Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi


Bu qaydalarin tələblərinin pozulmasina görə məsuliyyət



Yüklə 0,57 Mb.
səhifə3/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   76
daq-meden-

1.3. Bu qaydalarin tələblərinin pozulmasina görə məsuliyyət

Qaydalar icra olunmaq üçün tutumların layihələndirilməsi, hazırlanması, yenidən qurulması, montajı, tənzimlənməsi, təmiri, texniki diaqnostikası və istismarı ilə məşğul olan bütün vəzifəli şəxslərə, mütəxəssislərə, işçilərə zəruridir. Bu Qaydaların tələblərinin pozulmasına yol verən şəxslər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.


1.4. Qəzalarin və bədbəxt hadisələrin tədqiqat qaydalari

1.4.1. Təzyiq altında işləyən tutumların istismarı ilə əlaqədar qəzaların və bədbəxt hadisələrin tədqiqatı, Azərbaycan Respublikasının qanunvericiliyinə və SİTGDMND Agentliyinin müəyyən etdiyi qaydada həyata keçirilməlidir.

1.4.2. Təzyiq altında işləyən, SİTGDMND Agentliyində qeydiyyatda olan tutumlara xidmətlə bağlı hər bir qəza, ölümlə nəticələnən və ya qrup halında baş verən bədbəxt hadisə haqqında onun sahibi SİTGDMND Agentliyini və digər müvafiq təşkilatları məlumatlan-dırmalıdır.

1.4.3. Qəzanın və ya bədbəxt hadisənin səbəblərini araşdırmaq üçün SİTGDMND Agentliyinnin nümayəndəsi gələnə qədər müəssisənin müdriyyəti əğər yaranmış vəziyyət ətrafdakı insanların həyatı üçün heç bir təhlükə yaratmırsa və qəzanın inkişafına səbəb olmursa, qəza (bədbəxt hadisə) vəziyyətinin olduğu kimi saxlanmasını təmin etməlidir.

  1. BÖLMƏ


TUTUMLARIN KONSTRUKSİYASI

2.1. Ümumi tələblər

2.1.1. Tutumların konstruksiyası hesablanmış istismar müddəti ərzində istismarın etibarlılığını və təhlükəsizliyini təmin etməli və texniki şəhadətləndirilmənin keçirilməsi, təmizlənməsi, yuyulması, tam boşaldılması, üfürülməsi, təmiri, metalların və birləşmələrin istismar müddətində nəzarəti həyata keçirmək imkanını nəzərdə tutmalıdır.

2.1.2. Hər tutum üçün istismar şəraiti nəzərə alınaraq hesablanmış istismar müddəti müəyyən olunmalı və pasportda göstərilməlidir.

2.1.3. Tutumlara xarici və daxili baxış keçirməyə mane olan qurğular (qarışdırıcılar, ilanvari borular, örtüklər, boşqablar, arakəsmələr və digər qurğular) bir qayda olaraq taxılıb-çıxarıla bilən olmalıdır.

Qaynaqla birləşdirilmiş qurğular tətbiq olunarkən xarici və daxili baxış keçirmək üçün onların çıxarılma və yenidən yerinə quraşdırılma imkanı nəzərdə tutulmalıdır. Bu qurğuların çıxarılması və yenidən quraşdırılması qaydaları tutumun istismar təlimatında göstərilməlidir.



2.1.4. Əgər tutumun konstruksiyası bu Qaydaların tələblərində nəzərdə tutulmuş, onun hidravlik sınaqdan keçirilməsinə və ya xarici və daxili baxışlarin aparılmasına imkan vermirsə, o zaman tutumun layihəsini işləyən tərəfindən istismar təlimatında qüsurların vaxtında aşkar edilməsi və aradan qaldırılmasını təmin edən, bu baxış və sınaqların aparılma metodikası, yoxlamanın həcmi və dövriliyi göstərilməlidir. İstismar təlimatında bu göstərişlər olmadığı halda, baxışın və sınaqların aparılma metodikası, yoxlamanın həcmi və dövriliyi ixtisaslaşdırılmış təşkilat tərəfindən müəyyənləşdirilir.

2.1.5. Qurğuların daxili konstruksiyası hidravlik sınaq zamanı tutumun daxilindən havanın çıxarılmasını və hidravlik sınaqdan sonra suyun boşaldılmasını təmin etməlidir.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin