Qaz təchizatı haqqında


Madd ə 4. Məişət qaz qurğularına tələblər



Yüklə 430,45 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix06.03.2023
ölçüsü430,45 Kb.
#86890
1   2   3   4   5   6   7   8   9   ...   15
Q-7

Madd
ə 4. Məişət qaz qurğularına tələblər
1. İstehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
dövlət standartlarının tələblərinə cavab verməlidir. 
2. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz 
ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və 
sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə və 
sertifikatın verilməsinə görə ödəniş tələb olunmur. 
Madd
ə 5. Sənaye qaz qurğularına tələblər
1. Sənaye qaz qurğuları yoxlanılmalı, sınaqdan keçirilməli və xüsusi icazə əsasında 
istismara verilməlidir. 
2. Sənaye qaz qurğularının yoxlanılması və sınaqdan keçirilməsi 
müvafiq icra 
hakimiyyəti orqanı
 və müstəqil qaz eksperti (hətta qurğunu tikməyən və onu idarə 
etməyən podratçı) tərəfindən də həyata keçirilə bilər. 
3. Sənaye qaz təchizatı qurğusuna xüsusi icazə qaz sahəsində fəaliyyət göstərməyə xüsusi 
icazəsi olan şəxsə verilir. Xüsusi icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin 
qurğunun yoxlanılmasını və sınaqdan keçirilməsini təsdiq edən müvafiq sənədlər və 


hesabat əsasında verilir. Xüsusi icazə vermək üçün müvafiq icra hakimiyyəti orqanı əlavə 
informasiya, yoxlama və ya sınaq da tələb edə bilər. 
Madd
ə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr
1. Qaz qurğularında hər hansı nəzərdə tutulmamış dəyişmələr baş verərsə, bu Qanunun 4-
cü və 5-ci maddələrində göstərilən şərtlərin yerinə yetirilməsi məcburidir. 
2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya 
qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə 
dəymiş ziyana görə məsuliyyət daşıyır. 

Yüklə 430,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin