2.
SIĞORTA SUBYEKTLƏRĠ
2.1
Sığorta subyektlərinə Sığortaçı, Sığortalı və Sığorta olunan aiddir.
2.2
Sığortaçı könüllü tibbi sığorta xidmətlərini lisenziya əsasında göstərir. Sığortaçı sığorta hadisəsi baş
verdikdə sığorta məbləği müqabilində və sığortalı tərəfindən seçilən könüllü tibbi sığorta proqramına
uyğun olaraq Sığorta olunana tibbi xidmətlərin göstərilməsini təşkil edir.
2.3
Sığortalı uçüncu şəxslərin xeyrinə sığorta müqaviləsinı bağlayan yerli və xarici hüquqi şəxslər, öz xeyrinə
və ya üçüncü şəxslərin xeyrinə sığorta müqaviləsini bağlayan fəaliyyətqabiliyyətli Azərbaycan
vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilər.
2.4
Sığorta müqaviləsində göstərilən Sığorta olunan Sığortalı tərəfindən sığorta olunanın və Sığortaçının
razılığı ilə dəyişdirilə bilər.
2.5
Yetkinlik yaşına çatmayan uşaqların sığorta müqaviləsi ilə nəzərdə tutulan hüquq və vəzifələri (slğorta
müqaviləsində göstərilən xidmərlərin alınması istisna olmaqla) qüvvədə olan qanunvericiliyə əsasən
qanuni nümayəndələri tərəfindən həyata keçirilir.
2.6
Sığorta müqaviləsi I və II qrup əlil olan, QİÇS infeksiyasının daşıyıcısı olan, onkoloji, ürək-damar və ruhi
xəstləliyi olan şəxslərlə bağlanmır. Qeyd olunan risk amilləri barədə Sığortaçıya təhrif olunmuş və ya
yanlış məlumat təqdim olunaraq aldatma yolu ilə bağlanmış sığorta müqaviləsinin ləğv olunması tələbinin
Sığortaçı tərəfindən irəli sürülməsi və mülki qanunvericiliklə nəzərdə tutulan müvafiq nəticələrin tətbiq
edilməsi üçün əsas hesab olunur.
Dostları ilə paylaş: |