V.DaĢınma xərcləri, yəni;
6.1.6 Əgər Sığorta olunanın stasionar müalicədə olması zərurətini yaradan sığorta hadisəsi
nəticəsində Sığorta olunan vaxtında, yəni Sığorta olunanın əlində olan gediş-gəliş sənədində
göstərilən tarixdə qayıda bilmirsə, onun daimi yaşadığı yerə birbaşa “ekonom sinifi” ilə getmə
xərcləri, birbaşa beynəlxalq əlaqəsi olan hava limanına getmə xərcləri. Sığortalı istifadə
olunmamış gediş- gəliş sənədlərinin Sığortaçıya qaytarılması (təhvil verilməsi) və onların
dəyərinin Sığortaçıya ödənilməsi üçün ondan asılı hər bir şeyi etməlidir. Bu şərtin yerinə
yetirilmədiyi halda Sığortaçının istifadə olunmamış gediş-gəliş sənədlərinin dəyərini Sığorta
olunana ödənilən xərclərin məbəğindən çıxmaq hüququ vardır.
6.1.7 Əgər Sığorta olunanın məruz qaldığı Sığorta hadisəsi nəticəsində onun xaricdə yanında
olan uşaqları (yaşı 16-dan çox olmayan) nəzarətsiz qalarlarsa, uşaqların daimi yaşadıqları ölkəyə
bir başa “ekonom sinifi” ilə getmə xərcləri. Lazım olduqda Sığortaçı uşaqların müşayiət
olunmasını təşkil edir və bunun xərclərini ödəyir;
6.1.8 Əgər təkbaşına səyyahət edən Sığorta olunanın xəstəxanada qalma müddəti 10 gündən çox
çəkərsə, Sığorta olunanın bir qohumunun “ekonom sinifi” ilə gedib – gəlmə (daimi yaşadığı
ölkədən getmə və geriyə qayıtma) xərcləri. Bununla belə qohumun xaricdə qalma xərcləri
Sığortaçı tərəfindən ödənilmir.
Dostları ilə paylaş: |