4.6 Xarici pasportun, sürücülük vəsiqəsinin və yol sənədlərinin itirilməsi və oğurlanması
üzrə təminat
Hazırkı bölmənin şərtlərinə müvafiq olaraq Sığorta olunana məxsus xarici pasportun,
sürücülük vəsiqəsinin və digər yol sənədlərinin oğurlanması, itməsi və ya məhv olması
hadisələri üzrə sığorta təminatı verilir.
Hazırkı bölməyə müvafiq olaraq xarici pasportun, yol sənədlərinin və sürücülük vəsiqəsinin
oğurlanması, itməsi və ya məhv olması üzrə təminat Sığorta olunanın yalnız səfər etdiyi müddət
ərzində qüvvədədir.
4.6.1 Sığorta obyekti
Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta obyekti Sığorta olunanın Sığorta
müqaviləsində göstərilən sığorta məbləği çərçivəsində itirilmiş sənədlərin dublikatlarının və ya
müvəqqəti sənədlərin hazırlanması (xarici pasport, sürücülük vəsiqəsi və digər yol sənədləri)
üçün çəkilən xərclər ilə bağlı olan, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan
əmlak mənafeləridir.
4.6.2 Sığorta hadisəsi
Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta hadisəsi Sığorta olunana məxsus olan
xarici pasportun,sürücülük vəsiqəsinin və digər yol sənədlərinin sığorta müddəti ərzində
oğurlanması, itməsi, zədələnməsi və ya məhv olması hadisəsidir.
Dostları ilə paylaş: |