4.5.36. Stiloskopiya müəyyən qaydada razılaşdırılmış metodik göstərişlərin və ya təlimatların tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.
4.5.37. Qaynaq birləşmələrinin termiki emalının yerinə yetirilmə keyfiyyətini yoxlamaq məqsədilə qaynaq birləşməsinin metal tikişinin bərkliyi ölçülür.
4.5.38. İstiliyə davamlı perlit və martensit-ferrit sinfinə aid poladlardan yerinə yetirilən qaynaq birləşmələrinin tikişlərinin metalı NS-də müəyyən olunmuş üsullarla və həcmdə bərkliyi ölçülməlidir.
4.5.39. Yoxlama qaynaq birləşmələrindən hazırlanmış nümunələr üzərində mexaniki xassələrin yoxlanması, kristallararası korroziyaya qarşı möhkəmliyin sınaqdan keçirilməsi və qaynaq birləşmələrinin metalloqrafik tədqiqatı aparılmalıdır.
Yoxlama qaynaq birləşmələri tutumun möhkəmliyini (obeçaykaların uzununa tikişi, qabarıq diblərin düz xətli və meridian tikişləri), eləcə də uzununa tikişləri olmayan tutumların halqavari tikişlərinin möhkəmliyini müəyyən edən, uc-uca qaynaq birləşmələrindən birini əks etdirməlidir.
Yoxlama qaynaq birləşmələri nəzarət olunan istehsal qaynaq birləşmələri ilə (markasına, təbəqənin qalınlığı və ya boruların ölçüsünə, kənarların kəsilmə formasına, qaynaq üsuluna, qaynaq materiallarına, tikişin vəziyyətinə, qızdırılma rejimi və temperaturuna, termiki emala görə) tam oxşar olmalıdır və eyni qaynaqçı tərəfindən, eyni qaynaq avadanlığı ilə yoxlanan istehsal birləşməsi ilə eyni zamanda qaynaq olunmalıdır. Çoxlaylı tutumların halqavari tikişləri üçün yoxlama qaynaq birləşmələri bu tutumların hazırlanmasına aid NS-lə müəyyən olunur.
Əgər Qaydaların tələblərinə uyğun olaraq qaynaq texnologiyasının attestasiyası keçirilibsə, ixtisaslaşdırılmış müəssisənin razılığı üzrə yoxlama qaynaq birləşmələrinin mexaniki sınaqlarını yerinə yetirməməyə icazə verilir.
4.5.40. Mexaniki xassələrin yoxlanması, kristallararası korroziyaya qarşı dayanıqlığın sınaqdan keçirilməsi və metalloqrafik tədqiqat üçün təyin olunmuş yoxlama birləşmələrin (plastinlərin) qaynağı zamanı plastinləri qaynaq olunan elementlərə elə yaxınlaşdırmaq lazımdır ki, yoxlama plastinlərin tikişi qaynaq olunan məhsulun qaynaq tikişinin davamı olsun.
Üzərinə plastinləri yapışdırmaq mümkün olmayan tutumun elementlərinin birləşmələrini yoxlamaq üçün yoxlama plastinlərin qaynağı yoxlanan uc-uca birləşmələrin qaynağının bütün şərtlərinə mütləq riayət etməklə onlardan ayrılıqda yerinə yetirilə bilər.
Dostları ilə paylaş: |