12. SIĞORTA MÜQAVĠLƏSĠNĠN BAĞLANMASI QAYDASI
12.1 Sığorta müqaviləsi Sığortalının (Sığorta olunanın) şifahi və ya yazılı formada ifadə
olunmuş ərizəsi əsasında bağlanır. Sığortalı (Sığorta olunan) Sığortaçıya aşağıdakı məlumatları
verir:
12.1.1 Sığortalı fiziki şəxs olduqda - adını, atasının adını, soyadını, qeydiyyat ünvanını,
telefonunu;
12.1.2 Sığortalı hüquqi şəxs olduqda – adını, hüquqi ünvanını, telefonunu, bank rekvizitlərini;
12.1.3 Sığorta olunanın adı, atasının adı, soyadı (pasportda olduğu kimi), doğum tarixi, ünvanı,
telefonu;
12.1.4 Sığortalı hüququ şəxs olduqda – onun adı, hüquqi ünvanı, telefonu, bank rekvizitləri,
Sığortalıların (sığorta olunanların) siyahısı;
12.1.5 Xaricə səfərin başlanma və başa çatma tarixləri;
12.1.6 Sığorta müqaviləsində nəzərdə tutulan təminatların ərazisinə şamil edildiyi ölkələr;
12.1.7 Səfərin məqsədi;
12.1.8 Əgər Sığortalı xaricə işləmək üçün gedirsə, onun sənəti və məşğul olmaq fikrində olduğu
fəaliyyət növü;
12.1.9 Sığortalının iştirak etmək fikrində olduğu idman növü və ya idman yarışı;
12.1.10 Sığortaçının təqdim etdiyi sığorta proqramından seçdiyi sığorta planını (sığorta
məbləğini);
12.2 Sığorta müqaviləsi bağlanarkən Sığorta olunan özünə məlum olan və sığorta riskini
qiymətləndirmək üçün əhəmiyyət kəsb edən hallar barədə sığortaçıya məlumat verməlidir.
12.3 Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə Sığorta olunan sığorta riskindəki özünə
məlum olan dəyişikliklər barədə Sığortaçıya məlumat verməlidir.
12.4 Sığorta müqaviləsi Sığorta olunan tibbi müayinəsi aparılmadan bağlanır. Sığortaçının tələbi
ilə Sığorta olunan sorğu vərəqəsini doldurmalıdır.
12.5 Sığorta müqaviləsinin bağlanması faktı Sığortaçı tərəfindən sığortalıya bu qaydalara əlavə
edilmiş sığorta şəhadətnaməsinin verilməsi ilə təsdiqlənir. Zəruri olan hallarda eyniləşdirmə
kartı verilir.
12.6 Sığorta müqaviləsi bağlanarkən Sığorta olunan sığorta hadisəsinə aid hissədə həkimləri
Sığortaçı qarşısında məxfilik öhdəliklərindən azad edir.
Standard Insurance Səyahət Sığortasının Qaydaları
P a g e
| 13
Dostları ilə paylaş: |