Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 6,32 Mb.
səhifə4/40
tarix16.12.2023
ölçüsü6,32 Mb.
#182853
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   40
YHQ və HT - Mühazirə

Nizamlanmayan yol ayrıcı - nizamlayıcının olmadığı, svetoforun qurulma- dığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yol ayrıcıdır. Bəzən qismən nizamlanan yol ayrıcı anlayışından istifadə olunur ki, bu da baş və ikinci dərəcəli yolları yol nişanları ilə müəyyən edilmiş yol ayrıclarıdır. Respublikamızda qəbul edilmiş «Qanun»da belə yol ayrıcları da nizamlanmayan yol ayrıcları kateqoriyasına aid edilir.


Ayırıcı zolaq - yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissə- lərini bir-birindən ayıran, lakin NV-lərin, piyadaların hərəkəti və ya dayanması üçün nəzərdə tutulmayan hissəsidir. Bəzən ayırıcı zolaqlarda tramvay yolları inşa edilir. Yol səthindən qaldırılmış belə yollarla relssiz NV-lərin hərəkəti qadağan- dır. Qoşa bütöv nişanlama xətləri ilə ayrılmış yol sahəsi ayırıcı zolaq hesab olun- mur.
Hərəkət zolağı - yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada (motosikletlərin hərəkəti halında bir neçə sırada) hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır. Hərəkət zolağının eni avtomobilin öz eni və təhlükəsiz yan ara boşluqlarından ibarətdir. Əgər zolaqlar
nişanlama xətləri ilə işarələnməmişdirsə, sürücü hərəkət zolağı kimi bir cərgədə hərəkət üçün lazım olan eni qəbul etməlidir.
Səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ay- rılmış, piyadaların hərəkəti üçün nəzərədə tutulan hissəsidir. Səkilər bir qayda olaraq, hərəkət hissəsinə nəzərən qaldırılmış vəziyyətdə inşa edilir və ondan bar- dur daşı ilə ayrılırlar. Qaydaların bəzi maddələrinə görə NV-lərin ümumi axının hərəkətinə mane olmamaq şərti ilə səkilərdə hərəkətinə, dayanma və durmasına icazə verilir.
Nəqliyyat vasitəsi - yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə, onun qoşqusudur (nəqliyyat vasitələri me- xaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür).

Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin