Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 159,23 Kb.
səhifə15/23
tarix02.01.2022
ölçüsü159,23 Kb.
#45773
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
2. 103 saylı qərar

Qaz kəmərinin istismar edilməsi
7.28. Hər bir istismara qəbul edilən qaz kəmərinə pasport tərtib edilməlidir və oraya qaz kəmərini xarakterizə edən əsas göstəricilər qeyd olunmalıdır. Sonralar isə oraya istismar prosesində təmir üzrə aparılan bütün işlər barədə məlumatlar əlavə edilir.

Yeraltı və yerüstü qaz kəmərlərinin texniki xidməti üzrə bütün işlər müəyyən olunmuş qaydada işlənib hazırlanmış və təsdiq olunmuş təlimatlara əsasən, cədvəldə nəzərdə tutulan müddətlərdə aparılmalıdır.

7.29. Qaz kəmərlərinin və qurğularının, şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində nəzərdən keçirməklə, yoxlanması qaz təsərrüfatı müəssisələrinin təyin etdiyi və qaz kəmərlərinin təhlükəsiz istismarını təmin edən müddətlərdə aparılmalıdır. Yoxlama müddətləri qaz təsərrüfatının tabe olduğu rəhbər təşkilatlar, baş qaz idarələri tərəfindən təsdiq edilməlidir.

Qaz kəməri xətlərinin yoxlanılması müddətləri təyin edilərkən onların konkret istismar şəraiti: istismar olunması müddəti, qaz kəmərinin vəziyyəti, qazın təzyiqi, zirzəmilərdə qaz siqnalizasiyasının olması, torpaqların qabarma xüsusiyyəti və korroziya aktivliyi, azmış cərəyanların olması, mühafizənin olması, ərazinin xüsusiyyəti və onun tikililərlə sıxlığı, ilin fəsli və s. nəzərə alınmalıdır.

İstismar şəraitinin dəyişilməsi və istismar prosesində toplanan təcrübə nəzərə alınmaqla qaz kəmərlərinin yoxlanılması müddətlərinə hər il yenidən baxılmalıdır.

7.30. Yeraltı qaz kəmərləri xətlərini yoxlayan zaman qaz kəmərlərindəki qurğuların saz olması, həmçinin qaz qurğularında və qaz kəmərindən hər iki tərəfə 15 metrədək məsafədə yerləşən başqa kommunikasiyaların (kanalizasiyanın, istilik trassasının, su kəmərinin, telefon və s.) quyularında, binaların zirzəmilərində, kollektorlarda, körpü dayaqları şaxtalarında, nəzarət borularında qazın olub-olmaması yoxlanılmalıdır.

Yeraltı qaz kəmərləri xətlərini yoxlamaq üçün müəyyən nömrələri olan marşrut kartları tərtib olunmalı və bunlar yoxlayıcı şəxslərə verilməlidir. Hər bir marşrut kartında qaz kəmərləri xəttinin sxemi və uzunluğu, həmçinin kəmərdən hər iki tərəfə 15 metr radiusda yerləşən bütün yeraltı kommunikasiyaların quyuları və binaların zirzəmiləri göstərilməlidir.

7.31. Qaz kəmərinin yaxınlığındakı bu Qaydaların 7.30 bəndində göstərilən qurğuların hər hansında qazın olması aşkar edildikdə, bu barədə QYX-ni xəbərdar etmək və eyni zamanda qurğuların və zirzəmilərin havasını dəyişmək üçün tədbirlər görmək lazımdır. Bu halda əlavə olaraq, qaz kəmərindən 50 metr radiusda yerləşən binaların zirzəmiləri və başqa yeraltı qurğular yoxlanılmalıdır.

Binaların zirzəmilərində qaz aşkar edildikdə, binadakı adamlara açıq oddan istifadə etməmək barədə xəbər verilməli, lazım olduqda adamlar binadan çıxarılmalıdırlar.

7.32. Zirzəmilərdə, kollektorlarda, şaxtalarda, quyularda və başqa yeraltı qurğularda qazın olması xüsusi cihazlarla təyin edilməlidir.

Əgər kollektorlarda, şaxtalarda, quyularda və başqa yeraltı qurğularda qaz aşkar edilmişsə, oraya girmək qadağan edilir.

Binaların zirzəmisində havanın analiz edilməsi birbaşa zirzəmidə — partlayışdan mühafizə tipli qaz analizatoru vasitəsilə aparılır, bu olmadıqda isə havadan yoxlama üçün nümunə götürərək onu binadan kənarda analiz edirlər.

Zirzəmilərdə və həmçinin quyuların, şaxtaların, kollektorların və başqa qurğuların yanında tütün çəkmək və açıq oddan istifadə etmək qadağandır. 23

7.33. Elektrik mühafizə qurğularına xidmət edilməsi müddətləri və qaydası, habelə qaz kəmərinin elektrik vəziyyətinin ölçülməsi müddətləri Dövlət tərəfindən təsdiq edilmiş müvafiq standartların tələblərinə uyğun olaraq təyin edilməlidir.

7.34. Elektrik mühafizə qurğularında sazlama və istismar işləri, həmçinin elektrik ölçmə işləri, xüsusi hazırlıq keçmiş, 1000V qədər gərginlikli qurğularda işləmək hüququ verən vəsiqəsi olan şəxslər tərəfindən, elektrik qurğularının quruluşu qaydaları, istehlakçıların elektrik qurğularının texniki istismarı qaydaları və istehlakçıların elektrik qurğularının istismarı zamanı təhlükəsizlik texnikası qaydalarının tələblərini gözləməklə aparılmalıdır.

7.35. Şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində qaz təchizatı sistemlərini mühafizə vasitələrinin istismarı və yeraltı qaz kəmərlərinin korroziya (paslanma) vəziyyətinin dövrü olaraq yoxlanılması işləri — ixtisaslaşdırılmış mühafizə xidmətləri (dəstələri), laboratoriyalar, qaz kəmərlərində korroziya təhlükəsi törədən zonaların vaxtında aşkar edilməsinə və onların aradan qaldırılmasına cavabdehlik həvalə olunmuş qaz təsərrüfatı müəssisələrinin şöbələri tərəfindən yerinə yetirilməlidir. Bu təşkilatların heyətində hazırlıqlı və həmin növ işləri görməyə icazə verilmiş lazımi miqdarda fəhlə və Mühəndis Texniki İşçilər (MTİ) ştatı olmalıdır.

Müəssisələrə, idarələrə və başqa təşkilatlara məxsus yeraltı qaz kəmərlərini elektrik mühafizə avadanlıqlarına həmin müəssisələrin (idarələrin) qüvvəsi və vəsaiti hesabına, yaxud həmin işlərin görülməsi üçün müqavilələr üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən xidmət edilməlidir.

7.36. İstismar olunan qaz kəmərlərində korroziyaya uğrayan zonalar aşkar edildikdə qaz kəmərlərinin sahibləri onların aradan qaldırılması üçün tədbirlər görməlidir və qaz kəmərlərini korroziyadan mühafizə sistemi quraşdırılmalıdır. İşlərin görülməsi müddətləri ixtisaslaşdırılmış təşkilatlar tərəfindən təyin edilir, qaz təsərrüfatı müəssisələri ilə razılaşdırılır və qaz kəmərinin sahibi olan müəssisənin rəhbəri tərəfindən təsdiq edilir.

7.37. Quyularda, kollektorlarda və başqa yeraltı qurğularda qaz kəmərlərinin elektrik potensiallarını ölçməzdən əvvəl, xüsusi cihazlar vasitəsi ilə orada qazın olmamasını yəqin etmək lazımdır. Açıq od vasitəsilə qazın olmamasını yoxlamaq qadağandır.

7.38. Kollektorlarda, kanallarda, texniki dəhlizlərdə, döşəmə altında qaz kəmərlərinin və onunla birlikdə çəkilmiş başqa mühəndis kommunikasiyalarının (su kəmərləri, istilik kəmərləri, elektrik və telefon kabelləri və s.) istismarı yerli İcra Hakimiyyəti orqanının təsdiq etdiyi təlimatlar üzrə vahid ixtisaslaşdırılmış təşkilat tərəfindən aparılmalıdır.

Kollektorlarda, kanallarda, texniki dəhlizlərdə, döşəmə altlıqlarındakı və s. hava mühitində qazın olub-olmamasına nəzarət avtomat qaz siqnalizatorları vasitəsilə aparılmalıdır.

7.39. Yeraltı qaz kəməri zonasında tikinti işlərinin aparılması (binaların, qurğuların, yeraltı kommunikasiyaların sökülməsi, yaxud tikilməsi) zamanı kəmərin zədələnməsi ehtimalı varsa, belə işlərə qaz kəmərini istismar edən təşkilatın yazılı göstərişləri və icazəsi əsasında yol verilə bilər. İstismar təşkilatının icazəsində qaz kəməri zonasında işlərin aparılması şərtləri və qaydası qeyd edilməli, həm də qaz kəmərinin əlaqələri ilə birlikdə sxemi verilməlidir. Ərazisində iş aparılan qaz kəməri trassası hər gün yoxlanılmalıdır.

7.40. Şəhərin və yaxud başqa yaşayış məntəqəsinin qaz şəbəkələrində lazımi təzyiqin saxlanılmasına nəzarət ildə iki dəfədən az olmamaq şərtilə şəbəkənin müxtəlif nöqtələrində təzyiqin ölçülməsi yolu ilə həyata keçirilməlidir.

7.41. Qaz təsərrüfatında fəaliyyət göstərən hüquqi şəxslər kommunal-məişət tələbatı üçün, dövlətin müvafiq standartlarının tələblərinə uyğun olaraq sınaq üsulları ilə qazın odorizasiya edilməsinə nəzarəti təşkil etməlidirlər.

Qazın odorizasiya həddinin yoxlanılmasının nəticələri laboratoriya jurnalında qeyd edilməlidir.

7.42. Qaz kəmərləri birləşmələrinin kipliyinin yoxlanılması, həm də qaz kəmərində, quyularda, binalarda qazın sızması yerlərinin axtarılması işləri sabunlu emulsiya, yaxud xüsusi cihazlar vasitəsilə aparılmalıdır.

Bu məqsədlə alovdan istifadə etməyə ancaq binalardan və yeraltı qurğulardan 3 metr uzaqdakı buruq quyularını yoxlamaq üçün icazə verilir.

7.43. Çaylardan və kanallardan keçən qaz kəmərlərinin sualtı keçidlərinə texniki xidmət etdikdə, aşağıda göstərilən tələblər yerinə yetirilməlidir:

keçidlərin sahil hissəsində yeraltı qaz kəmərləri kimi xidmət edilməlidir;

həm hesablanmış müsbət, həm də hesablanmış mənfi üzmə qabiliyyəti olan bütün təzyiqli qaz kəmərlərinin sualtı keçid hissəsinin yoxlanılması hər beş ildən bir dəfədən az olmayaraq aparılmalıdır.

Qaz kəmərlərinin sualtı hissəsinin yoxlanılması ixtisaslaşdırılmış təşkilatlar tərəfindən aparılmalıdır.*

7.44. Bütün təzyiqli yeraltı polad qaz kəmərləri, armaturlar və s. istismar prosesində onların kipliyini, həm də izolyasiyasının və borunun xarici səthinin vəziyyətini təyin etmək məqsədi ilə dövrü olaraq yoxlanılmalıdır.

7.45. Bütün təzyiqli qaz kəmərlərində kipliyin yoxlanılması beş ildə bir dəfədən az olmayaraq aparılmalıdır.

7.46. Qaz kəmərlərində kipliyin və izolyasiyanın vəziyyəti qazın sızmasını və izolyasiyanın zədələnməsini torpağı açmadan aşkar edən cihazlar vasitəsilə yoxlanılır.

Müstəsna olaraq yay aylarında, həmçinin burğac üsulu ilə qaz kəmərlərinin kipliyini yoxlamaq olar.

Paylayıcı küçə qaz kəmərlərində burğac yoxlama quyusu boru birləşmələrinin yaxınlığında, qaz kəmərinin divarından 0,3—0,5 metr məsafədə, qaz kəmərinin üst səthinin yerləşdiyi dərinliyə müvafiq dərinlikdə qazılır; qış vaxtı torpaq donan zaman isə daha artıq dərinlikdə, torpağın donmuş qatını keçənə qədər qazılmalıdır.

Paylayıcı küçə qaz kəmərlərində boruların birləşməsi sxemi olmadığı hallarda, həmçinin də həyət və məhəllə paylayıcı qaz kəmərlərində hər 2 metrdən bir quyu qazılmalıdır. Hissetmə qabiliyyəti həcmə görə 0,01%-dən az olmayan yüksək keyfiyyətli cihazlardan istifadə etdikdə quyular arasındakı məsafəni 5 metrə qədər artırmaq olar.

Buruq quyularında qazın olması qaz analizatorları vasitəsilə yoxlanılır. Əgər qazılın buruq quyuları binalardan, su quyularından, tunellərdən, kollektorlardan və başqa müvafiq tikintilərdən 3 metrdən artıq məsafələrdə yerləşirsə, bu məqsəd üçün oddan da istifadə etmək olar. Əgər qaz alışmayırsa qazılan quyu qaz analizatoru vasitəsilə yoxlanılır. Ancaq bundan sonra hesab etmək olar ki, qaz sızması aşkar edilməmişdir.*

7.47. Bütün yeraltı polad qaz kəmərlərini istismara buraxdıqdan sonra mühafizə örtüklərinin vəziyyəti və boruların kipliyi 5 ildən bir yoxlanılmalıdır. 7.48. Cihazlar vasitəsilə aşkar edilən yerlərdə şurf (dayaz quyu) qazmaqla da qaz kəmərlərini yoxlamaq olar;

cihaz olmadıqda isə belə şurflar küçə, qəsəbələrarası və şəhər magistral qaz kəmərlərində hər kilometrdən bir və həyət, yaxud məhəllə paylayıcı, qaz kəmərlərində isə hər 200 metrdən bir açılmalıdır (lakin hər həyətdə, keçiddə, yaxud məhəllədə bir şurfdan az olmamaq şərtilə).

Yoxlamaq üçün tramvay xətlərinə və elektrikləşdirilmiş dəmir yollarına daha yaxın olan sahələr, həmçinin korroziyaya uğrama daha aktiv olan torpaq sahələri seçilməlidir. Mühafizə örtüklərinin vəziyyəti və borunun xarici səthinin vəziyyəti şurflar qazmaqla yoxlanılır.

7.49. Yoxlamaq üçün xəndəklər və yaxud şurflar mexanikləşdirilmiş üsullarla qazılarsa, qaz kəməri səthinə 200—300 mm qalmış sonuncu torpaq qatı qaz kəmərinin zədələnməməsi üçün ehtiyatla, bel vasitəsilə açılmalıdır.

7.50. Qaz kəmərinin kipliyinin, borunun xarici səthinin və izolyasiyasının vəziyyətinin yoxlanılmasının nəticəsi qaz kəmərinin pasportunda qeyd edilməli və qaz kəmərinin təmir növü və müddətləri müəyyən edilərkən nəzərə alınmalıdır. Əgər yoxlama zamanı zədələnmə aşkar edilərsə (izolyasiyanın pis vəziyyətdə olması, korroziya ilə zədələnmə), qaz kəmərinin gələcəkdə daha artıq zədələnməsinin qarşısını almaq və aşkar edilmiş zədələrin aradan qaldırılması üçün tədbirlər hazırlanmalıdır.

7.51. Qaz kəmərlərindəki quyularda quraşdırılmış siyirtmə, kran, kompensator və başqa armaturlara qaz təsərrüfatı müəssisəsinin baş mühəndisinin, yaxud bu müəssisənin vəzifəsini yerinə yetirən təşkilatın təsdiq etdiyi cədvələ uyğun olaraq ildə azı bir dəfə texniki xidmət göstərilməlidir.

Armaturun yoxlanılmasının və təmirinin nəticələri qaz kəmərinin pasportuna qeyd edilməlidir.

7.52. Keçidlərdə və həyətlərdə yeraltı qaz kəmərlərini yoxlamaq, yaxud təmir etmək məqsədilə onların üstünü açmazdan əvvəl, burada yeraltı kommunikasiyaların zədələnməməsi və elektrik cərəyanından bədbəxt hadisələrə yol verilməməsi üçün həmin qurğuların yerini göstərmək və ya iş zamanı orada olmaq üçün müvafiq təşkilatların nümayəndələrinin çağırılmaları tələb olunur.

7.53. İstismar olunan yeraltı qaz kəmərlərinin yaxınlığında torpaq işləri aparılarkən torpağı yumşaldan zərbə mexanizmləri ilə iş görən zaman, həmin mexanizm istismar olunan qaz kəmərindən ən azı 3 metr məsafədə tətbiq edilə bilər, vertikal oxdan xeyli kənara çıxan mexanizmlər (küçə, paz-döyəc və s.) bu məqsədlə işlədildikdə isə bu məsafə 5 metrdən az olmamalıdır.

7.54. Yol örtüklərinin əsaslı təmiri və yenidən qurulması işlərinə başlamazdan əvvəl keçidlərin altında yerləşən qaz kəmərləri, onların əvvəlki texniki xidməti və təmiri müddətindən asılı olmayaraq, yenidən yoxlanılmalı və lazım olduqda təmir edilməlidir.

7.55. Polad qaz kəmərləri birləşmələrinin qırılan yerlərinə uzunluğu 200 mm-dən az olmayan metal halqa qaynaq edilməlidir, yaxud mufta qoyulmalıdır. Qaz kəmərinə qaynaq edilən makaraların qaynaq birləşmələri fiziki nəzarət üsulu ilə yoxlanılmalıdır.

7.56. Yeraltı polad qaz kəmərləri istər horizontal, istərsə də şaquli istiqamətdə öz yerini dəyişməklə mexaniki zədələnən zaman qazın sızmasının qarşısını almaq üzrə işləri görməklə yanaşı, zədə yerindən hər iki tərəfə ən yaxın birləşmənin üstü açılmalı və fiziki nəzarət üsulu ilə yoxlanılmalıdır.

Açılan birləşmələrdə qaz kəmərinin zədələnməsi ilə əlaqədar olan hallar aşkar edildikdə (qırılmalar, çatlamalar) qaz kəmərinin zədələnmə yerindən hər iki tərəfdəki daha bir birləşmənin üstü açılmalı və fiziki nəzarət üsulu ilə yoxlanılmalıdır.

Zədələnmiş birləşmələr (qırılmalar, çatlamalar) uzunluğu 200 mm-dən az olmayan metal halqa qaynaq etməklə, yaxud mufta qoymaqla təmir edilməlidir. Başqa növ qüsurlar (şlak yığılmaları, tam qaynaq edilməyən yerlər və yol verilmiş normalardan artıq boşluqlar olan birləşmələr) mufta qoyulmaqla gücləndirilməlidir.

7.57. Yeraltı qaz kəmərlərində qaz kəmərinin xətdən açılması ilə əlaqədar təmir işlərinə başlamazdan əvvəl (siyirtmələrin dəyişdirilməsi, tıxacların, ara döşəkçəsinin çıxarılması və qoyulması elektrik mühafizəsi olduğu halda) açılmalıdır və qaz kəmərinin açılıb ayrılmış sahələrində azmış cərəyanların təsirindən qığılcım törəməsinin qarşısını almaq üçün tağ (peremıçka) qoyulmalıdır (stasionar qoyulmuş tağ olmadığı hallarda), tağ qoyulması mümkün olmadıqda həmin işlər qaz kəmərini hava ilə üfürüldükdən sonra aparıla bilər.

7.58. Qaz kəmərlərinin təmiri, yaxud yenidən qurulması ilə əlaqədar olaraq sənaye, kommunal müəssisələrinə və başqa obyektlərə qaz verilməsi müvəqqəti olaraq kəsildikdə, həmçinin başqa hallarda müəssisə, yaxud obyekt bu barədə qabaqcadan xəbərdar edilməlidir.



Yüklə 159,23 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin