Yol-nəqliyyat hadisəsi (YNH) -yol- larda, küçələrdə, meydanlarda, dəmir yol keçidlərində nəqliyyat vasitələrinin hərə-
kəti prosesində baş verən və adamların həla- kına və ya müxtəlif dərəcəli bədən xəsarəti
almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitə- lərinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir.
Sürücülərin vəzifələri
Sürücü SAYM sisteminin ən vacib və ən etibarsız elementidir. Bioloji varlıq olan, hətta peşəkar sürücülər belə, məhdud psixofizioloji imkanlara malik olduqlarından, xəstəlik və yorğunluğa məruz qaldıqlarından idarəetmə prosesinin ixtiyari mərhələsində (təhlükəli maneənin qavranması, alınmış məlumatların analizi və sintezi, qərarların qəbulu və onların icra edilməsində) səhvlər buraxa bilərlər. Yol hərəkət qaydalarını, NV-lərin idarə edilmə texnikasını mükəmməl bilən intizamlı sürücülər təhlükəli vəziyyətlərlə qarşılaşdıqda özlərini itirmir, düzgün qərarlar qəbul edərək, onları icra etməklə belə vəziyyətlərdən qalib çıxırlar. Məhdud psixofizioloji keyfiyyətlərə malik olan sürücülər belə öz bilik və vərdişlərini yüksəltməklə potensial təhlükəsiz hərəkət iştirakçılarına çevrilə bilərlər. Bir sözlə ixtiyari peşə sahəsində olduğu kimi, sürücülər də öz üzərinə düşən vəzifələri düzgün yerinə yetirməklə, yol hərəkətinin təhlükəsizliyinə öz töhvələrini vermiş olurlar.
«Yol Hərəkəti Haqqında Qanun»da mexaniki nəqliyyat vasitələrinin sürücülərinin əsas vəzifələrini ifadə edən maddələr üzərində ayrı-ayrılıqda dayanaq.
Sürücülük vasiqəsini (fərdi NV sahibi olmadıqda, sürücünün NV-ni idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya NV-yə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, NV-nin qeydiyyat şəhadətnaməsini, NV-dən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini, daşınan yüklərə dair sə- nədləri özündə saxlamalıdır.
Sürücü ona verilmiş müvafiq kateqoriyalı NV-ni idarə etməyə icazə verən sürücülük vəsiqəsini öz üzərində gəzdirməlidir. Hər bir NV-yə istehsalçı zavod xüsusi pasport verir.
NV hər hansı bir dövlətin ərazisində qeydiyyata götürüldükdə pasportda onun yeni sahibi haqqında məlumatlar qeyd olunur. NV-yə qeydiyyat şəhadət- naməsi verilir. Bu şəhadətnamə də sürücünün üzərində olmalıdır.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə NV-ni dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra bu maddənin birinci hissəsinin birinci bəndində göstərilən sənədlərin yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə NV-dən çıxmalıdır.
Bütün bu sənədlər tələb olunduqda, yol polisi əməkdaşlarına təqdim olunmalıdır. Yol hərəkətinin idarə olunmasında yol polislərindən başqa hərbi yol polisi, yol-istismar xidməti əməkdaşları, dəmir yol keçidi və ya bərə limanları növbətçiləri də iştirak edə bilərlər. Sürücü bu şəxslərə sənəd təqdim etməyə borclu deyildir. Buna baxmayaraq hərəkət qaydaları və rejimləri haqqında həmin şəxslərin tələblərinə riayət etməlidir.
Yola düşməzdən qabaq NV-nin istismara buraxılmasına dair “NV-nin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı”nda göstərilən elementlərin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir.
Qaydalara görə NV-nin nasazlıqları iki qrupa bölünür. Birinci qrupa belə nasazlıqlar aid edilir ki, onlar baş verdikdə NV-nin hərəkəti qadağan edilir. Bunlar tormoz sistemində və sükan idarəsi mexanizmlərindəki nasazlıqlarıdır.
İkinci qrupa elə nasazlıqlar aid edilir ki, bunlar baş verdikdə onların yerində aradan qaldırılmasından sonra NV-nin hərəkətinə icazə verilir.
Yol hərəkəti şəraitini, NV-nin və yükün xüsusiyyətlərini nəzərə almaqla, NV-ni müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir.
Hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyilə, onlar olmadıqda və ya nasaz olduqda isə əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir.
Konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs NV-ni idarə edərkən onu öyrədənin, yaşayış məntəqəsində isə bunlardan başqa, operativ NV sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir.
Minik avtomobilləri üçün ən geniş yayılmış kəmər növü kombinəedilmiş diaqonal-kəmər qayışlarıdır ki, onlar da NV-nin gövdəsinə üç nöqtədən bərkidi- lirlər. Kəmər qayışları 22,7 kN, çiyin qayışları isə 22,9 kN yükə hesablanırlar.
Qıfıllanmamış, sadəcə sürücünün üzərinə atdığı kəmərin metal ucluğu YNH zamanı əlavə xəsarət mənbəyinə çevrilirlər. Kəmərlərdən istifadə olunduqda ən ağır hadisələrdən hesab olunan avtomobilin yanması hadisələrində zərbədən sığortalanmış və bunun nəticəsində huşunu itirməmiş sürücülər öz həyatlarını qorumaq üçün aktiv fəaliyyətdə olurlar. Bundan başqa kəmərlərin tətbiqi ilə toqquşmalar zamanı sürücü və qabaqda oturan sərnişinin ətalət üzrə yerdləyişmələri məhdudlaşdığından onların avtomobildən bayıra atılması hadisəsinin qarşısı alınır.
Qeyd edək ki, təhlükəsizlik kəmərlərindən istifadə olunduqda sürücü və sər- nişinlərin yaralanmaları 2,4 dəfə, ölüm halları isə 3,7 dəfə azalır. ABŞ və Almaniyanın məlumatlarına görə kəmərlərdən düzgün istifadə olunduqda xəsarətlər 60 -75% azalır. İsveç tədqiqatlarına görə isə kəmərlərdən istifadə olunması sayəsində hadisənin ağırlığı iki dəfədən çox azalır və hər 100 hadisədən 50-70-də ağır xəsarətlər baş vermir.
Dayanaraq qırmızı və ya göy, sayrışan işıq və xüsusi səs siqnalları verən operativ NV-yə üstün keçid hü-
ququ verilməlidir.
Hərəkət təhlükəsizliyi üçün qor- xu törədən alkoqol, narkotik vasitələr və ya güclü təsir edən digər psixotrop maddələrdən və onların analoqlarından istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələri- nin təsiri altında, xəstə və əzgin, yor-
ğun vəziyyətdə NV - ni idarə etməməli, habelə NV-ni idarə etmək hüququ olmayan şəxsə verməməlidir.
NV-ni sərxoş vəziyyətdə idarə edən sürücülər onun baş verməsinə real şərait yaradırlar. Tədqiqatlar göstərmişdir ki, həttə kiçik miqdarda alkoqolun qəbulu da insan orqanizminə zərərli təsir göstərir. Alkoqolun qəbulu nəticəsində diqqət kütləşir, hərəkət əlaqələri pozulur və məsuliyyətsizlik hissi yaranır. Nəticədə sürücülər sürət həddinin aşılması, təhlükəli manevr etmək, ötmələrdə risk etmək və s. kimi qayda pozuntuları yaradırlar. Xəstəlik, yorğunluq və digər emosional gərgin vəziyyətlərdə sürücü hərəkəti dayandırmalı, dincəlməli, yatmalı və ya həkimə müraciət etməlidir.
Yolda su və ya palçıq olduqda NV-ni idarə edərkən, onların piyadalara, binalara və başqa NV-lərə sıçramamasına çalışmalıdır.
Hərəkətdə olan NV-nin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını təmin etməlidir.
Yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının-uşaqların, əlillərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal-ağ əsasının qaldırılmasıdır) NV-ni dərhal dayandırmağa borcludur.
Azərbaycan Respublikasının müvafiq icra haikmiyyəti orqanının əməkdaşı tərəfindən sağ əlindəki üfiqi vəziyyətdə olan jezllə və ya onların NV- dəki qırmızı və ya göy sayrışan işıqla və yaxud xüsusi səs siqnalı ilə ona verilən işarəyə NV-ni dayandırmalıdır.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir.
NV-ni idarə etmək qabiliyyətinin təsdiqi üçün müəyyən olunmuş hallarda tibbi müayinədən keçməlidir. Sürücü peşəsinə seçim aparıldıqda tibbi müayinə gündüz və gecə vaxtı görmə qabiliyyətinin müayinəsi, görmə yaddaşının, sensomotor reaksiya və onun müddətinin, diqqətin yönəldilməsinin, hərəkətin istiqamətləndirilməsinin, tormozlanma vəziyyətinin və yorğunluğa məruz qalmanın, özünü ələ ala bilmək qabiliyyətinin, emosional tarazlığın, vestibulyar aparatın dayanıqlığının və s.-nin tədqiqini əhatə etməlidir.
Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımalıdır.
Sürücülər öz avtomobillərini onlarla eyni istiqamətdə təcili tibbi yardım göstərmək üçün gedən səhiyyə işçilərinə, YNH və ya nasazlıq nəticəsində NV- nin daşınması üçün (yalnız yük daşıyan NV-lərin), təbii fəlakət yerlərinə getmək üçün, eləcə də qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər təxirə salınmaz hallarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqan- larının əməkdaşlarına təqdim etməlidirlər. Qeyd edək ki, NV-nin təqdim edilməsi tələbi diplomatik korpusa və digər şəxslərə məxsus NV-lərə aid edilmir. Bundan başqa NV-sindən istifadə etmiş şəxslər sürücünün tələbi ilə yol getmə müddətini, gedilmiş məsafəni, özünün soyadını, vəzifəsini, xidməti vəsiqəsinin nömrəsini, işlədiyi təşkilatın adını göstərməklə arayış verməli və ya yol vərəqəsində qeyd aparmalı, tibb işçiləri isə sürücüyə müəyyən edilmiş nümunədə arayış verməlidirlər. NV-nin təqdim edilməsi ilə əlaqədar xərclər NV sahibinin tələbi ilə müəyyən edilmiş qaydada həmin orqanlar tərəfindən ödənilir.
Bu maddə ilə müəyyən edilmiş sənədlər özündə olmayan NV sahibi Azərbayсan Respublikasının qanunveriсiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Mexaniki NV-lər:
təсili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə;
YNH və ya nasazlıq nətiсəsində zədələnmiş NV-lərin daşınması üçün (yalnız yük daşıyan NV-ləri) təbii fəlakət yerlərinə getmək üçün, eləсə də qüvvədə olan qanunveriсiliklə nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda, Azərbayсan Respublikasının müvafiq iсra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim etməlidirlər.
Yol-nəqliyyat hadisələri zamanı mexaniki NV-nin sürücülərinin aşağıdakı vəzifələri müəyyən edilmişdir:
NV-ni yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı və ya yanıb- sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyatı olan əşyaların yerini dəyişməməlidir;
zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, təcili yardım çağır-
malı, zərərçəkənləri həyat üçün təhlü- kəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən NV ilə yaxınlıqdakı tibb müəsissəsinə göndərməli, bu mümkün olmadıqda isə özünün NV- si ilə aparmalı, orada şəxsiyyətini təs- diq edən sənəd və ya vəsiqə, NV-nin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, NV-nin qeydiyyat
nömrə nişanını bildirməli, sonra isə ha- disə yerinə qayıtmalıdır;
başqa NV-nin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərərçəkənləri öz NV- sində müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə NV-nin vəziyyətini, izləri və hadisəyə aidiyyatı olan əşyaları qeyd etməli və
onların qorunması, NV-lərin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidirlər;
hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını və müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir.
əgər YNH nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, NV-də, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və hadisəni törədənlər onun baş verdiyi şəraiti qiymətləndirməklə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib, imzaladıqdan sonra onu müəyyən olunmuş qaydada sənədləşdirmək üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Tərtib edilmiş sxem nümunəsi şəkildə göstərilmişdir.
ГАЗ 3102 автомобили йол айрыжында светофорун гыр-
Ц. ЩАЪЫБЯЙОВ кцч.
14.09.07
28 МАЙ кцч.
саат 19-10
Зярбядян сонра йердяйишмя
мызы ишыьы гаршысында дайан- 0,5м.
мыш ВАЗ 2107 автомобилини
Мяркяз
архадан вурмушдур.
Асфалт йашдыр
ГАЗ- 3102 ВАЗ-2107
Сцрцжц Я.Р.Ящмядов юзц- 0,6м.
нц эцнащкар щесаб едир.
Шцшя гялпяляри
Я.Р.Ящмядов Имза А.П.Мухтаров Имза
Mexaniki NV-nin sürücülərinə aşağıdakılar qadağandır:
NV-ni qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və ya onun hərəkəti zamanı qapıları açmaq;
NV-ni idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, sükan arxasında telefonla danışmaq;
hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş NV-ni ətalətlə idarə etmək;
NV-nin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq və s. varsa, yaxud onlardan sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materialların axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət.
Beynəlxalq yol hərəkətində iştirak edən mexaniki NV sürücüləri üçün əlavə olaraq aşağıdakı vəzifələr müəyyən edilmişdir:
NV-nin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamaq;
NV-də onu qeydə almış dövlətin qeydiyyat nişanı və fərqlənmə nişanı olmalıdır.
Dostları ilə paylaş: |