Servis və əlavə məlumat nişanları
Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat ve- rir. Onların düzbucaqlı forması, enli mavi haşiyəsi olur. Müvafiq rəmzlər ağ fon üzərində təsvir olunur. Servis nişanları yaşayış məntəqələrində bilavasitə obyekt- lərin yanında və ya onlara dönəcək yerlərdə quraşdırılır. Yaşayış məntəqələrin- dən kənar yollarda nişanlar əvvəlcədən göstərilən obyektdən 60-80 km, 15-20 km və 400-80 m aralıda quraşdırılır. Yaşayış məntəqələrinin yollarında onları əvvəl- cədən, göstəriləcək obyektlərdən 100-150 m aralı məsafədə və onlara yaxın dönə- cək yerlərdə quraşdırılır.
6.1
İlk tibbi yardım məntəqəsi
6.2
Xəstəxana
6.3
Yanajaq- doldurma məntəqəsi
6.4
Avtomobillərə texniki xidmət
6.5
Avtomobil- lərin yuyul- ma məntə- qəsi
6.6
Telefon
6.7
Yeməkxana
6.8
İçməli su
6.9
Mehmanxana və ya motel
38
6.10
Kempinq
6.11
Dinjəlmə yeri
6.12
Yol polisinin daimi postu
Əlavə məlumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların tə- sirini dəqiqləşdirir və ya məhdudlaşdırırlar. Lövhəciklər birlikdə tətbiq olunduq- ları yol nişanının bilavasitə altında yerləşdirilir.
7.1.1 7.1.2 7.1.3 7.1.4
Obyektə qədər məsafə – 7.1.1 təhlükəli sahənin başlanğıcına, müvafiq məhdudiyyətlərin qoyulma yerinə və ya hərəkət istiqamətində yerləşən müəyyən obyektə qədər, 7.1.2 yol ayrıcında
2.5 nişanı qoyulmuşdursa 2.4 nişanından yol ayrıjına qədər, 7.1.3-7.1.4 nişanları yoldan kənarda yerləşən obyektlərə qədər olan məsafəni göstərir göstərir.
7.2.5
7.3.1 7.3.2
7.2.1 7.2.2 7.2.3 7.2.4
7.2.6
7.2.7
7.3.3
Qüvvədə olma zonası – 7.2.2 nişanı 3.27-3.30 qadağan nişanlarının təsir zonasını, 7.2.2 həmin nişanların təsir zonasının qurtaracağını, 7.2.4 sürücülərə onların həmin nişanların təsir zona- sında olması haqqında məlumat verir,7.2.6 meydanın, bina fasadının və s.-nin hər hansı bir istiqamətində dayanmaq və durmaq qadağan edildikdə, həmin nişanların istiqamətini və təsir zonasını göstərirlər.
Qüvvədə olma istiqaməti – yol ayrıjından qabaqda qoyulmuş nişanın təsir istiqamətini və ya bilavasitə yol qırağında yerləşən qeyd olunmuş obyektlərə hərəkət istiqamətlərini göstərirlər.
7.4.1 7.4.2 7.4.3 7.4.4 7.4.5 7.4.6 7.4.7
Nəqliyyat vasitəsinin növü – nişanın təsir etdiyi NV-nin növünü göstərir. 7.4.1 lövhəjiyi nişanın təsirini yük avtomobillərinə,o cümlədən ijazə verilən maksimum kütləsi 3,5 t-dan böyük olan qoşqulara, 7.4.3 lövhəciyi minik avtomobillərinə və cjazə verilən maksimum kütləsi 3,5 t-dan kiçik olan yük avtomobillərinə, 7.4.8 lövhəciyi isə «Təhlükəli yük» tanınma nişanı ilə təchiz edilmiş NV-lərə şamil edir.
7.5.1
Şənbə, bazar və
|
7.5.2
İş günləri
|
7.5.3
Həftənin günləri
|
7.5.4
|
7..5..5 7.5.6 7.5.7
Qüvvədə olma vaxtı
|
bayram günləri
|
|
|
|
|
7.7
|
7.8
|
7.9
|
7.10
|
7.11
|
7.12
|
İşləməyən
|
Pullu
|
Durma
|
Avtomobil-
|
İcazə verilən
|
Təhlükəli
|
mühərriklə
|
xidmətlər
|
müddətinin
|
lərə baxış
|
kütlənin
|
yol qırağı –
|
durma
|
|
məhdudlaş-
|
üçün yer
|
məhdudlaş-
|
1.23 nişanı
|
|
|
dırılması
|
|
dırılması
|
ilə birlikdə
|
|
|
|
|
|
tətbiq olu-
|
|
|
|
|
|
nur.
|
7.13
|
7.14
|
7.15
|
7.16
|
7.17
|
7.18
|
7.19
|
Baş yolun
|
Hərəkət
|
Kor
|
Yaş örtük
|
Əlillər
|
Əlillərdən
|
Faranın
|
istiqaməti
|
zolağı
|
piyadalar
|
|
|
başqa
|
yaxın işığı
|
|
|
|
|
|
|
ilə hərəkət
|
Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2- 7.2.4, 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir.
İndi isə bu qrupa daxil olan bəzi nişanların tətbiqi qaydalarına baxaq. Qada- ğan nişanlarını Qaydalarda göstərilən məsafədən fərqli yerdə qoymaq lazım gə- lərsə, onlar 7.1.1 lövhəciyi ilə birlikdə tətbiq oluna bilərlər. Üstünlük nişanları ilə birlikdə tətbiq olunmuş 7.1.1 lövhəciyi nişanın keçmə qaydasını müəyyən edən təsirinin haradan başlanacağını göstərir. Qadağan nişanları ilə birlikdə tətbiq olunmuş həmin lövhəcik qarşıda qoyulacaq məhdudiyyət haqqında qabaqcadan məlumat verir. Bu lövhəcik məlumatverici-göstərici nişanlar ilə birlikdə tətbiq olunduqda o, duracaq yerinə, avtomagistralın başlanğıcı, sonu və s.-yə qədər olan məsafə haqqında sürücüləri məlumatlandırır.
7.1.2 lövhəciyi bilavasitə yol ayrıcında 2.5 nişanı tətbiq olunmuşdursa, 2.4 ni- şanından ona qədər olan məsafəni göstərir.
7.3.1-7.3.3 lövhəcikləri yol ayrıcı qarşısında qoyulmuş nişanın təsir istiqamə- tini və ya bilavasitə yol qırağında yerləşən qeyd olunan obyektə tərəf hərəkət isti- qamətini göstərir.
7.4.1-7.4.8 lövhəcikləri bu nişanın təsir etdiyi NV-lərin növünü göstərir.
7.14 lövhəciyi nişanın və svetoforun təsir göstərdiyi hərəkət zolağını göstərir.
7.18 lövhəciyi isə göstərilən nişanın üzərində «Əlil» tanınma nişanı qoyulmuş motokolyaska və avtomobillərə təsir etmədiyini göstərir.
Müvəqqəti (səyyari) yol nişanlarının tələbləri daimi ( sta- sionar) nişanların tələbləri ilə zid- diyyət təşkil etdikdə sürücülər müvəqqəti yol nişanlarının tələb- lərinə əsaslanmalıdırlar.
Yolun nişanlanma xətləri
Yolun nişanlanma xətləri yolun hərəkət hissəsinə, yol qurğuları elementlərinə çəkilmiş, müəyyən hərəkət qaydası yaradan və ya sürücü və piyadalara hərəkət şəraitləri haqqında məlumat verən xətlər, yazılar və digər işarələrdən ibarətdir. Bu xətlər NV və piyadaların hərəkətinin ümumi təşkili sxeminin tərkib hissələri olduqlarından, onlar layihələndirildikdə yollarda quraşdırılmış yol nişanları, sve- toforlar və idarəetmənin digər texniki vasitələri ilə uzlaşdırılmalıdır.
Nişanlanma xətləri hərəkətin idarə edilməsinin ən sadə və təsirli vasitələrin- dən hesab olunurlar. Onların tətbiqi sayəsində hərəkəti buraxma qabiliyyəti yük- səlir, xüsusən də gecə vaxtlarında yolun hərəkət hissəsinin və yolətrafı vəziyyət- lərin görünməsi yaxşılaşır.
Yolun hərəkət hissəsində nişanlama xəttinin olması sürücülərin psixofizioloji gərginliyini azaltdığından, onun hərəkət sürətini və trayektoriyasını seçməsinə də öz müsbət təsirini göstərir.
Yolun nişanlanma xətləri üfiqi və şaquli olmaqla iki qrupa bölünürlər.
Üfiqi nişanlama xətləri də öz növbəsində uzununa 1.1-1.11; köndələninə 1.12-1.24 və digərləri 1.16.1-1.24 kimi növlərə bölünürlər.
Nişanlanma xətləri yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xə- bərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkil- də ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir.
Yolun üfiqi nişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini təmin etməklə, yolun hərəkət hissəsinə, sarı rəngdə olan 1.4, 1.10 və 1.17 xətləri istisna olunmaqla, ağ rəngdə çəkilir.
Dostları ilə paylaş: |