B. Tibbi daĢınma xərcləri, yəni;
6.1.3 Hadisə yerindən ərazisində olduğu ölkənin ən yaxın məsafədə yerləşən tibb müəssəsinə və
ya bilavasitə yaxınlıqda yerləşən həkimin yanına evakuasiya olunma (“təcili yardım” avtomobili
və ya digər nəqliyyat vasitəsi ilə ) xərcləri;
6.1.4 Müvəqqəti olduğu ölkədə tələb olunan tibbi yardımın göstərilməsi üçün imkanın olmaması
şərti ilə, müşayət edən şəxsə çəkilən xərclər (əgər bu cür müşayət olunma həkim tərəfindən təyin
olunubsa) daxil olmaqla Sığorta olunanın xaricdən yaşadığı yerə və ya yaşadığı yerdən ən yaxın
məsafədə yerləşən tibb müəssisəsinə təcili tibbi repatriasiya xərcləri. Təcili tibbi repatriasiya
müstəsna hallarda onun zəruriliyi yerli müalicə edən həkim tərəfindən verilən sənədlər əsasında
Sığortaçının həkiminin rəyi ilə təsdiq edildikdə və bunun üçün heç bir əks tibbi göstəriş
olmadıqda həyata keçirilir. Təcili tibbi repatriasiya xərcləri sığorta müqaviləsində nəzərdə
tutulmuş məbləğ çərçivəsində ödənilir.
6.1.5 Stasionarda qalma xərcləri müqavilədə müəyyən olunmuş sığorta həddlərini aşa biləcək
hallarda Sığortalının xaricdən yaşadığı yerə və ya yaşadığı yerin ən yaxın məsafədə yerləşən tibb
müəssisəsinə tibbi repatriasiya olunması xərcləri. Tibbi repatriasiya yalnız əks tibbi göstərişin
olmaması şərti ilə həyata keçirilə bilər. Tibbi repatriasiya xərcləri sığorta müqaviləsində nəzərdə
tutulmuş məbləğ çərçivəsində ödənilir.
Dostları ilə paylaş: |