Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 6,32 Mb.
səhifə18/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   40
YHQ və HT - Mühazirə

Şaquli nişanlanma xətləri aşağıdakılardır:
2.1- yol qurğularının hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükə doğu- ran ünsürlərini (körpülərin dayaqlarını və s.) göstərir;





    1. - tunellərin, körpülərin aşırımlarının aşağı kənarını göstərir;

    2. - ayırma zolaqlarında və ya təhlükəsizlik adacıqlarında düzəldilmiş dairə- vi adacıqları göstərir;

    3. - istiqamətləndirici dirəkcikləri, yolkənarı kötücükləri, çəpərlərin dayaq- larını və s. göstərir;

    4. - kiçik radiuslu döngələrdə, sərt enişlərdə, digər təhlükəli sahələrdə yol sədlərinin yan səthini göstərir;

    5. - başqa sahələrdə yol sədlərinin yan səthini göstərir;

    6. - təhlükəli sahələrdə yol səthindən hündürə çıxan təhlükəsizlik –adacıqla- rını göstərir.


46
Aşağıdakı şəkildə yolların nişanlanmasında istifadə olunan plastik düymələ- rin müxtəlif nümunələri göstərilmişdir.




    1. Svetoforlar və nizamlayıcının siqnalları


Svetoforlar küçə-yol şəbəkəsinin hər hansı bir elementindən hərəkət işti- rakçılarını növbə ilə buraxmaq və təhlükəli yol sahələrini işarələmək üçün is- tifadə olunurlar. Şəraitdən asılı olaraq onlar müəyyən istiqamətlərdə və ya hə- min istiqamətin müəyyən zolaqlarında hərəkəti idarə edirlər:






Siqnalları şaquli və üfüqi
yerləşdirilmiş svetofor
Əlavə bölməli svetofor





Müəyyən istiqamətlərdə hərəkəti nizamlamaq üçün svetofor
Velosiped svetoforları
Piyada svetoforları




Qarşılıqlı hərəkət svetoforu Dəmir yol keçidlərində hərəkəti
nizamlamaq üçün svetoforlar

Nizamlanmayan yol ayrıjlarını və piyada keçidlərini nişanlamaq üçün svetoforlar.

Müəssisələrin və təşkilatların ərazisində, habelə yolun hərəkət hissəsi daralan yerlərdə hərəkəti nizamlamaq üçün svetofor.


Tramvayın və ümumi istifadəli digər NV-lərin hərəkətini nizamlamaq
Üç
Tramvayın və ümumi istifdəli digər nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün svetofor.




  • mübahisəli istiqamətlərdə nəqliyyat və nəqliyyat-piyada axınlarının görüş- düyü yerlərdə (yol ayrıcları, piyada keçidləri);

  • hərəkət istiqaməti əks tərəfə dəyişə bilən zolaqlarda;

  • dəmir yol keçidlərində, açılan körpülərdə, limanlarda və bərələrdə;

  • xüsusi xidmət avtomobillərinin intensiv hərəkətli yola çıxış yerlərində;

  • ümumi təyinatlı NV-lərin hərəkətinin idarə olunmasında.

Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir. Hər hansı bir svetofor obyektində quraşdırılmış bütün sveto- forlar əlaqəli iş rejimlərində işləyirlər.
Əlaqələndirilmiş nizamlama sisteminə və ya «yaşıl dalğa»ya daxil olan bütün svetofor obyektləri digər svetofor obyektlərinin işindən asılı olmayaraq fərdi (av- tonom) avtomatik rejimdə işləmək imkanına malik olmalıdırlar.
Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı ox (oxlar), pi- yadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər. Hə- min bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir.
Dairəvi svetofor siqnallarında yaşıl rəng hərəkətə icazə verir, yaşıl işığın ya- nıb-sönməsi hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qada- ğan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə

bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər), sarı rəngli işığın yanması hərə- kəti qadağan edir və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir, sarı rəngli işığın yanıb-sönməsi isə hərəkətə icazə verir və nizamlanmayan yol ayrı- cının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir.
Qırmızı, sarı, yaşıl ox şəklində olan svetofor siqnalları da eyni rəng dairəvi siqnallarda olduğu kimidir. Yeganə fərq ondan ibarətdir ki, onlar ox istiqamətin- də fəaliyyət göstərirlər. Əgər geriyə dönmə xüsusi nişanla qadağan olunmamış- dırsa, sola dönmə oxlu yaşıl işıq geriyə dönməyə də icazə verir. Əlavə bölmədə

siqnalın sönməsi həmin istiqamətdə hərəkəti qadağan edir.


Svetoforun əsas yaşıl siqnalına qara konturlu ox çəkilmişdirsə, svetoforun əlavə bölməsi var və digər icazə verilən hərəkət istiqamətləri də göstərilə bilər.
Piyada silueti əks olunmuş svetofor siqnalları ancaq piyadalara və velosipedçilərə şamil olunurlar. Yaşıl işıq hərəkətə icazə verir, qırmızı işıq isə onu qadağan edir. Velosipedçilərin hərəkətini nizamlamaq üçün qara rəngli velosiped çəkilmiş, öl- çüləri 200x200mm olan ağ rəngli düzbucaqlı lövhəcikli, kiçik ölçülü dairəvi sve- tofor siqnallarından istifadə etmək olar. Kor piyadaların təhlükəsizliyini təmin et- mək məqsədilə setofor siqnallarına səs siqnalları da əlavə oluna bilər.


NV-lərin zolaqlar üzrə hərəkətini və ya dəyişkən istiqamətli zolaqlarda hə- rəkəti nizamlamaq üçün reversiv svetoforlardan istifadə oluna bilər. Bu sveto- forlar qırmızı xaç və yaşıl oxdan ibarət iki siqnala malikdirlər. Qırmızı xaç üzə- rində asıldığı zolaqda hərəkəti qadağan edir, yaşıl ox isə həmin zolaqda hərəkətə icazə verir. Belə svetoforların siqnallarının sönməsi üzərində asıldığı zolağa gi- rişi qadağan edir. Onlarda sağa və ya sola istiqamətlənmiş sarı oxdan da istifadə oluna bilər ki, bu da svetofor siqnalının dəyişəcəyi haqqında xəbərdarlıq edir.


Xüsusiləşdirilmiş zolaqlarda onlar üçün ayrılmış tramvayların və digər marşrut NV-lərinin hərəkətini nizamlamaq üçün «T» şəklində yerləşmiş dörd ədəd bir rəngli ağ-sarımtıl siqnallara malik olan svetoforlardan istifadə etmək

olar. Hərəkətə o zaman icazə verilir ki, aşağıdakı siqnal ilə birlikdə yuxarıdakı siqnallardan biri və ya bir neçəsi eyni zamanda yandırılır. Yuxarıdakı sol siqnal sola dönməyə, ortadakı siqnal düz getməyə, asağdakı siqnal isə sağa getməyə icazə verir. Ancaq yuxarıdakı üç siqnal eyni zamanda söndürülmüşdürsə, hərəkət qadağandır.


Dəmir yol keçidlərində tətbiq olunan ağ-sarımtıl rəngli yanıb-sönən dairəvi formalı siqnal NV-lərin dəmir yolunu keçməsinə icazə verir. Ağ-sarımtıl rəngli işıq söndükdə və ya qırmızı işıq yandıqda görmə sahəsində yaxınlaşan qatar, lo- komativ və ya drezinlər olmadıqda hərəkətə icazə verilir.
Yollarda, yol ayrıclarnda və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, yol hərəkətinin gərginliyinə yol verməmək və ya onu aradan qaldırmaq üçün nizamlayıcı siqnallarından istifadə olunur. Nizamlayıcının siq- nallarının mənaları müvafiq şəkillərdə göstərilmişdir.
Bütün NV sürücülərinə və piyadalara aid olan siqnallar:

  • Diqqət. Hərəkət dayandırılsın” siqnalı hərə- kəti qadağan edir, lakin siqnal verilərkən yol ayrıcın- da olan sürücü və piyadalara hərəkətlərini davam et- məyə icazə verir;

  • Müəyyən istiqamət üzrə hərəkət” siqnalı ni- zamlayıcının sinə və arxa tərəfindən gələn nəqliyyat

vasitələrinin və piyadaların hərəkətini qadağan edir, sol və sağ tərəfindən gələn


tramvayların düzünə, relssiz nəqliyyat vasitələrinin düzünə və sağa hərəkət etmə- sinə, sinə və arxa tərəfindən isə piyadalara yolun hərəkət hissəsini keçməyə icazə verir;



  • Sola dönmə” siqnalı nizamlayıcının sol tərəfindən gələn tramvayların sola dönməsinə, rellsiz nəqliyyat vasitələrinə bütün istiqamətlərdə hərəkət etməyə, sinə tərəfindən gələn nəqliyyat vasitələrinə sağa dönməyə, arxa tərəfindən piya- dalara hərəkət hissəsini keçməyə icazə verir, sağ və

arxa tərəfindən gələn nəqliyyat vasitələrinin hərəkə- tini isə qadağan edir;
Konkret nəqliyyat vasitəsi sürücüsünə və piya- daya aid olan siqnallar:

Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin