IV f əsil. Energetika müqavilələri, qazın nəql edilməsi, paylanması və saxlanılması Madd ə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr 1. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz
anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri
olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə
müvafiq icra hakimiyyəti
orqanı
arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra
qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab
edilir.
2. Energetika müqaviləsi müvafiq qanunvericiliyin və müqavilənin müddəaları əsasında
müəyyən edilmiş fəaliyyətin yerinə yetirilməsi üzrə podratçıya hüquqlar və vəzifələr
verir.
3. Yuxarıda göstərilən hüquqları əldə etmək üçün podratçı dövlətə energetika
müqaviləsində göstərildiyi kimi ödəmələr verir.
4. Energetika müqavilələrinin birinci fəaliyyət müddəti onun qüvvəyə mindiyi vaxtdan
hesablanmaqla 20 ildən artıq olmamalıdır. Bu maddənin 1-ci hissəsinə müvafiq olaraq
müqavilənin fəaliyyəti yenidən daha 10 il uzadıla bilər.
5. Energetika müqaviləsi onun şərtlərinə görə dayandırıla bilər. İstənilən halda
müvafiq
icra hakimiyyəti orqanı
xəbərdarlıq etdikdən və podratçıya çatışmamazlıqları aradan
qaldırmaq üçün münasib vaxt verdikdən sonra da podratçı öz vəzifələrindən irəli gələn
tələbləri daim pozarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müqavilənin fəaliyyəti
dayandırıla bilər.
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.