Yol hərəkəti iştirakçılarının hərəkətlərinin əlaqələndirilməsi üçün müasir av- tomobillərin malik olduqları cihaz və avadanlıqlara misal olaraq dönmə işıq siq- nallarını, faraları, qabarit fənərlərini, qəza işıq siqnallarını və s. göstərmək olar.
İlkin hərəkət istiqamətlərinin ixtiyari dəyişmələri, həmçinin, hərəkətə başla- ma və dayanma haqqında xəbərdarlıq etmək üçün sürücü işıq siqnalları, onlar olmadıqda və ya nasaz olduqda isə əl siqnallarından istifadə edir. Yol hərəkət qaydaları yolun sağında, müəyyən hallarda isə solunda dayanma və durmaya icazə verdiyindən, sürücü sol və ya sağ dönmə işıq siqnallarından istifadə edə bilər. Bu dönmə siqnallarının bir dəqiqədəki döyünmələrinin sayı 9030 dəfədir. Yol istiqamətini dəyişdikdə həmin istiqamətdə dönmə siqnalını verməyə ehtiyac yoxdur. Belə hallarda verilmiş siqnal hərəkət zolağını və ya trayektoriyasını də- yişmə istəyi kimi başa düşüləcəkdir.
Dönmə siqnalları yollarda olduğu kimi həyətlərdə, qapalı ərazilərdə də veril- məlidir. Siqnal manevrdən qabaq (şəhər daxilində ixtiyari manevrdən 4-5san, şəhərdən kənarda isə 7-8 san. əvvəl) verilməlidir. Dönmələrdən və ya zolaqlar üzrə yerdəyişmələrdən dərhal sonra siq-
nalın verilişi dayandırılmalıdır.
Əl ilə verilən siqnallar isə manevrin baş- lanğıcında dayandırıla bilər. Motosiklet- çinin sağ əl ilə verilən xəbərdarlıq siqnal- ları nümunəsi aşağıdakı şəkillərdə göstə- rilmişdir.
Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana uzadıl- mış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükül- müş sol qol sağa dönmə siqnalına uyğundur. Yuxarı qaldıırılmış sol və ya sağ qol tormozlama siqnalına uyğundur.
Dönmə siqnalının verilməsi sü- rücüyə həmin istiqamətdə hərəkət etmək üçün heç bir üstünlük vermir və o, manevri yerinə yetirmək üçün əlverişli şəraitin yaranmasını gözlə- məli, digər hərəkət iştirakçılarına maneçilik törətməməlidir. Sürücü- nün yanında sağda oturan sərnişi-
nin də əl ilə işarələr verməsi qanunla qadağan olunmur.
Tormozlama siqnalı tormoz pedalı basıldıqda avtomatik olaraq işə düşür. Ar- xada gələn avtomobilin sürücüsünü xəbərdar etmək üçün tormozlamadan qabaq hansı istiqamətdə dayanmasından asılı olaraq dönmə işıq siqnalları verilməlidir. Bu mümkün olmadıqda isə tormozlamadan qabaq bir dəfə tormoz pedalını bas- maqla xəbərdarlıq siqnalı vermək olar.
Bütün yaşayış məntəqələrində səs siqnallarının verilməsi qadağandır. Əgər yaşayış məntəqəsindən keçən yolda 5.24 “Yaşayış məntəqəsinin başlanğıcı” ni- şanı qoyulmuşdursa, belə yollarda səs siqnalı vermək qadağan deyildir. Real təh- lükəli vəziyyətlərdə səs siqnalına icazə verilir. Qeyd edək ki, bu məhdudiyyət xü- susi səs siqnalları ilə təchiz edilmiş NV-lərə aid edilmir. Ötülən avtomobili xə- bərdar etmək üçün işıq faralarını və səs siqnallarını periodik olaraq işə qoşmaq olar. Qaydalara görə gecə vaxtı qarşıdan gələn NV-yə 150m-dən az olmayan mə- safədə uzaq işıqlar yaxın işığa keçirilməlidir. Motosikletlərin ümumi axında yax- şı görünməsini təmin etmək məqsədilə gündüz vaxtı onların yaxın işıqlarının yandırılması vacib hesab olunur.
Təşkil olunmuş kolonda hərəkət etdikdə yaxın işıq faraları və ya duman əley- hinə faralar yandırılır. Bu qayda uşaqları aparan avtobus və ya mikroavtobuslara, onlar üçün ayrılmış xüsusi zolaqda ümumi nəqliyyt axınına qarşı hərəkət edən avtobus və trolleybuslara, təhlükəli böyük ölçülü və ağır yüklər daşıyan NV-lərə, həmçinin, yedəyi olan mexaniki NV-lərə də şamil edilir.
Tunellərdə süni işıqlandırma olduqda belə ya qabarit fənərlər, ya da yaxın işıq faraları yandırılmalıdır.
Dayanmış NV hərəkətə mane olduqda və ya qəza vəziyyəti yaratmaq ehtimalı olduqda qəza siqnalı yandırılmalıdır.
Bu siqnal dayanmanın qadağan olun- duğu yerlərdə məcburi dayanmalar zama- nı, gecə yolun işıqlandırılmayan hissəsin- də dayanmalar zamanı və yol-nəqliyyat ha- disələri zamanı da yandırıla bilər. Avtomo- billər belə siqnalla təchiz olunmadıqda da- yanma yerinə yaşayış məntəqələrində 15-20 m, yaşayış məntəqələrindən kənarda 30-40m
qabaqda, qəza dayanması nişanı qoyulmalıdır. Bu nişan ən azı bir istiqamətdə gö- rünmə məsafəsi 100m-dən az olan yol sahələrində məcburi dayanmalar zamanı da qoyulmalıdır. Qaydalar belə nişan olmadıqda qırmızı yanıb-sönən işıqlı fənər- lərdən istifadə olunmasına icazə verir.
Yadda saxlamaq lazımdır ki, qadağan olunmuş yerlərdə məcburi dayanmalar zamanı sürücü ilk növbədə çalışmalıdır ki, NV-ni həmin yerdən kənarlaşdırsın. Qəza dayanma nişanının qoyulma məsafəsi yaranmış şəraitdən asılı olaraq, sürü- cü tərəfindən düzgün müəyyən edilməlidir. Bu zaman əsas prinsip ondan ibarət- dir ki, yolda sürət nə qədər böyükdürsə, nişanın təhlükəli yerdən uzaqlıq məsafəsi də bir o qədər böyük olmalıdır. Qeyd etmək lazımdır ki, qəza dayanma nişanı qoymazdan əvvəl qəza işıq siqnalları yandırılmalıdır. Belə siqnal müəyyən sə- bəblər üzündən işləmədikdə qəza dayanma nişanı yedəyə alınan avtomobilin bi- lavasitə arxa hissəsində də yerləşdirilə bilər.
Hərəkətə başladıqda sürücü yolda hərəkət edən digər NV və piyadalara ma- neçilik törətmədiyinə əmin olmalıdır. Yəni o, digər hərəkət iştirakçılarının hərə- kət istiqamətini və ya sürətini dəyişməsinə səbəb olarsa, hərəkətə və ya hər hansı manevri yerinə yetirməyə başlamamalıdır.
Sürücü hərəkətə başlamazdan, yerdəyişmədən, dönməzdən, ötməzdən və da- yanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının kö- məyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir.
Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıq- dan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə ma- nevrə başlamazdan əvvəl qurta- ra bilər). Bu zaman verilən siq- nal hərəkətin digər iştirakçıları-
nı çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsiz- lik tədbirləri görməkdən azad etmir.
Sürücü qeyd olunan hallarda öz hərəkətləri haqqında məlumat verməlidir:
Dostları ilə paylaş: |