4.5.25. Tutumun tez çıxarıla bilən qapaqlarla təchiz olunmuş qaynaq birləşmələri 100% həcmdə ultrasəs defektoskopiyası və ya radioqrafiya yoxlama üsulu ilə yoxlanılmalıdır.
4.5.26. 3-cü və 4-cü qrup tutumlar üçün radioqrafiya və ya ultrasəs üsullarla yoxlanılacaq yerlər qaynaq işləri başa çatdıqdan sonra xarici baxışın nəticələrinə görə istehsalçı müəssisənin texniki nəzarət şöbəsi tərəfindən müəyyən olunur.
4.5.27. Müvafiq sahəni yoxlamazdan əvvəl qaynaq birləşmələri elə markalanmalıdır ki, onları nəzarət kartlarında və radioqrafiya şəkillərində asanlıqla tapmaq mümkün olsun.
4.5.28. 100% həcmdə ultrasəs defektoskopiyası və ya radioqrafiya yoxlaması üsulu ilə yoxlamaya məruz qalan qaynaq birləşmələrində yol verilməyən qüsurlar aşkar edildikdə, birləşmənin bütün uzunluğu boyunca bu məhsulda həmin qaynaqçının yerinə yetirdiyi birtipli qaynaq tikişləri də eyni üsulla yoxlanmalıdır.
4.5.29. Ayrı-ayrı qaynaq birləşmələri əlçatmaz yerdə olduğundan, ultrasəs defektoskopiyası və ya radioqrafiya yoxlamasını həyata keçirmək mümkün olmadıqda və ya bu yoxlama üsulları səmərəli olmadıqda (xüsusilə ştuserlərin qaynaq tikişləri və daxili diametri 100 mm-dən kiçik borular) bu qaynaq birləşmələrinin keyfiyyətini yoxlamaq üçün müəyyən qaydada razılaşdırılmış təlimata uyğun olaraq başqa üsullar tətbiq edilir. Yoxlama üsulu barədə göstərişlər tutumun pasportunda qeyd olunur.
4.5.30. Uc-uca qaynaq birləşmələrinin ultrasəs defektoskopiyası və radioqrafiya yoxlaması daha səmərəli dağıdıcı olmayan nəzarət üsulu ilə əvəz edilə bilər.
4.5.31. Qaynaq birləşmələrinin və məhsulların kapilyar və maqnit tozu üsulu ilə yoxlanılması səthi və səthaltı qüsurların aşkar edilməsi məqsədi ilə cizgilərlə və NS-lə təyin olunan əlavə yoxlama üsullarıdır.
4.5.32. Kapilyar yoxlama üsulu müəyyən olunmuş qaydada razılaşdırılmış nəzarət üsullarına uyğun olaraq yerinə yetirilməlidir.
4.5.33. Kapilyar və maqnit tozu üsullarının sinfi və həssaslıq səviyyəsi cizgilərlə və NS-lə müəyyən olunmalıdır.
4.5.34. Stiloskopiya yoxlama üsulu detalların metalının aşqarlanmasının və qaynaq tikişlərinin cizgilərin və NS-lərin tələblərinə uyğunluğunu təsdiq etmək məqsədi ilə yerinə yetirilməlidir.
4.5.35. Stiloskopiyaya üsulu ilə aşağıdakılar yoxlanılır: