Qaz kəmərlərinin sınanması
7.59. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin bütün yeni tikilən və əsaslı təmir olunan qaz kəmərləri və QPM-i, həmçinin sənaye, kommunal və başqa istehlakçıların qaz şəbəkələri möhkəmliyə və kipliyə sınanmalıdır. Sınaqlar Dövləttikintikomun təsdiq etdiyi Tikinti Norma və Qaydaların (TN və Q) tələblərinə uyğun olaraq aparılmalıdır.
7.60. Möhkəmliyə və kipliyə sınanmazdan əvvəl qaz kəməri hava ilə üfürülməlidir. Üfürmə üsulu işin icrasının layihəsi üzrə, yerli şəraiti nəzərə almaqla təyin edilməlidir.
7.61. Qaz kəmərlərinin möhkəmliyə və kipliyə sınanması tikinti-quraşdırma təşkilatı tərəfindən, sifarişçinin texniki nəzarətinin və qaz təsərrüfatı müəssisəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin iştirakı ilə aparılmalıdır.
Sınağın nəticələri tikinti pasportlarına yazılmalı və müvafiq imzalarla təsdiq olunmalıdır.*
7.62. Yerüstü, yeraltı və daxili qaz kəmərlərini, habelə QPM (QPQ) qaz kəmərlərini möhkəmliyə və kipliyə sınadıqda təzyiq normaları, həmçinin kipliyə sınandıqda yol verilən təzyiq tikililərinin hesablanması düsturları bu Qaydaların 22-ci əlavəsində göstərilmişdir.
7.63. Qaz kəmərlərinin sınağını apardıqda qaz kəmərlərində təzyiqin ölçülməsinin lazımi dəqiqliyini təmin edə bilən aşağıdakı növ manometrlər və difmanometrlər tətbiq edilməlidir:
1 kqq/sm2-ə (0,01-dən 0,1 MPa) qədər olan təzyiqin sınağı üçün civə ilə doldurulmuş U şəkilli manometrlər, Dövlət standartlarına müvafiq nümunəvi manometrlər, yaxud müvafiq şkalalı yaylı nəzarət manometrləri;
1 kqq/sm2 (0,1 MPa)-dan artıq olan təzyiqin sınağı üçün: möhkəmliyə sınandıqda — dəqiqliyi 1,5-dən az olmayan Dövlət standartlarına müvafiq olan yaylı manometrlər, kipliyə sınandıqda isə — Dövlət standartlarına müvafiq olan nümunəvi manometrlər, yaylı nəzarət manometrləri, yaxud difmanometrlər.
Dostları ilə paylaş: |