietal və əsas hüceyrələrdəki qastrin reseptorlarının blokadası

B) Parietal hüceyrənin apikal membranının K+ /Na+ -ATF-zasının blokadası

C) H+ və pepsinin geriyə diffuziyasının blokada olunması

D) H+/K+ -ATF-aza fermentinin blokadası yolu ilə protonun parietal hüceyrədən çıxmasının qarşısının alınması

E) Proton sintezinin azaldılması
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
913) Antihelikobakter terapiyasının üçlü sxemini göstərin
A) Proton pompasının inhibitoru (40 mq/sut, 4 həftə) + amoksisillin 1q x 2 dəfə/sut, 7-10 gün) + metronidazol (0,5 q x 2 dəfə/sutkada, 2 həftə ərzində)

B) Proton pompasının inhibitoru (40 mq/sut, 2 həftə) + Eqlonil (50 mq x 2 dəfə) + Klaritromisin (0,5 mq x 2 dəfə, 2 həftə)

C) H2-Histamin blokatoru (20 mq x 2 dəfə/sut) + maaloks (1 həb x 3 dəfə) + Metronidazol (0,5 q x 2 dəfə, 2 həftə)

D) Proton pompasının inhibitoru(40 mq/sut, 4 həftə) + Tetrasiklin (250 min x 4 dəfə,10 gün) + Metronidazol (0,5 q x 2 dəfə, 2 həftə)

E) H2-Histamin blokatoru (20 mq x 2 dəfə/sut) + Klaritromisin (50 mq x 2 dəfə) + Metronidazol (0,5 q x 2 dəfə, 2 həftə)
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
914) Xora xəstəliyi zamanı antihelikobakter terapiyası fonunda I dərəcəli disbakteriozla əlaqədar bağırsağın qıcıqlanma sindromu etimalı artır. Axirincıların profilaktikası məqsədilə qəbizlik hallarında əsas müalicəyə hansı preparatın əlavə olunması məsləhətdir?
A) Xilak forte

B) Smekta

C) Laktuloza

D) Hepabene

E) Bifi-form
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
915) Preparatlar qrupunun biri xolelitik təsirə malikdir
A) Asetilxolin aqonistləri

B) Dezoksixol turşusu törəmələri

C) Xoleretiklər

D) Amantan törəmələri

E) Dofamin reseptorlarının antoqonistləri
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
916) Bağırsaq peristaltikasını stimullaşdıran preparatlara biri aid deyil
A) Quttalaks

B) Bisakodil

C) Laktuloza

D) Qlaksenna

E) Natrium pikosulfat
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
917) Barret qida borusu nədir?
A) Yasti epitelin silindrik epitellə əvəz olunması ilə müşayət edilən qastroezofaqal reflyuks xəstəliyinin fəsadı

B) Qida borusunun silindrik epitelinin yastı epitellə əvəz olunması ilə keçən xoralı ezofagitin fəsadı

C) Qida borusunun adenokarsinoması

D) Xoralı ezofagitin fəsadı

E) Mədə xərçənginin qida borusuna metastazı
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
918) Helicobacter pylori infeksiyasında istifadə olunan antibakterial preparatlara biri aid deyil
A) Tinidazol

B) Amikasin

C) Klaritromisin

D) Amoksisilin

E) Tetrasiklin
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
919) 70-90% risk dərəcəsi ilə (mütləq dərəcəli risk) mədənin xərçəngönü xəstəliklərinə biri aid deyil
A) Qastroezofaqal reflyuks xəstəliyi

B) Mədənin adenomatoz polipləri

C) Mədənin displaziyası

D) Ailəvi adenomatozlu polipoz (Qardner sindromu)

E) Barret qida borusu
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
920) Oddi sfinkterinin əsas funksiyalarına biri aid deyil
A) Ödün 12 b/b-ğa axmasının tənzimlənməsi

B) Ödün öd kisəsində yığılması üçün şəraitin yaradilması

C) Mədəaltı sekretin 12 b/b-ğa axmasının tənzimlənməsi

D) 12 b/b mötəviyatının ümumi öd axarına və pankreas axarına reflyuksu

E) Duodenoqastral reflyuksun qarşısının alınması
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
921) Ahıl yaşlarında, bağırsağın hipotoniyası səbəbindən yaranan qəbizlikdə üstünlük hansı preparata verilir?
A) Gənəgerçək yağı

B) Laktuloza

C) Mebeverin

D) Sennade

E) Bisakodil
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
922) Ağrı sindromunun üstünlüyü ilə keçən bağırsağın qıcıqlanma sindromunda preparatların biri istifadə olunmur
A) Disetel

B) Buskopan

C) Quttalaks

D) Dyuspatalin

E) No-şpa forte
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
923) B tip qastrit üçün xarakterdir:
A) Kliniki əlamətlər 12 barmaq bağırsaq xorasının simptomlarına oxşayır

B) Mədə selikli qişasının nazikləşməsi və rənginin avazıması

C) Əsasən mədənin fundal hissəsi zədələnir

D) Sekretor funksiyanın azalması

E) Helikobacter Pylori-nin olması
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 78 стр.
924) Hiperasid qastrit zamanı daha çox effektiv olan mineral su hansıdır?
A) Na hidrokarbonat

B) Na xlorid

C) Na sulfat - hidrokarbonat

D) Na xlorid - hidrokarbonat

E) Tərkibində üzvi maddələrin çox olduğu sular
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002.
925) Sadalananlardan hansı mədə və 12 barmaq bağırsağın selikli qişasına sitoprotektiv təsir göstərir?
A) Solkoseril

B) Çaytikanı yağı

C) Qastrosepin

D) Vikalin

E) Sukralfat
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.
926) Yoğun bağırsağın diskineziyasının əlamətinə aiddir:
A) Ağrı

B) Qəbizlik

C) Meteorizm

D) İshal


E) Hamısı
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003.
927) 1-cili biliar sirrozun erkən əlamətinə aiddir:
A) Assit

B) Dəri qaşınması

C) Varikoz genişlənmiş venalar

D) Sarılıq

E) Splenomeqaliya
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002.
928) Tübajın təyin edilməsinə göstəriş hansıdır?
A) Öd çıxarıcı yolların hipermotor diskineziyası

B) Xolesistektomiyadan sonrakı sindrom

C) Öd çıxarıcı yolların hipomotor diskineziyası

D) Qaraciyər daxili xolestazla müşahidə olunan qaraciyər xəstəliyi

E) Öd daşı xəstəliyi
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003.
929) Mellori-Veys sindromunun inkişafına gətirib çıxara bilər:
A) Qıcıqlanmış yoğun bağırsaq sindromu

B) Malabsorbsiya sindromu

C) Alkoqolla zəhərlənmə

D) Diafraqmanın qida borusu dəliyinin sürüşkən yırtığı

E) Qeyri-steroid iltihab əleyhinə preparatların istifadə edilməsi
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003.
930) Aşağıdakı şikayətlərdən hansı funksional pozğunluq üçün xarakterikdir:
A) Gecə diareyası

B) Qəbizlik və diareyanın bir-birini əvəz etməsi

C) Qarında kəskin ağrının olması

D) Qəbizlik

E) Stulun həcminin dəyişməsi
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр.
931) 22 yaşlı şəxsdə çoxlu miqdarda alkoqol qəbulundan sonra al qan qarışıqlı qusmalar baş vermişdir. Daha çox düzgün olan diaqnoz hansıdır?
A) Qanaxma ilə fəsadlaşmış kəskin mədə xorası

B) Qida borusu xərçəngi, qida borusu qanaxması

C) Qida borusunun varikoz genişlənmiş venalarından qanaxma

D) Qanaxma ilə fəsadlaşmış kəskin eroziv qastrit

E) Mellori-Veys sindromu
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.
932) 55 yaşlı xəstədə hiperxrom, makrositar anemiya aşkar edilmişdir. Endoskopik olaraq mədədə hansı formalı xroniki qastritin əlamətləri müəyyən olunmuşdur?
A) Autoimmun

B) Giqant, hiperplastik

C) Helikobacter Pylori mənşəli

D) Kron xəstəliyi zamanı eroziv

E) Reflüks
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр.
933) Aşağıdakı simptomlardan hansı qastroezofageal reflüks xəstəliyinin əlamətlərinə aid deyil :
A) Ürəkbulanma

B) Ağızdan xoşagəlməz qoxunun gəlməsi

C) Qıcqırma

D) Disfagiya

E) Dad hissiyyatının pozulması
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр.
934) Assitin patogenizində aşağıdakılardan hansı düzgün deyil?
A) Qaraciyər sinusoidləri daxilində təzyiqin artması

B) Orqanizmdə Na və suyun ləngiməsi

C) Hipoproteinemiya

D) Renin- angiotenziv sisteminin aktivləşməsi

E) Hipoaldosteronemiya
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003.
935) Aşağıdakılardan hansı xroniki pankreatit zamanı ağrı sindromu üçün az dərəcədə xarakterikdir?
A) Ağrının intensivliyi xəstəliyin müddətindən asılı deyil

B) Ağrı mədəaltı vəzi daxili axarın obstruksiyası nəticəsində yarana bilər

C) Ağrının qida qəbulu və/ və yaxud alkoqol istifadəsi ilə əlaqəsi vardır

D) Ağrı qusma ilə müşayiət oluna bilər

E) Diz-dirsək vəziyyətində ağrı bir qədər zəifləyir
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002.
936) Mədəaltı vəzin xarici sekretor çatışmazlığının korreksiyası üçün poliferment preparatını seçən zaman həkim ilk növbədə onun tərkibində aşağıdakılardan hansının olmasına fikir verməlidir?
A) Proteaza

B) Preparatın buraxılış formasına: kapsula tabletlə müqayisədə daha məqsədəuyğundur, çünki mədə turşusuna qarşı davamlı örtüyü vardır

C) Amilaza

D) Lipaza

E) Dərmanın aktivləşməsini asanlaşdıran əlavə inqredientlər
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin