4.6.3 Sığorta məbləği və sığorta ödənişinin həyata keçirilməsi qaydası
4.6.3.1 Sığorta müqaviləsi ilə digər şərtlər nəzərdə tutulmayıbsa, hazırkı bölmə üzrə
Sığortaçının məsuliyyətinin maksimal limiti hər hadisə və sığorta müddəti ərzində baş verən
bütün hadisələr üzrə, Sığortalının seçdiyi sığorta təminatının valyutasından asılı olaraq, cəmi 500
ABŞ dolları və ya 500 Avro məbləğini təşkil edir.
4.6.3.2 Səfər zamanı Sığorta olunanın yanında olan və itirilmiş sənədlərin dublikatlarının
hazırlanması üzrə xərclərinin ödənilməsini Sığortaçı ona təqdim olunan müvcud olan sənədlərin
əlavə olunması şərti ilə (konsul rüsumun ödənilməsi haqqında arayış, müvafiq sənədlərin
hazırlanması üçün çəkilən xərclər və s.) həyata keçirilir. Sığorta olunan şəxsin xarici
pasportun,sürücülük vəsiqəsinin və yol sənədlərinin itirilməsi, oğurlanması və ya məhv olunması
ilə əlaqədar sığorta ödənişinin alınması haqqında ərizə əsasında ödəyir.
Dostları ilə paylaş: |