14. SIĞORTA ÖDƏNĠġĠNĠN VERĠLMƏSĠNDƏN ĠMTĠNA ÜÇÜN ƏSASLAR
14.1 Əgər sığortanın qüvvədə olma müddəti ərzində aşağıda göstərilən hallar baş verərsə,
Sığortaçı sığorta müqaviləsi üzrə sığorta təminatının ödənilməsindən tamamilə və ya qismən
imtina etmək hüququna malikdir:
14.1.1 Bu qaydaların 12.2, 12.3, 13.1, 13.3, 13.4.4, 13.7, 13.8 bəndlərinin pozulması;
14.1.2 Sığorta olunanın səhəti və ya ona tibbi və əlaqədar xidmətlərin göstərilməsi barədə
qəsdən yalan məlumat daxil edilmiş sənədlərin Sığortaçıya təqdim edilməsi;
14.1.3 qəsdən və ya kobud ehtiyatsızlıqdan sığorta hadisəsi nəticəsində Sığortaçı tərəfindən
ödənilməli olan ziyanın artmasına kömək etmək və ya bu zərərin azalması üçün ağlabatan
tədbirlər görməmək.
14.1.4. 5.5.1-5.5.18 və 5.7-ci maddələrində qeyd olunan xərclər;
14.2 Sığorta təminatının ödənilməməsi barədə qəbul olunmuş qərar haqqında Sığortalıya
(Sığorta olunana) bu qərarın səbəblərini əks etdirən yazılı məlumat verilir.
14.3 Sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi əsasında, Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada, məhkəmədə iddia irəli sürülə
bilər.
Dostları ilə paylaş: |