5.5 Bu qaydaların 3-cü maddəsində sadalanan hallar aşağıdakılar nəticəsində baş verərsə, sığorta
Standard Insurance Səyahət Sığortasının Qaydaları
P a g e
|
7
5.5.1 sığortalının alkoqollu, narkotik və toksik sərxoşluğu;
5.5.2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Sığorta olunanın hər hansı bir nəqliyyat
vasitəsini idarə etməsi;
5.5.3 Sığorta olunanın nəqliyyat vasitəsinin idarə edilməsini spirtli içkilərin, narkotik və ya
toksik maddələrin təsiri altında olan və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan
şəxsə həvalə etməsi;
5.5.4 Sığorta olunanın bilərəkdən özünə cismani zərər yetirməsi, özünə qəsd etməsi və ya buna
cəhd göstərməsi;
5.5.5 epilepsiya xəstəliyi ilə bağlı qıc olma;
5.5.6 müalicəvi manipulyasiyalar, yatrogen xarakterli xəsarət və zərərlər;
5.5.7 müharibə (elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, hərbi
əməliyyatlar və onların nəticələri, təcavüz, istila, işğal, düşmənçilik aktları, xarici düşmənlərin
aksiyaları, inqilab, ictimai iğtişaşlar, xalq hərəkatı, çevriliş, silahlı yolla hakimiyyətin qəsb
edilməsi, xalq ixtişaşları, tətil, üsyan, qiyam, kütləvi həyacanlar, terror aktları və onların
nəticələri, sabotaj;
5.5.8 nüvə partlayışı, radioaktiv və ya digər şüalanmaların təsiri;
5.5.9 zəlzələ, sel, daşqın və digər təbii fəlakətlər və onların nəticələri, epidemiyalar, karantinlər,
meteoroloji şərait;
5.5.10 Sığortalının, sığorta olunanın və/və ya maraqlı üçüncü şəxslərin sığorta hadisəsinin baş
verməsinə yönəldilmiş hərəkətlər qəsdən və ya kobud ehtiyatsızlıqdan törətməsi;
5.5.11 sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta olunan tərəfindən
törədilmiş sığorta hadisəsi ilə birbaşa səbəb–nəticə əlaqəsində olan hüquqa zidd hərəkətlər,
həmçinin Sığorta olunanın cinayət törətməsi və ya buna cəhd göstərməsi;
5.5.12 sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, peşəkar pilot tərəfindən idarə
olunan mülki aviasiya təyyarəsində sərnişin qismində uçuşlar istisna olmaqla, sığorta olunanın
özü tərəfindən idarə edilən uçuş aparatında uçuş;
5.5.13 sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta olunanın mühərriksiz uçuş
aparatlarında, mühərrikli planerlərdə, superyüngül uçuş aparatlarında uçuşu və həmçinin
paraşutla tullanması;
5.5.14 sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, Sığorta olunanın məşqlərdə və
idman yarışlarında iştirakı ilə bağlı hər hansı idman növü ilə məşğul olması;
5.5.15 Sığorta olunanın hər cür silahlı qüvvələrdə və qruplaşmalarında qulluq etməsi;
5.5.16 əmək vəzifələrini yerinə yetirərkən (muzdlu iş qörərkən) Sığorta olunanın təhlükəsizlik
texnikası qaydalarına riayət etməməsi.
5.5.17 sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, Sığorta olunanın təhlükəli
fəaliyyət növləri (o cümlədən, peşəkar avtomobil nəqliyyatı sürücüsü, dağ mədənçisi, inşaatçı,
elektrik quraşdırıcısı qismində) ilə məşğul olması;
5.5.18 Sığortalının müalicə almaq məqsədi ilə həyata keçirilən səfəri.
5.6 Tərəflərin Sığorta müqaviləsinə əks etdirilmiş əlavə razılığına əsasən 5.5.7, 5.5.12-5.5.15,
5.5.17 və 5.5.18-ci bəndlərində göstərilən hadisələr Sığortaçı tərəfindən müəyyən edilmiş artırıcı
əmsallar tətbiq olunmaqla sığorta hadisəsi kimi tanına bilər.
5.7 Sığortaçı səfərin məqsədi olan müalicə xərclərini və həmçinin bu müalicə ilə əlaqədər
Sığortalının səhhətinin pisləşməsi və ölümü ilə bağlı xərcləri (o cümlədən repatriasiya xərclərini)
heç bir halda ödəmir.
Dostları ilə paylaş: