7. BƏDBƏXT HADĠSƏ
7.1
Bu Qaydalara əsasən, əgər Sığorta olunan, sığorta təminatının qüvvədə olduğu müddət
ərzində, sığorta müqaviləsində göstərilmiş xarici ölkənin ərazisində olduğu və ya həmin ölkəyə
səfər etdiyi və ya oradan qayıtdığı, lakin Azərbaycan Respublikasının sərhədlərindən kənarda
olduğu zaman, onun iradəsindən asılı olmayan, həyatına və sağlamlığına zərər vuran qəfil,
öncədən gözlənilməyən xarici faktorların (fiziki, kimyavi, texniki və s.) təsadüfi təsiri, o
cümlədən Sığorta olunanın sərnişin kimi hərəkət etdiyi yerüstü, su və hava nəqliyyatı vasitəsinin
qəzaya uğraması nəticəsində bədən xəsarəti alarsa və bu bədən xəsarəti heç bir digər səbəbdən
asılı olmadan hadisənin baş verdiyi tarixdən sonrakı 12 ay ərzində Sığorta olunanın:
7.1.1 vəfat etməsinə;
7.1.2 bir və ya daha çox ətrafın, yaxud bir və ya hər iki gözün itirilməsinə;
7.1.3 əmək qabiliyyətinin daimi olaraq tam itirilməsinə;
səbəb olarsa, Sığorta olunana dair seçilmiş sığorta planından asılı olaraq «sığorta ödənişləri
cədvəli»ndə göstərilən məbləğ həcmində sığorta ödənişi verilir.
7.2 Heç bir halda Sığortaçının məsuliyyəti yuxarıda göstərilən bəndlərdən (7.1.1 - 7.1.3) biri
üzrə müvafiq sığorta planının ödəniş cədvəlində göstərilən məbləğdən çox ola bilməz. Bir
bədbəxt hadisə yuxarıda göstərilən bəndlərlə (7.1.1 - 7.1.3) nəzərdə tutulan bir neçə hal ilə
nəticələnərsə cəmi ödənilən məbləğ «sığorta ödənişləri cədvəli»ndə göstərilən bədbəxt hadisə
üzrə ümumi sığorta məbləğindən artıq ola bilməz.
7.3 Təqaüddə olan Sığorta olunanlar üçün sığorta təminatı yalnız 7.1.1 və 7.1.2-ci bəndlər üzrə
verilir.
7.4 7.1.1-ci və 7.1.2-ci bəndlər üzrə ödəniş yalnız o halda verilir ki, ölüm və ya itirilmə halı
bədən xəsarətinə səbəb olan hadisənin baş verdiyi tarixdən sonrakı 12 ay ərzində meydana
gəlmiş olsun. 7.1.3-cü bənd üzrə ödəniş, Sığorta olunanın əmək qabiliyyətinin itirilməsi halının
12 ay davam etməsini və ömrünün sonuna kimi bərpa olunması ehtimalının olmamasını sübut
edən dəlillər Sığortaçıya təqdim edildikdə verilir.
Dostları ilə paylaş: |