SIĞORTA RĠSKĠNƏ TƏSĠR EDƏN AMĠLLƏR. SIĞORTA RĠSKĠNĠN ARTMASI HAQQINDA
MƏLUMAT VERMƏ VƏZĠFƏSĠ
16.1
Sığortalı (Sığorta olunan şəxs) müqavilənin bağlanması zamanı Sığortaçıya bildirdiyi məlumat və
faktlarda sığorta müqaviləsinin müddəti ərzində baş vermiş əhəmiyyətli və sığorta riskinin artmasına təsir
göstərə biləcək dəyişikliklər haqqında Sığortaçıya dərhal, hər halda 7 təqvim günündən gec olmayaraq
məlumat verməlidir. Bu vəzifənin düzgün yerinə yetirilməsi faktı yazılı sübut ilə təsdiq olunmalıdır. Bu
müddəa Sığortalı (Sığorta olunan şəxs) tərəfindən Sığortaçıya müqavilənin bağlanmasından əvvəl ərizə
formasında təqdim etdiyi məlumat və faktlara aiddir.
16.2
Sığorta riskinin artmasına səbəb ola biləcək faktlar haqqında məlumatlandırılmış Sığortaçı sığorta
müqaviləsi şərtlərinin dəyişdirilməsini və əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər.
16.3
Sığortalı (Sığorta olunan) sığorta riskinin artmasına səbəb ola biləcək faktlar haqqında Sığortaçını
məlumatlandırmadığı və ya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsinə və əlavə sığorta haqqının
ödənilməsinə etiraz etdiyi halda, Sığortaçı sığorta müqaviləsinin ləğv edilməsini və Mülki Məcəllənin
424-cü maddəsinə əsasən ləğv edilmənin nəticəsində dəymiş zərərin ödənilməsini tələb edə bilər.
16.4
Sığorta riskinin artmasına səbəb ola biləcək faktların aradan qalxmasından (yox olmasından) sonra
Sığortaçı heç bir halda müqavilənin ləğv edilməsini tələb edə bilməz.
16.5
Sığorta riskinin artması sığorta hadisəsinin baş verməsinə və Sığortaçının öhdəliyinin yerinə yetirilməsi
həcminə təsir göstərmədiyi halda Sığortaçının ödənişin həyata keçirilməsi üzrə öhdəliyi qüvvədə qalır.
16.6
Sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində Sığortaçı Sığortalı (Sığorta olunan şəxs) tərəfindən
təqdim olunan fakt və məlumatların doğruluğunu yoxlaya bilər.
16.7
Sığortaçı Sığortalıya (Sığorta olunana) sığorta riskinin azalmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi
üzrə məcburi göstərişlər verə bilər.
Dostları ilə paylaş: |