Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 6,32 Mb.
səhifə21/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   40
YHQ və HT - Mühazirə

hərəkətə başlama, yerdəyişmə, dönmə, geriyə dönmə və dayanma.
Yadda saxlamaq lazımdır ki, sürücülərin düzgün hərəkətlərinin avtomatlaş- dırılması üçün yuxarıda qeyd olunan manevrləri yerinə yetirdikdə yolda digər av- tomobillər olmadıqda belə dönmə işıq siqnalları yandırılmalıdır. Bundan başqa unutmaq olmaz ki, siqnalın verilməsi sürücüyə hər hansı bir üstünlük vermir. Onlar ixtiyari manevri yerinə yetirmək istədikdə, əvvəlcədən tam təhlükəsizlik tədbirləri görməlidirlər. Belə siqnallar manevrin başlanmasına yaşayış məntəqə- lərində 4-5san., onlardan kənarda isə 7-8san. qalmış verilməlidir. Siqnalların da- ha qabaqcadan verilməsi piyadaları və arxadan gələn NV sürücülərini çaşdıra bi- lər.
Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və NV-lərin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən hə- yətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən NV və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir.

Yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən NV- lərə yol verilməlidir. Eyni səmtə gedən NV-lər yerdəyişməni eyni vaxtda edir-


lərsə, onda sürücü özündən sağdakı NV-yə yol verməlidir. Burada iki prinsipi yadda saxlamaq lazımdır:



  • yerini dəyişən NV sürücüsü düzünə hərəkət edən NV-yə yol verməlidir;

  • hər iki NV eyni zamanda yerdəyişmə edərlərsə, sağda yerləşən NV sürücü- sü üstünlüyə malikdir (belə manevrlər YNH ilə nəticələndikdə sağ tərəfi əzilən NV sürücüsü günahkar olacaqdır).

Dairəvi hərəkət təşkil edilmiş yol ayrıcında dönmək istisna olmaqla (belə yer- lərdə dairəyə ixtiyari zolaqdan daxil olmaq mümkün olduğu halda ondan çıxış ancaq sağ hərəkət zolağı ilə olmalıdır), sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə eyni səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilmə- mişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvaya maneçilik törədilməməlidir.


Elə dönmək lazımdır ki, NV hərəkət hissəsinin kəsişdiyi yerdən çıxarkən qar- şıdan gələn NV-nin yoluna keçməsin. NV sağa dönərkən, mümkün qədər hərəkət hissəsinin sağ kənarına yaxın hərəkət etməlidir.

NV öz qabaritinə və ya başqa səbəblərə görə Qaydaların tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər NV-lər üçün maneə yaratmasın. Böyük qabaritli avtomobilin dönməsi zamanı arxadakı NV-lərin sürücüləri yaddan çı- xarmamalıdırlar ki, adətən, belə avtomobillərin idarə olunmayan arxa təkərləri dönmə mərkəzinə tərəf yerlərini dəyişirlər.


Yol ayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz NV-nin sürücüsü qarşıdan gələn NV-yə və eyni istiqamətdə gedən tramvaya yol verməlidir. Yol ayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün

hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn NV-lərə yol verməlidir.


Hərəkət trayektoriyaları kəsişən NV-lərin keçmə növbəliliyi texniki vasitə- lərlə müəyyən edilmədikdə, klassik qaydaya görə sağ tərəfdən hərəkət edən NV- yə üstünlük verilir.
Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla gedən NV-lərə yol verərək, qonşu zolağa keçməlidir.
Piyada keçidlərində, tunellərdə, kör- pülərdə, estakadalarda və onların altında, dəmir yol keçidlərində, ən azı bir istiqa- mətdə yolun 100 m-dən az hissəsi görü- nən yerlərdə, ümumi istifadədə olan nəq- liyyatın dayanacaq məntəqələrinin yer- ləşdiyi yerlərdə geriyə dönmək qadağan- dır. Yol ayrıclarından kənarda ensiz hə-
rəkət hissələrində sol kənar zolaqdan geriyə dönmək mümkün deyildirsə, onda sürücü bütün NV-lərə yol verdikdən sonra sağ kənar zolaqdan həmin manevri ye- rinə yetirə bilər. NV-nin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təh- lükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəl- dikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Yol ayrıclarında və geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır.


Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yol ayrıcına daxil olan sürücü dairədə hərəkət edən NV-yə yol verməlidir.



      1. Yüklə 6,32 Mb.

        Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin