Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi



Yüklə 0,57 Mb.
səhifə12/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   76
daq-meden-

4.3.15. Tutumlar və onların elementləri hazırlanarkən bütün qaynaq işləri müsbət temperaturda, qapalı yerlərdə yerinə yetirilməlidir.

Quraşdırma meydançalarında tutumların montajı, hazırlanması və eləcə də onların binadan kənarda təmiri zamanı havanın mənfi temperaturunda qaynaq işini yerinə yetirməyə yol verilir. Bu halda qaynaqçı, eləcə də qaynaq yeri bilavasitə küləyin və atmosfer yağıntılarının təsirindən qorunmalıdır. Ərtafda havanın 0oC-dən aşağı temperaturlarında qaynaq işləri müəyyən qaydada razılaşdırılmış NS-in tələblərinə uyğun yerinə yetirilməlidir.



4.3.16. Qaynaq işlərini yerinə yetirən qaynaqçını müəyyən etmək üçün bütün qaynaq tikişləri damğalanmalıdır.

Damğa xarici tərəfdən, qaynaq tikişinin kənarından 20-50 mm məsafədə vurulmalıdır. Əgər qaynaq tikişi xaricdən və daxildən müxtəlif qaynaqçılar tərəfindən yerinə yetirilibsə, o zaman damğa xarici tərəfdən kəsr şəklində vurulur: kəsrin surətində xaricdən qaynaq tikişi yerinə yetirən qaynaqçının damğası, kəsrin məxrəcində isə daxildən qaynaq edən qaynaqçının damğası vurulur. Əgər tutumun qaynaq birləşmələri bir qaynaqçı tərəfindən yerinə yetirilirsə, o zaman damğanı lövhəciyin yanında və ya başqa açıq sahədə vurmaq olar. Əgər qaynaq birləşmələri bir neçə qaynaqçı tərəfindən yerinə yetirilibsə, qaynaq işində iştirak etmiş qaynaqçıların hamısının damğaları vurulmalıdır.

Uzununa tikişlərdə damğa tikişin başlanğıcında və sonunda halqavari tikişdən 100 mm məsafədə vurulmalıdır. Uzunluğu 400 mm-dən kiçik olan uzununa qaynaq tikişli obeçaykalarda bir damğa vurmağa yol verilir. Halqavari tikişlərdə damğa halqavari tikişin uzununa tikişlə kəsişdiyi yerdə və hər 2 m-dən bir, lakin hər tikişdə ən azı iki damğa olmaqla vurulmalıdır. Damğalar bayır tərəfdən vurulmalıdır. Divarının qalınlığı 4mm-dən az olan tutumlarda uzununa və halqavari tikişlərin damğasını elektroqraf və ya silinməyən boyalarla vurmağa icazə verilir.

Damğa vurulan yer silinməyən boya və ya elektroqraf ilə yerinə yetirilən, yaxşı görünən çərçivəyə alınır və tutumun pasportunda qeyd olunur.




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin