Sığorta təminatının qüvvədə olma müddəti tərəflərin razılığı ilə sığorta müqaviləsində
müəyyənləşdirilir və «sığorta müddəti» adlandırılır. Əgər sığorta müqaviləsində digər hallar
nəzərdə tutulmayıbsa, sığorta müqaviləsi Sığorta olunanın Azərbaycan Respublikası
Sığorta olunan tərəfindən bir səfər üçün əldə edilən sığorta müqaviləsi üzrə təminat həmin səfər
üçün Sığorta Şəhadətnaməsinin «sığorta müddəti» bölməsində göstərilən müddəti əhatə edir.
Sığorta olunan tərəfindən çox saylı səfərlər üçün əldə edilən sığorta müqaviləsi üzrə təminat
bütün səfərlər üçün Sığorta Şəhadətnaməsinin «sığorta müddəti» bölməsində göstərilən müddət
Əgər sığorta müqaviləsində digər hal nəzərdə tutulmayıbsa, Sığorta olunanın çox saylı
Standard Insurance Səyahət Sığortasının Qaydaları
P a g e
|
12
səfərləri nəzərdə tutulan, bir il müddətinə bağlanan sığorta müqaviləsində təminat hər səfərin
birinci 90 gününü əhatə edir.
11.2 Sığorta olunanın daimi yaşayış yeri və/və ya vətəndaşı olduğu ölkənin ərazisində sığorta
müqaviləsi qüvvədə olmur. Vətəndaş daimi və ya ən çox yaşadığı yer onun yaşayış yeri kimi
tanınır.
11.3 Əgər sığorta müqaviləsində digər hallar nəzərdə tutulmayıbsa, sığorta təminatı sığorta
şəhadətnaməsində (və eyniləşdirmə kartında) göstərilən sığortanın başlanma gününün saat
24.00-dan, lakin yalnız Sığorta olunan ərazisini tərk etdiyi ölkənin sərhədini keçdikdən
(pasportda sərhəd xidməti tərəfindən edilən qeyd) və sığortanın bütün müddətinə görə sığorta
haqqının Sığortaçının hesabına daxil olduqdan sonra qüvvəyə minir.
11.4 Sığorta olunan, sığorta müqaviləsində (eyniləşdirmə kartında) göstərilən sığorta
müqaviləsinin qüvvədən düşmə tarixində saat 24.00-dan gec olmayaraq, Azərbaycan
Respublikasına qayıtdıqda sığorta təminatı qüvvədən düşür (pasportda dövlət sərhəddinin
keçilməsi barədə sərhəd xidməti tərəfindən edilmiş qeyd və ya müvafiq məlumat bazasında
qeydiyyatı).
11.5 Əgər sığorta müqaviləsinin qüvvəsinin bitməsi anınadək Sığorta olunanın sığorta hadisəsi
nəticəsində hospitalizasiya edilməsi ilə əlaqədər olaraq onun xaricdən qayıtması mümkün
deyilsə və bu müvafiq tibbi rəylə təsdiqlənirsə, Sığortaçı sığorta təminata daxil olan sığorta
hadisəsi ilə əlaqədər olan öhdəliklərini sığorta müqaviləsinin sona çatma tarixi kimi göstərilən
tarixdən etibarən 4(dörd) həftə ərzində yerinə yetirməkdə davam edir.
Dostları ilə paylaş: