9. SIĞORTA MƏBLƏĞĠ VƏ SIĞORTA HAQQI
9.1 Sığorta müqaviləsində göstərilən ümumi sığorta məbləği hər bir hədisə və/və ya sığorta
müddəti ərzində bütün hadisələr üzrə Sığortaçı tərəfindən ödəniləcək maksimal məbləğdir.
Müəyyən tibbi xərclər və hadisələr üzrə sığorta müqaviləsi ilə sub-limitlər nəzərdə tutula bilər.
Bu halda həmin xərclər və hadisələr üzrə Sığortaçının məsuliyyəti nəzərdə tutulan sub-limitlər
ilə məhdudlaşır.
9.2 Sığorta müqaviləsində tərəflərin razılığı ilə Sığortaçı tərəfindən ödənilən xərclərin hər bir
növü (tibbi, daşınma, tibbi daşınma, ölümdən sonrakı repatriasiya xərcləri) üçün təyin edilən
sığorta məbləği dedikdə Sığortaçının ödədiyi tibbi və tibbi daşınma xərclərinin və həmçinin
daşınma və ölümdən sonrakı repatriasiya xərcləri son həddi olan pul məbləği başa düşülür;
9.3 Sığorta haqqı sığorta müqaviləsinə müvafiq olaraq Sığortaçıya (onun brokerinə və ya
agentinə ) Sığortalı tərəfindən ödənilməli olan sığortalanma üçün ödəmədir;
9.4 Sığorta haqqı Sığortaçının tariflərinə müvafiq olaraq müəyyən edilir və onun məbləği sığorta
müqaviləsində göstərilir. Əgər Sığortaçı yüksək təhlükə ilə bağlı, o cümlədən 5.5.7, 5.5.12-
5.5.15, 5.5.17 və 5.5.18-ci bəndlərində göstərilən fəaliyyətdə məşğul olan və həmçinin 65 yaşı
ötmüş şəxsləri sığortalamaq barədə qərar qəbul edərsə, bu şəxslər tərəfindən sığorta haqqı onun
tərəfindən müəyyən olunmuş artırıcı əmsallar tətbiq edilməklə ödənilir;
9.5 Sığorta haqqı Sığortalı tərəfindən Sığortaçının təqdim etdiyi hesabın və ya sığorta haqqının
məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənədin şərtlərinə müvafiq
olaraq tam məbləğdə birdəfəlik ödəniş şəklində ödənilməlidir.Sığorta müqaviləsində sığorta
haqqını nisyə ödənilməsi nəzərdə tutula bilər. Ödəniş köçürmə yolu və ya nəğd qaydada həyata
keçirilə bilər.
9.6 Sığorta olunanın sığorta müqaviləsində göstərilən ölkəyə getmək üçün vizası olduqda və o,
bu ölkəyə getmədikdə və ya həmçinin getməmək barədə Sığortaçıya sığorta müqaviləsində
göstərilən sığorta müddəti sona çatdıqdan sonra məlumat verdikdə sığorta haqqı geri qaytarılmır.
Dostları ilə paylaş: |