istisna olmaqla, müalicəsi həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq sığorta müqaviləsi
Sığorta olunanın sığorta hədisəsi ilə əlaqədar müraciətinə əsasən aldığı həkim göstərişlərinin yerinə
TS-Q-06-10a
- 6 -
8.2.5
Sığortalanma dövründən əvvəl aparılmış hər hansı bir kosmetoloji müalicənin, plastik cərarahi
əməliyyatın nəticələrinin müalicəsi və eyni səbəbdən təkrar kosmetik-plastik əməliyyatlar; sığorta dövrü
daxilində baş vermiş hər hansı xəstəlik və ya travmaların zamanı aparılmasına ehtiyac yaranan
kosmetoloji-plastik əməliyyatlar istisna olmaqla;
8.2.6
Sığorta müqaviləsində nəzərdə tutulmayan tibb müəssisələrində müayinə və müalicə;
8.2.7
Müvafiq lisenziyası olmayan tibb müəssisəsi və ya tibbi fəaliyyəti həyata keçirmək üçün hüququ olmayan
şəxs tərəfindən göstərilən xidmətlərlə əlaqədar xərclər;
8.2.8
Müəyyən edilmiş sığorta məbləğini aşan xərclər. Fasiləsiz olaraq 45 gün xəstəxanada olma müdətindən
artıq aparılmış müalicə;
8.2.9
Evdə qulluq;
8.2.10 Əlavə rahatlıq, yəni: «lüks» tipli palatada yerləşdirmə; televizor, telefon, kondisioner, nəmləndirici və
digər məişət texnikası ilə təmin edilmə; xəstəyə qulluq məqsədi ilə qohumların xəstəxanada
yerləşdirilməsi; bərbər, kosmetoloq, tərcüməçi və sair bu kimi xidmətlər;
8.2.11 İstirahət mərkəzlərində, sanatoriyalarda, pansionatlarda, istirahət evlərində və digər bu kimi
müəssisələrdə müalicə;
8.2.12 Sığorta olunanın müalicə alması məqsədi ilə təşkil olunmuş ölkə xaricinə səfər;
8.2.13 Təcili tibbi təxliyə istisna olmaqla, müalicə almaq məqsədi ilə əmələ gələn nəqliyyat;
8.2.14 Sığorta müddətinin son 14 günü ərzində planlı cərrahi əməliyyatların keçirilməsi;
8.2.15 Sığortanın başlanmasından əvvəl Sığorta olunan tərəfindən alınan müalicə ilə bağlı Sığorta olunanın
səhhətinin pisləşməsi və ya ölümü ilə bağlı yaranan xərclər;
8.2.16 Sığorta olunanın məşqlərdə və idman yarışlarında iştirakı və həmçinin hər cür professional idman növü ilə
məşğul olması ilə bağlı yaranan xərclər;
8.2.17 Sığorta olunanın təhlükəli fəaliyyət növləri ilə məşğul olması (o cümlədən, avtomobil nəqliyyatının
peşəkar sürücüsü, inşaatçı, elektromontajçı qismində və ya dağ mədənlərində işləməsi);
8.2.18 Peşə xəstəliklərinin müayinə və müalicəsi;
8.2.19 Anadangəlmə patologiyaların (anadangəlmə travmalar, daxili orqanların anadangəlmə qüsurları,
anadangəlmə defektlər və s.) və irsi xəstəliklərin müayinə və müalicəsi;
8.2.20 Psixonevroloji xəstəliklər, nevrasteniya, ipoxondriya, nevroz, dağınıq skleroz, sinir sisteminin
demiyelinizasiyaedici xəstəliklərin, epilepsiya və hazırkı bənddə göstərilən xəstəliklər nəticəsində əmələ
gələn somatik xəstəliklər və xəsarətlərin müayinə və müalicəsi;
8.2.21 Xroniki venoz və arterial çatışmamazlığın müayinə və müalicəsi;
8.2.22 Şəkərli diabet və bütün növ hepatitlərin və virusdaşımanın (Hepatit A istisna olmaqla) müayinə və
müalicəsi;
8.2.23 Xroniki böyrək və qaraciyər çatışmamazlığının müayinə və müalicəsi;
8.2.24 Birləşdirici toxumaların sistem xəstəliklərinin, kəskinləşmə istisna olmaqla, müayinə və müalicəsi;
8.2.25 Bədxassəli onkoloji xəstəliklərin, qanın onkoloji xəstəliklərinin müayinə və müalicəsi, baş beyinin bütün
növ yenitörəmələrinin müalicəsi;
8.2.26 Əksər hallarda cinsi yolla yoluxan və onların nəticəsi olan xəstəliklər qrupuna aid olan xəstəliklərin
müayinə və müalicəsi, həmçinin toksoplazmozun müalicə və təkrar müayinəsi;
8.2.27 Dermatoloji xəstəliklərin (papilloma, ziyil, sızanaqlar, allopesiya, seboreya, psoriaz, xloazma, vitiliqo),
həmçinin kosmetoloji defektlərin müayinə və müalicəsi;
8.2.28 Ağız boşluğu xəstəliklərinin və dişlərin müayinə və müalicəsi, həmçinin ortodontiya, paradontit və
paradontozun müayinə və müalicəsi, ştiftin qoyulması, diş ərpin və daşın təmizlənməsi, dişlərin ftorlakla
örtülməsi;
8.2.29 Aorto-koronar şuntlama, ürək qüsurlarının cərrahi yol ilə müalicəsi, kardiostentlərin qoyulması, ürək və
damarların kontrast metodları ilə müayinəsi;
8.2.30 Həyata təhlükə yaradan vəziyyət və bədbəxt hadisə nəticəsində yaranan hal istisna olmaqla, septoplastika,
bədbəxt hadisə haqqında məlumat dərhal Sığorta olunan tərəfindən yazılı sürətdə təqdim olmaq şərti ilə;
8.2.31 Eşitmənin və görmənin operativ və konservativ müalicəsi və xüsusi cihazlar vasitəsi ilə korreksiyası,
bununla əlaqədar və peşə yararlığının müəyyən olunması üçün aparılan müayinələr, miopiya, presbiopiya,
qipermetropiya, ametropiya və astiqmatizm kimi gözün refraksiya anomaliyalarının lazer metod ilə daxil
olmaqla konservativ və cərrahi müalicəsi, sığorta dövrü daxilində baş vermiş bədbəxt hadisələr
nəticəsində eşitmənin və görmənin pozulması istisna olmaqla;
8.2.32 Ailə planlanması, süni mayalanma və sterilizasiya, həmçinin sterilizasiyadan sonra reproduktiv
funksiyanın reabilitasiyası, sonsuzluq, impotensiya, kontrasepsiya və onların istənilən nəticələri səbəbi ilə
aparılan istənilən müayinə və müalicə;
8.2.33 Cinsin dəyişdirilməsi ilə birbaşa və ya dolayı yolla bağlı olan istənilən müalicə;
TS-Q-06-10a
- 7 -
8.2.34 Tibbi yardımın həyati amillərlə bağlı olduğu hallar istisna olmaqla, hamiləlik müddətində məsləhətlər və
müayinələr, hamiləlik dövründən asılı olmayaraq hamiləlik nəticəndə əmələ gələn xəstəliklər və mövcud
xəstəliklərin kəskinləşməsi, hamiləliyin kəskinləşməsi ilə əlaqədar məsləhətlər, müayinələr və müalicəsi
və həmçinin doğuş və uşağa doğuşdan sonrakı qayğı, həmcinin sığorta müqaviləsindən əvvəl başlayan
hamiləlik;
8.2.35 Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olan hallar istisna olmaqla, abortlar;
8.2.36 Doğuş zamanı həkimin gecə, bayram və tətil günləri çağırışı ilə əlagədar əlavə xərclər; rezus konflikt ilə
əlaqədar müayinə və müalicə. İmmunoqlobulin inyeksiyanın doğuşdan sonra təyinatı
8.2.37 Klimakterik vəziyyət, menstual siklin pozulması ilə əlaqədar 6 aydan artıq müayinə və müalicə;
8.2.38 Ekstrakorporal müalicə metodları (plazmaferez, hemosorbsiya, hemodializ, ozonoterapiya, lazerterapiya,
qanın ultrabənövşəyi şualanması)
8.2.39 Hər növ protezlər, həmçinin endoprotezlər və diş protezləri daxil olmaqla;
8.2.40 Orqan və toxumaların transplantasiyası;
8.2.41 Alternativ müalicə və reabilitasiya metodları qeyriənənəvi müalicə və diaqnostika metodları,
qomeopatiya, fitoterapiya, oksiqenterapiya, qirudoterapiya, elektro-termo-akupunktura; trixoloqun,
kosmetoloqun, qenetikın, loqopedin müayinəsi;
8.2.42 On prosedurdan artıq olan bərpaedici müalicə, müalicəvi idman, manual terapiya, iynəbatırma və
fizioterapiya;
8.2.43 Profilaktik tədbirlər və ümumi tibbi baxışlar;
8.2.44 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən lisenziyalanmayan dərmanlar, bioloji aktiv
əlavələr, homeopatik preparatlar, immunostimulyatorlar, psixotrop preparatlar (trankvilizator,
antidepressant və s.), şampunlar, diş pastaları, kosmetik vasitələr və s. eksperimental və \ və ya təsdiq
olunmayan vasitələr;
8.2.45
Xidmətlər proqramı ilə nəzərdə tutulmayan tibbi və ya başqa xidmətlər.
Dostları ilə paylaş: