Qaz təchizatı haqqında


Madd ə 19. Mühafizə zonası və tədbirləri



Yüklə 430,45 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix06.03.2023
ölçüsü430,45 Kb.
#86890
1   ...   7   8   9   10   11   12   13   14   15
Q-7

Madd
ə 19. Mühafizə zonası və tədbirləri
1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq
habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən 
qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə 
müvafiq icra 
hakimiyyəti orqanı
 mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. 
2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına 
icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna 
xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq 
sahibinin hesabına oradan kənar edilməlidir. 
3. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirlərilə bağlı 
qüvvədə olan norma və qaydalar tətbiq edilir. 
VI f
əsil. Yoxlama, ödəmə və cərimələr, bu Qanunun 
pozulmasına görə məsuliyyət 
Madd
ə 20. Yoxlama
Müvafiq icra hakimiyyəti orqanı
 və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr 
qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 
Madd
ə 21. Ödəmə və cərimələr
1. 
Müvafiq icra hakimiyyəti orqanı
 qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin 
tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini 
müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Bu 
qərar istənilən şəxs tərəfindən yerinə yetirilmədikdə müvafiq icra hakimiyyəti orqanı 
onun vəsaiti hesabına qərarın və ya müvafiq tədbirlərin həyata keçirilməsini təmin 
etməlidir. 
2. 
Müvafiq icra hakimiyyəti orqanı
 qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr 
tətbiq edə bilər. 

Yüklə 430,45 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin