18.
SIĞORTA ÖDƏNĠġĠNĠN VERĠLMƏSĠNDƏN ĠMTĠNA ÜÇÜN ƏSASLAR
18.1
Əgər sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində aşağıda göstərilən hallar baş verərsə, Sığortaçı
sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsindən tamamilə və ya qismən imtina etmək hüququna
malikdir:
18.1.1 bu Qaydaların 13.1.1, 13.1.2, 13.1.5, 17.1, 17.3, 17.6 bəndlərinin tələblərinin pozulması;
18.1.2 Sığorta olunanın səhhəti və ya ona tibbi və digər xidmətlərin göstərilməsi barədə qəsdən yalan
məlumat daxil edilmiş sənədlərin Sığortaçıya təqdim edilməsi;
18.1.3 Sığorta olunanın qəsdən və ya kobud ehtiyatsızlıqdan sığorta hadisəsi nəticəsində Sığortaçı
tərəfindən ödəniləcək zərər və xərclərin artmasına yol verməsi və ya bu zərər və xərclərin
azalması üçün ağlabatan tədbirləri görməməsi;
18.1.4 Sığorta olunanın müalicə xərcləri digər sığorta şirkəti və ya ziyan vuran tərəfindən ödənildikdə.
18.1.5 Qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
18.2
Sığorta ödənişinin verilməsindən imtina edilməsi barəsində qəbul olunmuş qərar haqqında sığorta hadisəsi
haqqında Sığortaçıya yazılı ərizə təqdim olunduqda Sığortalıya/Sığorta olunana imtinanın səbəblərini əks
etdirən yazılı məlumat Sığortaçıya sığorta hadisəsi barədə məlumat daxil olunduğu gündən 15 gün
ərzində verilir.
Dostları ilə paylaş: |