13. SIĞORTA HADĠSƏSĠ BAġ VERDĠKDƏ TƏRƏFLƏRĠN HƏRƏKƏTLƏRĠ
13.1 Sığorta hadisəsi baş verdikdə Sığortalı sığorta şəhadətnaməsində və ya eyniləşdirmə
kartında (əgər verilibsə) göstərilən telefonla Sığortaçının ixtisaslaşmış Servis mərkəzinə dərhal
müraciət etməli və dispetçerə baş vermiş hadisə və sığorta sənədlərindəki məlumatlar barədə
xəbər verməlidir. Xidmət Mərkəzi tələb etdikdə, Sığorta olunan xarici pasportun bütün
səhfələrinin surətini Xidmət Mərkəzinə təqdim etməlidir.
Təsdiqləyici sənədlər təqdim
olunduqda Servis mərkəzi ilə danışıq xərcləri Sığorta olunana ödənilir.
13.2 Məlumat aldıqdan sonra sığortaçı və ya Servis mərkəzi Sığorta olunana zəruri olan tibbi,
tibbi daşınma və sığorta müqaviləsində nəzərdə tutulmuş digər xidmətlərin göstərilməsini təşkil
edir, və o cümlədən Sığorta olunanın bu qaydaların 6-cı Bölməsində nəzərdə tutulmuş xərclərini
ödəyir.
13.3 Əgər sığorta müqaviləsində mütləq Servis mərkəzinə müraciət etmək tələb olunmursa,
həkimlə məsləhətləşməzdən və ya klinikaya göndərilməzdən əvvəl Servis mərkəzinə zəng
vurmaq mümkün olmayıbsa, Sığorta olunan bunu ilk imkan olduqda etməlidir. Hər bir halda
hospitalizasiya və ya həkimə müraciət zamanı Sığorta olunan tibb heyyətinə sığorta
şəhadətnaməsini və ya eyniləşdirmə kartını (əgər verilibsə) təqdim etməlidir.
13.4 Sığortaçı və ya Servis mərkəzi ilə əlaqə saxlamaq mümkün olmazsa, əgər sığorta
müqaviləsində Servis mərkəzinə mütləq müraciət etmək nəzərdə tutulmayıbsa, Sığorta olunan
sığorta şəhadətnaməsini təqdim etməklə yaxınlıqda yerləşən tibb müəssisəsinə müraciət edə
bilər. Əgər Sığorta olunan sığorta hadisəsi ilə əlaqədər özü xərc çəkibsə, o xaricdən qayıtdıqdan
sonra Sığortaçıya baş verənlər barədə yazılı ərizə verməli və aşağıdakı sənədləri təqdim
etməlidir:
13.4.1 şəxsiyyəti təsdiq edən sənəd;
13.4.2 Zəruri tibbi yardım göstərilməsinin təşkili, servis mərkəzinə müraciət edilməməsinin
səbəblərinin əsaslandırılması da daxil olmaqla, sığorta hadisəsi ilə əlaqədər xərclərin ödənilməsi
barədə ərizə;
13.4.3 Sığorta şəhadətnaməsi və ya onun surəti;
13.4.4 Xəstənin soyadını, diaqnozunu, tibbi yardım üçün müraciət etmə tarixini, müalicə olunma
müddətini, göstərilən xidmətlərin, tarix və dəyərə görə ayrılmaq şərti ilə siyahısını, ödənilməli
olan məbləği əks etdirən tibb müəssisəsinin arayış-hesabının əsli (şirkət blankında və ya müvafiq
ştamplı);
13.4.5 Həmin sığorta hadisəsi ilə əlaqədər həkim tərəfindən verilmiş və üzərində aptekin ştampı
olan və alınmış hər bir dərmanın qiymətini əks etdirən reseptin əsli;
13.4.6 Həkim tərəfindən verilmiş laboratoriya müayinəsinə göndərişin laboratoriya tərəfindən
göstərilən xidmətlərin adı, tarix və qiymətə görə ayrılmaq şərti ilə siyahısını əks etdirən hesabın
əsli;
13.4.7 Müalicəyə, dərmanlara və digər xidmətlərə görə edilmiş ödənişləri təstiqləyən sənəd
(ödəniş barədə ştamp, pulun alınması barədə qəbz və ya bankın pulun köçürülməsi barədə
təsdiqi).
13.5 Sığorta olunanın xaricdə olduğu zaman baş vermiş bir və ya daha çox ətrafın, yaxud bir
və ya hər iki gözün itirilməsi və ya əmək qabiliyyətinin daimi olaraq tam itirilməsi hallında
Sığorta olunan baş verənlər haqqında yazılı ərizə verməli və 13.4-cü bəndlərdə göstərilən
sənədlərdən əlavə aşağıdakıları təqdim etməlidir:
15.5.1 əlilliyi təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi.
13.6 Sığorta olunanın xaricdə olduğu zaman ölümü hallında Faydalanan şəxs baş verənlər
haqqında yazılı ərizə verməli və 13.4, 13.5-ci bəndlərdə göstərilən sənədlərdən əlavə
aşağıdakıları təqdim etməlidir:
13.6.1 ölüm haqqında şəhadətnamənin əsli;
13.6.2 ölümün səbəbi haqqında tibbi rəyin əsli;
13.6.3 Faydalanan şəxsin şəxsiyyətini və vərəsəlik hüququnu təsdiq edən sənədlərin əsli.
13.7 Ambulator müalicə xərclərinin ödənilməsi üçün Sığortaçı yalnız ödənilmiş hesabları qəbul
edir. Ödənilməmiş hesab təqdim etdikdə Sığortalı yazılı izahat verməlidir. Sığortalı tərəfindən
poçt vasitəsi ilə alınmış ödənilməmiş hesablar alındığı gündən etibarən 15 (on beş) gün ərzində
Standard Insurance Səyahət Sığortasının Qaydaları
P a g e
| 14
təqdim edilməlidir.
13.8. 13.4 Bəndində göstərilən ərizə və sənədləri Sığortalı sığorta hadisəsinin baş verdiyi
səfərdən qayıtdığı andan etibarən 30 (otuz) təqvim günü ərzində təqdim etməlidir (əgər sənədlər
azərbaycan, rus, türk, fransız,
alman ingilis dillərində tərtib olunmayıbsa, sənədlərin əsillərinin
tərcüməsi də əlavə edilməlidir).
13.9 Sığorta olunan tərəfindən çəkilmiş xərclər Sığortaçı tərəfindən sığorta təminatının 13.4,
13.5, 13.6-cı bəndlərində göstərilən sənədlərin təqdim edildiyi andan etibarən 15 (on beş) iş
günü ərzində ödənilir. Sığortaçı təqdim olunmuş sənədləri yoxlamaq, sığorta hadisəsinin halları
haqqında məlumata malik olan təşkilatlardan sorğu göndərmək və həmçinin Sığorta olunanı öz
həkiminin müayinəsindən keçirmək hüququna malikdir. Sığorta hadisəsinə dair əlavə məlumatın
alınması zərurəti yarandıqda sığorta təminatı Sığortaçının sorğu əsasında tələb etdiyi bütün
sənədlərin alındığı andan etibarən 15 (on beş) gün ərzində ödənilir. Sığortaçının sığorta ödənişini
həyata keçirilməsi tarixi onun müvafiq ödəniş tapşırığındakı bank qeydinin tarixi (nağdsız
ödəniş halında) və ya xəzinə məxaric orderinin tarixi sayılır.
13.10
Əgər Sığorta olunanı hazırkı Qaydalara və ya qanunvericiliyə əsasən sığorta ödənişini və ya
hazırkı Qaydalarda göstərilən xidmətləri almaq hüququndan məhrum edən səbəb aşkar olunarsa, Sığorta
olunan sığorta müqaviləsinə müvafiq olaraq aldığı sığorta ödənişini (və ya onun müvafiq hissəsini), və
yaxud aldığı xidmətlərin əvəzini Sığortaçıya qaytarmalıdır.
Dostları ilə paylaş: |