BÖLMƏ
MATERİALLAR
3.1. Tutumların hazırlanması üçün tətbiq edilən materiallar verilən istismar şəraiti (hesablama təzyiqi, minimal mənfi və maksimal hesablama temperaturu), mühitin tərkibi və xarakteri (korroziya fəallığı, partlayış təhlükəsi, zəhərliliyi və s.) və ətraf mühitin temperaturunun təsiri nəzərə alınaraq hesablanmış istismar müddəti ərzində onun etibarlı işini təmin etməlidir.
3.2. Tutumların və onun elementlərinin hazırlanması, montajı və təmiri üçün Əlavə 4-də göstərilmiş əsas materiallar tətbiq edilməlidir.
Əlavə 4-də göstərilmiş parametrlərin müəyyən olunmuş hədlərini aşan və ya əlavədə göstərilməyən parametrlərlə iş üçün təyin olunan tutumların və onun elementlərinin hazırlanması üçün, eləcə də başqa standartlara və texniki şərtlərə uyğun materialların tətbiqi SİTGDMND Agentliyinin razılığı ilə o halda yol verilir ki, materialların keyfiyyəti və xassələri standart və TŞ-lə müəyyən olunmuş parametrlərdən aşağı olmasın və cihazqayırma, metalşunaslıq, qaynaq üzrə ixtissaslaşmış təşkilatın müsbət rəyi alınsın. İcazənin nüsxələri tutumların pasportuna əlavə edilməlidir.
3.3. Əgər əsas və lehimlənmiş təbəqənin materialları əlavə 4-də, lehimləmə materialları isə ixtissaslaşdırılmış təşkilatla razılaşdırılmış texniki şərtlərdə göstərilmişdirsə, qoruyucu üst qat çəkilmiş və lehimlənmiş materialları tətbiq etməyə yol verilir.
3.4. Açıq meydançada və ya qızdırılmayan yerdə quraşdırılmaq üçün təyin olunan tutumlar üçün materiallar seçilərkən verilən rayon üçün xarici mühitin mütləq minimal temperaturu nəzərə alınmalıdır.
3.5. Materialların və yarımfabrikatların keyfiyyəti və xassələri müvafiq standartların və texniki şərtlərin tələblərinə cavab verməli, tədarükçülərin sertifikatları ilə təsdiq olunmalıdır. Sertifikat və ya markalanma (nişanlanma) olmadığı və ya tam olmadığı halda tutum istehsalçısı (təmir, montaj təşkilatı) sertifikatı tamamlayacaq və ya əvəz edə biləcək bütün lazımi sınaqları, nəticələri protokollaşdırmaqla keçirməlidir. Sertifikatda yarımfabrikatın istehsalçı müəssisədə termiki emal rejimi göstərilməlidir.
Dostları ilə paylaş: |