hallar istisna olmaqla, müalicəsinin həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq sığorta
müqaviləsi bağlanan tarixə qədər məlum olan xəstəliklərin müalicəsi ilə bağlı xərclər;
8.1.2 Sığortanın başlanmasından əvvəl Sığorta olunan tərəfindən alınan müalicə ilə bağlı,
həmçinin Sığorta olunanın səhhətinə görə səfər etməyə əks göstərişlər olduğu hallarda baş verən
8.1.3 Qıcolma vəziyyətlərinin, sinir və psixi xəstəliklərin aradan qaldırılması və müalicə
8.1.4 Onkoloji xəstəliklərin xoş xassəli və bəd xassəli olmasından asılı olmayaraq bütün müalicə
Standard Insurance Səyahət Sığortasının Qaydaları
P a g e
|
10
xərcləri;
8.1.5 Sığorta olunanın həyatına bilavasitə təhlükə yaradan vəziyyətlərdə həyata keçirilən
təxirəsalınmaz tədbirlər istisna olmaqla, xroniki xəstəliklərdən müalicə xərcləri;
8.1.6 Qəfil xəstəlik və ya bədbəxt hadisə ilə bağlı olmayan hallarda sığorta olunanın aldığı tibbi
xidmətlərə çəkilən xərclər; profilaktik tədbirlərə və ümumi tibbi baxışlara çəkilən xərclər;
8.1.7 QİÇ yoluxmasından və həmçinin onun nəticəsi olan xəstəliklərdən müalicə xərcləri;
8.1.8 bütün növ hepatitin müalicəsi üzrə çəkilən xərclər;
8.1.9 Tibbi yardımın həyati amillərə bağlı olduğu hallar istisna olmaqla, hamiləlik müddətində
məsləhətlər və müayinələr, hamiləlik dövründən asılı olmayaraq hamiləliyin kəskinləşməsi ilə
əlaqədar məsləhətlər, müayinələr və müalicə ilə bağlı xərclər, həmçinin doğuş və doğuşdan
sonrakı qayğı xərcləri;
8.1.10 Əməliyyatın Sığorta olunanın həyatınnın xilas edilməsi ilə bağlı olduğu hallar istisna
olmaqla, abortlara çəkilən xərclər;
8.1.11 Əksər hallarda cinsi yolla yoluxan və həmçinin onların nəticəsi olan xəstəliklərdən
müalicə olunma xərcləri;
8.1.12 Plastik və bərpaedici cərrahiyə (sığorta müddəti ərzində baş vermiş bədbəxt hadisədən
sonra tələb olunan zəruri plastik cərrahiyə müalicəsi istisna olmaqla),
meş torları, şuntlar,
klipslər, ştiftlər, anker ştifti və digər kömək edici vasitələr, göz və diş protezləri də daxil
olmaqla, hər növ protez qoyma xərcləri;
8.1.13 Dişin və dişətrafı toxumaların kəskin iltihabi və həmçinin bədbəxt hadisə nəticəsində diş
zədələndikdə baxış, müalicə və tibb preparatlarına çəkilən xərclər istisna olmaqla, stomatoloji
yardım göstərilməsinə çəkilən xərclər;
8.1.14 Tibbi nöqteyi-nəzərdən zəruri olmayan xidmətlərin göstərilməsi və ya həkim tərəfindən
təyin edilməyən müalicə ilə əlaqədar xərclər;
8.1.15 Sığorta olunanın sığorta hadisəsi ilə əlaqədər müraciətinə əsasən aldığı həkim
göstərişlərinin yerinə yetirilməsindən könüllü surətdə imtina etməsi nəticəsində ortaya çıxan
xərclər;
8.1.16 Qeyri ənənəvi müalicə metodlarına çəkilən xərclər;
8.1.17 Sığortalının qohumları tərəfindən müalicə və qulluq olunmasına dair xərclər;
8.1.18 Müvafiq lisenziya olmayan tibb müəssisəsi və ya tibbi fəaliyyət həyata keçirmək hüququ
olmayan şəxs tərəfindən göstərilən xidmətlərə əlaqədər xərclər;
8.1.19 Bərpaedici müalicə və fizioterapiya xərcləri;
8.1.20 İstirahət mərkəzlərində, sanatoriyalarda, pansionatlarda, istirahət evlərində və digər bu
kimi müəssisələrdə müalicə kursu almaqla əlaqədər xərclər;
8.1.21 Sığorta olunanın müalicə olunması məqsədi ilə təşkil olunmuş ölkə xaricinə səfəri ilə
bağlı olan xərclər;
8.1.22 Bədbəxt hadisə və ya qəfil xəstəliklə bağlı olmayan dezinfeksiya, profilaktik vaksinasiya,
həkim ekspertizası, laboratoriya və diaqnostika müayinələrinin keçirilməsi ilə əlaqədər xərclər;
8.1.23 Əlavə rahatlıq, yəni “lüks” tipli palata, televizor, telefon, kondisoner, nəmləndirici,
bərbər, masajçı, kosmetoloq, tərcüməçi və sair xidmətlərin göstərilməsi ilə əlaqədər xərclər;
8.1.24 Sığorta olunan daimi yaşadığı ölkəyə qayıtdıqdan sonra çəkilən xərclər;
8.1.25 Müəyyən edilmiş sığorta məbləğini aşan xərclər;
8.1.26 Servis mərkəzi tərəfindən sanksiyası verilməmiş stasionar müalicə, tibbi daşınma,
ölümündən sonrakı repatriasiya xərcləri;
8.1.27 sığorta müqaviləsi bağlanmazdan əvvəl Sığorta olunan tərəfindən alınan müalicə ilə
əlaqədar, həmçinin Sığorta olunanın səhhətinə görə səfər etməyə əks göstərişlər olduğu halda
baş verən Sığorta olunanın səhhətinin pisləşməsi və ya ölümü ilə əlaqədar yaranan xərclər;
8.1.28 Əgər sığorta müqaviləsində şərtsiz azadolma nəzərdə tutulubsa o, hər sığorta hadisəsi
üzrə xərclər ödənildikdə tətbiq olunur.