Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi sənayedə İŞLƏrin təHLÜKƏsiz göRÜLMƏsi və


Паспортун тяртиб едилмяси вя долдурулмасы гайдасы барядя



Yüklə 431,55 Kb.
səhifə71/92
tarix17.05.2022
ölçüsü431,55 Kb.
#58244
növüQaydalar
1   ...   67   68   69   70   71   72   73   74   ...   92
məlumat kitabçası

Паспортун тяртиб едилмяси вя долдурулмасы гайдасы барядя

Тялимат

  1. Цмуми мцддяалар

1.1. Tutumun pasportu mətbəə üsulu ilə çap olunmalıdır. Pasportun formatı 210x297

  1. Pasportun üz qabığı –sərt olmalıdır. Pasportun vərəqləri ейни keyfiyyətli qalın kağızdan olmalıdır.

1.2. Pasportun bölmələri (cədvəlləri) qara mürəkkəblə ( tuş və ya pasta) doldurulmalı, cizgi şrifti ilə hərflərin və rəqəmlərin hündürlüyü 3,5 mm-dən kiçik olmamalı və ya yazılar maşınyazısı üsulu ilə yerinə yetirilməlidir. Yazılar və işarələr dəqiq və aydın olmalıdır.

1.3. Pasportun bölmələrinin (cədvəllərinin) məzmununun ifadəsi qısa və aydın olmalı, müxtəlif mənalarda anlaşılmasını istisna etməlidir.

1.4. İşarələr, təyinatlar və terminlər müəyyən olunmuş normativ sənədlərə uyğun olmalı, onlar olamdıqda isə elmi-texniki ədəbiyyatda hamı tərəfindən qəbul edilmiş normalara uyğun olmalıdır.

1.5. Fiziki kəmiyyətlərin ölçü vahidini “Sİ”-də (Beynəlxalq Sistemdə) və ya SQS-də (sm, qram, saniyə sistemində) göstərилмялидир (məsələn, 4,0 MPa və ya 40,0 kqQ/sm2).

1.6. Pasportun doldurulması prosesində buraxılan yanlış çapolunmaları, yazıda səhvləri və qrafik qeyri-dəqiqlikləri pozmaqla və ya ağ boya ilə rəngləməklə üzərindən mətnin (qrafikin) düzəldilməsinə icazə verilir. Vərəqlərin zədələnməsinə, pozulub düzəldilmə və ya pozulmuş mətnin (qrafikin) izlərinin qalmasına yol verilmir. Düzəlişlərin qanunauyğun (qaydaya uyğun) olmasını “Düzəlişlərə inanmalı” yazısı ilə təsdiqləyib üzərindən möhür vurmaq lazımdır.

1.7. Mətndə rus orfoqrafiya qaydalarında və ya normativ sənədlərdə icazə verilən qısaltmalardan başqa sözləri qısaltmağa yol verilmir.

Mənfi kəmiyyətlər qarşısında “mənfi” sözünü yazmaq lazımdır. Rəqəmlər olmadan riyazi işarələrin qoyulmasına (məsələn, "+", "-", "<", ">", "=" və s.), eləcə də riyazi mənfi (“-“) işarəsini mənfi kəmiyyət qarşısında qoymağa icazə verilmir.

1.8. Bütün sətirlər və bölmələrin qrafaları (cədvəlləri) doldurulmalıdır.

Təkrar olunan rəqəmlərin, polad markalarının, riyazi və kimyəvi simvolların yerinə dırnaq (“--“) işarəsi qoymağa icazə verilmir.

Əgər sətirlərdə və ya bölmələrin qrafalarında (cədvəldə) rəqəm və ya başqa məlumatın göstərilməsi tələb olunmursa, o zaman onun yerinə xətt (tire) çəkilir.

1.9. “Tutumların hazırlanma keyfiyyətinin şəhadətnaməsi” bölməsində 1-12-ci bölmələr və əlavələr tutum istehsalçısı tərəfindən, 13-19-cu bölmələr isə tutum sahibləri tərəfindən doldurulur.

1   ...   67   68   69   70   71   72   73   74   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin