Qaz təchizatı haqqında


Madd ə 13. Qazın paylanması və satılması



Yüklə 430,45 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix06.03.2023
ölçüsü430,45 Kb.
#86890
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Q-7

Madd
ə 13. Qazın paylanması və satılması 
1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən 
şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının 
şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin 
ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil 
etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni 
qaydada qazın paylanmasına da tətbiq edilir. 
2. Qazın istehsalını, alınmasını və topdansatış təchizatını etibarlı və müvafiq qiymətlərlə 
təşkil və təmin etmək məqsədilə qaz paylayıcılarına assosiasiya və müəssisələrlə 
birləşməyə icazə verilir. Bu Qanunun 12-ci maddəsinin 6-cı hissəsi eyni qaydada 
müvafiq sazişlərə tətbiq edilir. 
2-1. İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik 
yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun olmalıdır. Dövlət 
standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 
Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı tərəfindən laboratoriya şəraitində və ya 
xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz 
paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri 
dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin 
standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir. 
3. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri 
müvafiq 
icra hakimiyyəti orqanının
 müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz 
təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə 
qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
4. Qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri 
müvafiq icra 
hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilmiş
 
tariflərə müvafiq olmalıdır. Bu tariflər: 
 
paylayıcının qaz təchizatı, digər iş və xidmətləri üzrə qiymətlərin 
hesablanmasının və təyin edilməsinin metod və prinsiplərini;
 
müxtəlif kateqoriyalı istehlakçılar üçün hər bir kubmetr verilən qazın tariflərini və 
onların təyin edilməsi metodlarını özündə əks etdirir.
Tariflər qaz paylanması münasibətləri üzrə energetika müqavilələrinin müddəalarına 
uyğun olmalı və kütləvi şəkildə yayılmalıdır. 
5. Əgər xüsusi hallarda bu maddənin 3-cü və 4-cü hissələrindən irəli gələn qaz təchizatı 
üzrə tariflər və şərtlər məqsədəuyğun olmazsa, qaz paylayıcısı istənilən istehlakçı ilə 
tərəflərin qəbul etdiyi yeni şərtlər əsasında xüsusi saziş bağlaya bilər. Qaz paylayıcısı hər 
belə sazişin surətini 
müvafiq icra hakimiyyəti orqanına
 təqdim etməlidir. 
6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 
 
istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi 
və müddəti göstərilməklə) olduqda;


 
təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya 
qaz sızmasının qarşısı alındıqda;
 
istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
dövlət standartlarının tələblərinə cavab vermədikdə;
 
paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı 
istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay 
müddətində tam ödənilmədikdə;
 
paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda;
 
istehlakçı bu Qanunun 3-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələrini qaz qurğularına, 
tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun 
mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə 
törətdikdə həmin orqanların göstərişi əsasında; 
 
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri tərəfindən tərtib 
edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə 
səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə 
aradan qaldırılmadıqda həmin orqanların göstərişi əsasında; 
 
məhkəmənin qərarı ilə.
7. İstehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. 
Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın 
dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə 
nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı 
bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın 
verilməsinin dayandırılması qadağandır. 
8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə 
əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir 
(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz 
paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz 
paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 
9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti 
hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti 
hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan 
zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi 
(yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, 
zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına 
qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının 
dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb 
edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 
Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında 
göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan 
keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu 
ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 
10. Müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin 
pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş 
məsuliyyətə səbəb olur. 


11. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları 
yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz 
edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. 
12. Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və 
tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma 
işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, 
dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Sənaye qaz 
qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasına görə sənaye qaz qurğusunun 
istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 
olunmuş qoşulma xidmətinə görə ödəniş həyata keçirir. 
13. Qoşulma nöqtəsi çoxmənzilli yaşayış binaları üzrə həmin binalarda yerləşən qaz xətti 
(dik boru), digər tikinti obyektləri üzrə isə ən yaxın məsafədə yerləşən və texniki 
parametrlərə uyğun qaz təchizatını təmin edə bilən mövcud qaz şəbəkəsi hissəsi hesab 
edilir. 

Yüklə 430,45 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin