Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 6,32 Mb.
səhifə6/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   40
YHQ və HT - Mühazirə

Motosiklet - mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir (tam ləvazimatlı vəziyyətdə 400kq-dan çox olmayan üç və dörd təkərli mexaniki nəqliyyat vasitələri də motosikletlərə bərabər tutulur).
Moped - iş həçmi 50sm3-dən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti 50km/saat-dan yüksək olmayan, iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər, mokik və oxşar xüsu- siyyətli digər nəqliyyat vasitələri də mopedə bərabər tutulur). Onların mühərriklərinin gücü və hərəkət sürətləri kiçik olduqlarından mexaniki NV-lərə aid edilmirlər.
Velosiped - əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, xüsusi pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir. Onların mühərrikləri olmadığından mexaniki NV hesab olunmurlar.
Nəqliyyat vasitəsinin dayanması - adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Qeyd etmək lazımdır ki, dayanma sürücü tərəfindən planlaşdırılan və məqsədyönlü şəkildə həyata keçirilən fəaliyyətdir. Svetofor və nizamlayıcının qadağan siqnalları qarşısındakı dayanmalar texnoloji və ya xidməti dayanmalar hesab olunurlar.
Məcburi dayanma - texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Belə dayanma da məqsədyönlü hesab olunur. Ancaq bu halda dayanmalar Qaydalarla qadağan olunan yerlərdə də ola bilər.
Nəqliyyat vasitəsinin durması - əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstəricilərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir.



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin