4. Qaz ekspertləri öz qərarlarının və sertifikatlarının
dəqiq və düzgünlüyünə görə
məsuliyyət daşıyırlar.
Müvafiq icra hakimiyyəti orqanı
xüsusi icazədə və ya qərarlarda
üçüncü tərəfin müvafiq sığortasını nəzərdə tuta bilər.
5.
Müvafiq icra hakimiyyəti orqanı
qaz ekspertlərinin fəaliyyətinə nəzarət edir. Əgər qaz
ekspertlərinin ixtisas dərəcəsi, peşə səriştəliliyi və etibarlılığı tələblərə cavab vermirsə,
müvafiq icra hakimiyyəti orqanı
xüsusi icazə verdiyi fəaliyyəti dayandıra bilər. Zəruri
hallarda isə xəbərdarlıq edilmədən xüsusi icazə geri də alına bilər. Bu
həmçinin, bu
maddənin 3-cü hissəsinə uyğun qaz ekspertinin yüksək əmək haqqı və xərcləri ödəməsini
tələb etmə hallarına da aiddir.
6. Qaz qurğularını istehsal edən, quraşdırma və istismar işlərini aparan və təmir edən
müəssisə müvafiq texniki məsələləri və nəzarəti müstəqil yerinə yetirmək üçün ixtisasını,
təşkilati və texniki səriştəsini və etibarlılığını nümayiş etdirdikdə (öz məhsul və
xidmətləri istisna olunmaqla) qaz eksperti təyin edilə bilər. Bu maddənin 1-ci və 5-ci
hissələri belə müəssisələrə də aid edilir.
Dostları ilə paylaş: