13.1.1 Sığorta müqaviləsi bağlanarkən ona məlum olan və sığorta riskini qiymətləndirmək üçün
13.1.2 Sığorta riskində baş vermiş bütün əhəmiyyətli dəyişikliklər barədə Sığortaçını məlumatlandırmaq.
Sığortaçının riskin sığortaya qəbul olunması və ya sığorta haqqının təyin olunmasına təsir edə
bilən bütün hallar əhəmiyyətli hesab olunurlar. Belə hallara Sığortaçının sığorta ərizəsinin
TS-Q-06-10a
- 9 -
13.1.3 Sığorta haqqını sığorta müqaviləsi ilə müəyyən edilmiş qayda və məbləğdə vaxtında ödəmək;
13.1.4 Öz səlahiyyətləri çərçivəsində Sığorta olunanın sağlamlığına mənfi təsir edən halları aradan
qaldırmaq;
13.1.5 Sığorta hadisəsinin baş verməsi ilə nəticələnə bilən hadisənin baş verməsi barədə dərhal,
Sığortaçıya məlumat verib, ondan qabaqcadan Azərbaycan Respublikasının ərazisində günlük,
stasionar və ya ambulator xəstə kimi hər bir xərclərin çəkilməsi üçün razılıq almalıdır. Sığorta
hadisəsi baş verdikdə Sığortalı dərhal, təcili hallarda Sığortaçı ilə dərhal əlaqə saxlamaq mümkün
olmadıqda sığorta hadisəsi haqqında Sığortaçıya ən gec 2 (iki) iş günü ərzində məlumat
verməlidir.
13.1.6 Sığorta hadisəsinin baş verməsi ilə nəticələnə bilən hadisənin səbəbi, gedişatı və nəticələri,
dəymiş zərərin xarakteri və həcmi barədə qərar çıxarmağa imkan verən bütün mümkün olan
məlumatı və sənədləri Sığortaçıya dərhal təqdim etmək.
13.1.7 Sığorta müqaviləsinin şərtlərini, hazırkı Qaydaların, sığorta müqaviləsinə qəbul edilmiş əlavələrin
və təlimatların tələblərini, dövlət orqanlarının qərarlarına və hərəkətlərinə qarşı şikayət edilməsi
və məhkəmə müdafiəsi üzrə göstərişlər daxil olmaqla Sığortaçının yazılı göstərişlərini yerinə
yetirmək.
13.2
Sığortalının hüquqları:
13.2.1 Sığortaçı tərəfindən təklif olunan sığorta proqramını seçmək;
13.2.2 Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq Sığortaçıdan sığorta müqaviləsi üzrə öhdəliklərinin
yerinə yetirilməsini tələb etmək;
13.2.3 Sığorta şərtlərinin, sığorta Qaydalarının ayrı-ayrı bəndlərinin, sığorta müqaviləsinə qəbul edilmiş
əlavələrin və təlimatların aydınlaşdırılmasını Sığortaçıdan tələb etmək;
13.2.4 Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) itirilməsi halında onun dublikatını almaq;
13.2.5 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada sığorta ödənişinin
həyata keçirilməsindən imtina etməsi və ya onun məbləğinin azaldılması barədə Sığortaçının
qərarına qarşı etiraz etmək;
13.2.6 Sığorta müqaviləsi və hazırkı Qaydalar ilə nəzərdə tutulan hallarda sığorta ödənişini almaq;
13.2.7 Sığortaçıya müqavilədə göstərilən müddətdə xəbərdarlıq etdikədə vaxtından əvvəl sığorta
müqaviləsinə xitam verə bilər.
Dostları ilə paylaş: