3. Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal
qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə
müvafiq icra hakimiyyəti orqanına
məlumat verməlidirlər. Qaz istehsalı üzrə xüsusi
icazəsi olan şəxslər və podratçılar müvafiq icra hakimiyyəti orqanının qərarlarına
əsaslanaraq təhlükələrin qarşısının alınması və aradan qaldırılması üçün tələb olunan
bütün tədbirləri görməlidirlər.
4. Müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü
əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz
və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına
və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini
təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini
mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə
həmin sənədin alınmasını təsdiq etməlidir.
5. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına «Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında»
Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki
baxış keçirilir.
6. Qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısının alınması və nəticələrinin aradan
qaldırılması qaz paylayıcısı tərəfindən həyata keçirilir.
7. İstehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi
vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
8. İstehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən
detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdırlar.
Dostları ilə paylaş: