4.5.46. Yoxlama qaynaq birləşmələri bütün uzunluq boyunca ultrasəs defektoskopiyası və radiasiya yoxlama üsulu ilə yoxlanmalıdır.
Əgər yoxlama birləşmədə yol verilməyən qüsurlar aşkar edilirsə, o zaman bu birləşməyə aid, defektoskopiyaya uğradılmayan bütün istehsal qaynaq birləşmələri bütün uzunluğu boyunca dağıdıcı olmayan yoxlama üsulu ilə yoxlanmalıdır.
4.5.47. Mexaniki sınaqlar, yoxlanılan uc-uca qaynaq birləşmələrinin mexaniki xassələrini “Qaydalar”ın və texniki şərtlərin tələblərinə uyğunluğunu yoxlamaq məqsədi ilə aparılmalıdır.
Mütləq (hökmən) aparılmalı olan mexaniki sınaq növləri:
statik dartılma – bütün qrup tutumlar üçün (bax cədvəl 5);
statik əyilmə və ya əzilmə (yastılanma)- bütün qrup tutumlar üçün;
zərbədən əyilmə - 5 MPa (50 kqq/sm2)-dan yuxarı təzyiqdə və ya 450oC-dən yüksək temperaturda işləmək üçün təyin olunmuş və qaynaq zamanı közərməyə meylli poladlardan hazırlanmış tutumlar üçün (əlavə 4);
zərbədən əyilmə - -20 oC-dən aşağı temperaturda işləmək üçün təyin olunmuş 1, 2, 3-cü qrup tutumlar üçün.
Qaynaq birləşmələrinin zərbədən əyilməyə sınağı 3-cü bənd üzrə 20oC tempera- turda, divarının qalınlığı 12 mm və daha çox olan tutumlar və onların elementləri üçün,
4-cü bənd üzrə isə işçi temperaturda keçirilir.
Əgər Qaydaların tələblərinə uyğun qaynaq texnologiyasının istehsal attestasiyası keçirilmişdirsə, o zaman ixtisaslaşdırılmış müəssisələrlə razılığa görə yoxlama qaynaq birləşmələrini mexaniki sınaqlardan keçirməməyə icazə verilir.
4.5.48. Hər bir yoxlanılan uc-uca qaynaq birləşməsindən kəsilməlidir: statik dartılmaya sınamaq üçün iki nümunə;
statik əyilməyə və əzilməyə sınamaq üçün iki nümunə; zərbədən əyilməyə sınamaq üçün üç nümunə.
4.5.49. Tutumların şərti keçid diametri 100 mm-dən az və divarının qalınlığı 12 mm-dən az olan boru elementlərinin yoxlama uclarının statik əyilməyə sınağı əzilməyə sınağı ilə əvəz edilə
bilər.
Dostları ilə paylaş: |