Qaydaları Ümumi müddəalar



Yüklə 462,63 Kb.
səhifə7/8
tarix22.04.2017
ölçüsü462,63 Kb.
#15297
növüQaydalar
1   2   3   4   5   6   7   8


Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
12 saylı Əlavə


Təyinatına uyğun olaraq
gömrük rüsumu ödənişlərindən azad olan malların
Təsnifatı


Sıra №-si

Adları

Kodu

1.

Kənd təsərrüfatı üçün toxum, gübrə, yem, cins heyvanlar, dərman preparatları və baytarlıqda tətbiq olunan dərmanlar, bioloji preparatlar, baytarlıq ləvazimatları

010

2.

Qablaşdırılmış uşaq yeməkləri, şprislər, əczaçılıq məhsulları

020

3.

Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və onlar səviyyəli təşkilatların yalnız xidməti, habelə bu nümayəndəliklərin diplomatik heyəti, onlarla birgə yaşayan ailə üzvlərinin yalnız şəxsi istifadələri üçün nəzərdə tutulmuş mallar və əmlak

030

4.

Azərbaycan Respublikasının Gömrük ərazisinə idxal olunan və bu ərazidən ixrac olunan qəza və uçurum, təbii hadisələrin nəticələrini aradan qaldırmaq məqsədilə, ya da humanitar yardım kimi gətirilən mallar, o cümlədən məktəblər, məktəbəqədər və müalicə müəssisələri üçün pulsuz gətirilən tədris vəsaitləri

040

5.

Texniki yardım

050

6.

Əlilliyin müalicəsi və profilaktikası məqsədi üçün istifadə olunan (nəqliyyat vasitələri istisna olmaqla) xammal və onların istehsalı üçün müxtəlif texniki vasitələr

060

7.

Dövlət mülkiyyətinə verilmək üçün idxal olunan müsadirə olunmuş, sahibsiz, habelə irsilik hüququ olan mallar

070

8.

Zəmanət kimi xarici sərmayəçinin birgə müəssisəsinin nizamnamə fonduna, ya da tam xarici sərmayəçiyə mənsub müəssisə yaratmaq üçün idxal olunan əmlak

080

9.

Azərbaycan Respublikasının ərazisinə müvəqqəti idxal olunmuş mallar

090

10.

Tranzit mallar

100

11.

Rüsumsuz ticarət mağazaları üçün gətirilən mallar

110

12.

Azərbaycan Respublikasını yalnız xüsusi ehtiyacları üçün müəssiələrin işçiləri tərəfindən gətirilən əmlak

120

13.

Maliyyə Nazirliyi, ya da Milli Bankın təsdiqedici sənədləri əsasında idxal olunan: qanuni ödəniş vasitələri olan (numizmatik məqsədlər üçün istifadə olunanlardan başqa) valyuta, pullar, banknotlar, rəsmi dövlət sənədləri blankları, vətəndaşlıq pasportları, habelə qiymətli kağızlar

130

14.

Təkrar ixrac məqsədilə Azərbaycan Respublikası ərazisinə müvəqqəti gətirilmiş mallar

140

15.

Dövlət büdcəsi vəsaiti hesabına idxal olunan mallar (Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş təsdiqedici sənədlər əsasında)

150

16

Azərbaycan Respublikası Xəzər dənizi hövzəsində kvota hesabına tutularaq Azərbaycan Respublikasının ərazisinə idxal olunan balıq və balıq məhsulları

160

17.

Azərbaycan Respublikası ərazisinə emal üçün idxal olunan mallar

170

18.

Beynəlxalq yük, baqaj və sərnişin daşınmalarını həyata keçirən nəqliyyat vasitələri, habelə bu nəqliyyat vasitələrinin yolda olduğu müddətdə, aralıq dayanacaq məntəqələrində qəza nəticələrini aradan qaldırmaq üçün bu nəqliyyat vasitələrinin normal istismarı məqsədilə xaricdən alınan material-texniki təchizat malları və sursat, yanacaq, ərzaq və digər əmlak

180

19.

Azərbaycan Respublikasının Gömrük ərazisindən, Azərbaycan Respublikası dəniz vətəgə gəmilərinin və Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə götürülmüş gəmilərin məşğulluq fəaliyyətinə təminat məqsədilə ixrac olunan material-texniki təchizat malları və sursatları, yanacaq, digər əmlak, habelə göstərilən gəmilərdə Azərbaycan Respublikasının Gömrük ərazisinə idxal olunan mədən məhsulları

190

20.

Azərbaycan Respublikasının gömrük ərazisinə istehsalı təşkil etmək üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, digər sərmayəçilik təyinatlı mallar

200

21.

«Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə aparılacaq neft-qaz əməliyyatları ilə əlaqədar Sazişlərin lazımi səviyyədə yerinə yetirilməsi üçün ABŞ, onun subpodratçıları və agentləri tərəfindən bu məqsədlə nəzərdə tutulmuş mallar

A

22.

NŞBK, onların subpodratçıları və agentləri tərəfindən «Qarabağ» yatağında bağlanmış Sazişlə əlaqədar neft-qaz əməliyyatlarının lazımi səviyyədə yerinə yetirilməsi üçün nəzərdə tutulmuş mallar

Q

23.

«Şahdəniz», onların subpodratçıları və agentləri tərəfindən «şahdəniz» yatağı üzrə bağlanmış Sazişlə əlaqədar neft-qaz əməliyyatlarının lazımi dərəcədə yerinə yetirilməsi üzrə nəzərdə tutulmuş idxal olunan mallar

Ş

24.

ANƏŞ (NAOK), onun subpodratçıları və agentləri tərəfindən «Əşrəfi», «Dan ulduzu» yataqları üzrə bağlanmış Sazişlərlə əlaqədar neft-qaz əməliyyatlarının lazımi səviyyədə aparılması üçün nəzərdə tutulmuş idxal malları

D

25.

«Lənkəran Dəniz», onun subpodratçıları və agentləri tərəfindən «Lənkəran Dəniz» yatağı üzrə bağlanmış Sazişlə əlaqədar neft-qaz əməliyyatlarının lazımi səviyyədə aparılması məqsədilə nəzərdə tutulmuş idxal olunan mallar

L

26.

«Mir» hökumətlərarası teleradio şirkəti tərəfindən idxal olunan mallar

M

27.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yazılı göstərişinə uyğun azad olunan mallar

KM

Aksiz vergiləri üzrə

28.

İstehsal ehtiyacları üçün idxal olunan aksizli xammal və materiallar

001

29.

Buraxılış tarixindən bir ildən artıq müddət keçmiş aksiz vergiləri tətbiq edilən avtomobillər

002

İxrac üzrə

30.

«Azəri», «Çıraq» və «Günəşli» sazişləri üzrə neft-qaz əməliyyatları üçün əvvəl idxal olunmuş, ixrac olunacaq mallar

A-1

31.

«Qarabağ» Sazişi üzrə neft-qaz əməliyyatları aparmaq üçün əvvəl idxal olunmuş, ixrac olunacaq mallar

Q-1

32.

«Şahdəniz» Sazişi üzrə neft-qaz əməliyyatları aparmaq üçün əvvəl idxal olunmuş, ixrac olunacaq mallar

Ş-1

33.

«Dan ulduzu», «Əşrəfi» Sazişləri üzrə neft-qaz əməliyyatları aparmaq üçün əvvəl idxal olunmuş, ixrac olunacaq mallar

D-1

34.

«Lənkəran Dəniz» Sazişi üzrə neft-qaz əməliyyatları aparmaq üçün əvvəl idxal olunmuş, ixrac olunacaq mallar

L-1

Yüklə 462,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin