Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi



Yüklə 0,57 Mb.
səhifə8/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   76
daq-meden-

3.6. Əsas materialların yoxlama üsulları və həcmi müvafiq qaydada razılaşdırılmış standartlar və texniki şərtlər əsasında müəyyən olunmalıdır.

3.7. Tutumların və onun elementlərinin hazırlanmasında tətbiq edilən aşqar materiallar müvafiq standartların və ya texniki şərtlərin tələblərinə cavab verməlidir.

Konkret markalı aşqar materialların, eləcə də flüslar və qoruyucu qazların istifadə olunması tutumun hazırlanmasına dair texniki şərtlərə və qaynaq üzrə təlimata uyğun yerinə yetirilməlidir.



3.8. Yeni aşqar materialların, flüsların və qoruyucu qazların tətbiq edilməsinə, tutumun qaynaq edilməsi zamanı onun texnoloji cəhətdən uyğunluğu, bütün kompleksin tələb olunan qaynaq birləşmələri (tikiş metalının xassələri daxil olmaqla) yoxlandıqdan sonra və qaynaq üzrə ixtissaslaşdırılmış müəssisənin müsbət rəyi təsdiq olunduqdan sonra müəssisənin rəhbərliyi tərəfindən razılıq verilir.

3.9. İxtissaslaşdırılmış müəssisə ilə razılaşdırılmış standartlar və ya texniki şərtlər üzrə uzununa və spiral tikişli elektrik qaynaqlı borularının tətbiqinə yol verilir, bu şərtlə ki, bütün uzunluq boyunca tikişlər radioqrafiya, ultrasəs və ya digər defektoskopiya üsulları ilə yoxlansın.

Hər bir tikişsiz və ya qaynaq olunmuş boru hidravlik sınaqdan keçirilməlidir. Hidravlik sınaq zamanı sınaq təzyiqinin qiyməti borulara aid texniki şərtlərdə göstərilməlidir. Əgər tikişsiz borular bütün səthi boyunca fiziki üsullarla (radioqrafiya, ultrasəs və ya digər) yoxlamadan keçirilərsə, bu boruların hidravlik sınaqdan keçirilməməsinə yol verilir.


3.10. Üzlənmiş, lehimlənmiş təbəqələr və lehimlənmiş döymələr təbəqələrdə əsas metal təbəqədən üzlük (lehim) təbəqənin ayrılmasının, eləcə də döymə metallarının tam olmaması və laylara ayrılmasının aşkar edilməsini təmin edən ultrasəs və ya digər yoxlama üsulları ilə yoxlanmalıdır. Bu halda keyfiyyətin qiymətləndirilməsi həcmi ixtissaslaşdırılmış müəssisə ilə razılaşdırılan üzlənmiş və ya lehimlənmiş təbəqələrə və ya döymələrə aid standartlar və ya texniki şərtlərlə müəyyən edilir.


  1. MPa-dan (40 kqq/cm2) yüksək təzyiqlə işləyən tutumların hazırlanması üçün təyin olunan, qalınlığı 25 mm-dən çox olan bimetallik təbəqələr tam ultrasəs defektoskopiya və ya digər oxşar üsullarla tam yoxlamadan keçirilməlidir.


3.11. 10 MPa-dan (100 kqq/cm2) yüksək təzyiqlə işləyən tutumların hazırlanması üçün qalınlığı 60 mm-dən çox olan karbonlu və aşağılegirli polad təbəqələr ayrı-ayrı təbəqələr üzrə ultrasəs və ya digər eynidərəcəli defektoskopiya üsulu ilə yoxlanılmalıdır.

3.12. Qabarit ölçüsü 200 mm-dən, qalınlığı 50 mm-dən böyük, 6,3 MPa-dan (63 kqq/cm2) yuxarı təzyiqlə işləmək üçün təyin olunan karbonlu, aşağılegirli və legirlənmiş (aşqarlanmış) poladlardan hazırlanan döymələr tək-tək ultrasəs və ya digər eynidərəcəli üsullarla yoxlamadan keçirilməlidir.

Yoxlanılan döymələrin 50%-dən az olmayan həcmi defektoskopiya üsulu ilə yoxlanılmalıdır. Yoxlama üsulları normativ sənədlərin tələblərinə uyğun olmalıdır.



3.13. Qaykalar və boltlar müxtəlif markalı poladdan hazırlanmalıdır, eyni markalı poladdan hazırlandıqda isə müxtəlif bərkliyə malik olmalıdır. Bu halda qaykanın bərkliyi boltun bərkliyindən az olmalıdır. Boltların uzunluğu NS-də göstərildiyi qiymətə qədər yivli hissənin qaykadan kənara çıxmasını təmin etməlidir.

3.14. Boltların materialının xətti genişlənmə əmsalının qiyməti, flansın materialının xətti genişlənmə əmsalının qiymətinə yaxın qiymətlə seçilməlidir. Xətti genişlənmə əmsalının qiymətlərindəki fərq 10%-dən çox olmamalıdır. Xətti genişlənmə əmsalı müxtəlif olan (10%-dən çox) poladlardan isə, onların möhkəmliyinin hesablanması əsaslandırıldiqda yol verilir.

3.15. Əgər NS-də nəzərdə tutulubsa, austenit poladdan hazırlanmış boltlara perlit sinfinə aid poladdan hazırlanan qaykaların bağlanılmasına yol verilir.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin