Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında
Qeyd: 1. Müxtəlif həcmlərdə çənləri olan saxlama bazasına qədər məsafə ən böyük həcmli çən üzrə təyin edilməlidir. 2. QDS-ın yerüstü çənlərindən, eyni vaxtda 800-dən artıq adam ola bilən yerlərə (stadion, bazar, park və s.) qədər məsafə bu cədvəldə verilmiş göstəricilərdən iki dəfə artıq götürülməlidir.
Qeyd: Ümumi həcmi 500 m3-dən az olan QDS-ın mayeləşdirilmiş qaz çənlərindən QDS-ə aid olmayan, yanğın təhlükəsinə görə Q kateqoriyasına aid olan binalara, aqreqatlara və qurğulara qədər məsafələr, bu cədvəldə göstərilənlərdən 30% yuxarı götürülməlidir.
Qeydlər: 1. Çənlərdən yarımstansiya binalarına və elektrik paylayıcı qurğusunun otaqlarına kimi olan məsafələr «Elektrik qurğularının quruluş qaydalarının» tələblərinə uyğun olaraq qəbul edilməlidir. 2. QDS-ın ərazisində olan binalarda QDS-ə aid olmayan istehsalat və yaşayış otaqlarının olmasına yol verilməməlidir.
Qeydlər: 1. Ümumi tutumu 50 m3-dən artıq olan çənləri QDM-də yerləşdirdikdə, QDM-ə qədər olan məsafəni TN və Q 11-37-76-nın 19-cu cədvəli üzrə götürmək lazımdır. 2. BBM-də 150-dən az balon yerləşdirildikdə BBM-dən bağçılıq və istirahət qəsəbələrinin birmərtəbəli evlərinə qədər olan məsafəni iki dəfə azaltmaq olar.
Qeydlər: 1. Yerüstü çənlər arasındakı işıqda məsafəsi 1 metrdən az olmamaq şərti ilə, yaxın çəndən ən böyüyünün diametrinə bərabər olmalıdır. 2. Yeraltı çənlər arasındakı məsafə, 1 metrdən az olmamaqla çənlərin yerləşməsinin dərinliyini, torpağın xarakterini və çənlərin asanlıqla yoxlanılması və təmiri nəzərə alınmaqla təyin olunmalıdır.
Qeyd: Tozlu odsöndürənlərdən istifadə etməyə icazə verilir. Eyni diametrli, bütün təzyiqlərdə işləyən yeraltı qaz kəmərləri üçün təzyiqin aşağı düşməsinin yolverilən qiyməti ∆рд (mm civə sütunu ilə)
müxtəlif diametrli sahələri olan həmin qaz kəməri üçün
burada: D — qaz kəmərinin mm-lə, daxili diametri; T — saatla, sınaq müddəti; d1, d2, …, dn — qaz kəmərinin sahələrinin, mm-lə, daxili diametrləri; l1, l2, …, ln — müvafiq diametrli sahələrin (m-lə) uzunluqlarıdır. Sınaq zamanı qaz kəmərində təzyiqin faktik olaraq aşağıya düşməsi ∆рд (mm civə sütunu ilə)
burada: H1, H2 — mm civə sütunu ilə, sınağın başlanğıcında və sonunda manometrlərin göstəriciləridir; B1, B2 — mm civə sütunu ilə, sınağın başlanğıcında və sonunda, barometrin göstəricisidir. Əgər sınaq zamanı qaz kəmərindəki təzyiq yol verilən qiymətdən aşağı düşmürsə, qaz kəməri sınaq təzyiqinə davam gətirmiş hesab edilir. Təzyiqi 1 kqq/sm2-dən artıq olan daxili qaz kəmərləri üçün təzyiqin aşağıya düşməsinin yolverilən qiyməti ∆р (başlanğıc sınaq təzyiqinə görə, %-lə)
burada Ddax sınanılan qaz kəmərinin mm-lə daxili diametridir. Əgər sınanılan qaz kəməri müxtəlif diametrli sahələrdən ibarətdirsə, qaz kəmərinin orta daxili diametri aşağıda göstərilən tənliklə təyin edilir:
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 173 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 675) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2004-cü il tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 750) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2004-cü il tarixli 197 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1077) 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) 1 may 2008-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 430) 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432) 10 sentyabr 2009-cu il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 738) 24 sentyabr 2009-cu il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 757) 19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857) 15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57) 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) 12 may 2015-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 662) 29 aprel 2016-cı il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 may 2016-cı il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 833) 17 aprel 2018-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 798) 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) 21 yanvar 2019-cu il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 154) 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 1 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 1.4-cü bəndinin ikinci abzasında, 1.5-ci bəndinin birinci və ikinci abzaslarında, 1.6-cı bəndində, 2.11-ci bəndinin səkkizinci və doqquzuncu abzaslarında, 2.24-cü, 7.2-ci bəndlərində, 7.3-cü bəndinin birinci-üçüncü abzaslarında, 7.4-cü bəndinin Qeyd hissəsində, 7.61-ci bəndinin birinci abzasında, 7.64-cü bəndinin üçüncü abzasında, 7.66-cı bəndinin birinci abzasında, 7.77- ci bəndində, 7.92-ci bəndinin ikinci abzasında, 7.116-cı bəndinin ikinci abzasında ismin müvafiq hallarında “Dövlətdağmədəntexnəzarət Komitəsi” və “Dövlətdağmədəntexnəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir. 2 24 sentyabr 2009-cu il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 757) ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 1.4-cü bəndinin ikinci abzasında, 2.11-ci bəndinin birinci və səkkizinci abzaslarında, 2.12-ci, 2.24-cü, 8.34-cü, 8.63-cü və 8.66-cı bəndlərində ismin müvafiq hallarında «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti» sözləri ismin müvafiq hallarında «Dövlət Neft Şirkəti» sözləri ilə əvəz edilmişdir. 3 12 may 2015-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 662) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1.1-ci bəndində “insanların həyatını, sağlamlığını və əmlakını” sözləri “insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını” sözləri ilə əvəz edilmişdir. 4 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeni məzmunda 1.3-1-ci bənd əlavə edilmişdir. 5 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1.4-cü bəndə yeni məzmunda dördüncü və beşinci abzaslar əlavə edilmişdir. 6 1 may 2008-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 430) ilə «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın 1.5-ci bəndinin birinci abzasında«üzrə işlər» sözlərindən sonra «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq» sözləri əlavə edilmişdir. 7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 173 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 675) ilə "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 1.6-cı bəndindən "və tikinti-quraşdırma işlərini aparacaq təşkilatın aldığı xüsusi razılığın (lisenziyanın) surətini" sözləri çıxarılmışdır. 8 15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.4-cü bəndində “Dövlət Xəzər Dəniz Gəmiçiliyinə” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə” sözləri ilə əvəz edilmişdir. 9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2004-cü il tarixli 197 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1077) ilə "Qaz təchizatına mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 2.11-ci bəndinin a) yarımbəndində "hər hansı" sözlərindən sonra "tikinti və ya" sözləri əlavə edilmişdir. 10 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432) ilə «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.12-ci bəndində «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri «Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» sözləri ilə əvəz edilmişdir. 11 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.26-cı bəndində “Daxili İşlər Nazirliyi” sözlərindən sonra “,Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilmişdir. 12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2004-cü il tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 750) ilə "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 3.44-cü bəndində "Rabitə Nazirliyi" sözləri "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi" sözləri ilə əvəz edilmişdir. 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 3.44-cü bəndində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir. 21 yanvar 2019-cu il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 154) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 3.44-cü bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir. 13 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 4.11-ci bəndində “Dövlət Standartlaşdırma Mərkəzinin” sözləri “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilmişdir. 14 29 aprel 2016-cı il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 may 2016-cı il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 833) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 6.2-ci bəndin birinci cümləsində, 8.1-ci bəndin “q)” yarımbəndində, 8.2-ci bəndin birinci abzasında (hər iki halda), 8.4-cü bəndin üçüncü abzasının “Qeyd”ində, 8.57-ci bənddə, 8.68-ci bənddə, həmin Qaydalara 22 nömrəli Əlavənin 10-cu hissəsinin “Qeyd”ində (hər üç halda) ismin müvafiq hallarında “qaz cihazları” sözləri ismin müvafiq hallarında “qaz qurğuları” sözləri ilə əvəz edilmişdir. 15 29 aprel 2016-cı il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 may 2016-cı il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 833) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 6.8-ci bəndin birinci abzasının birinci cümləsində “qaz cihazına” sözləri “qaz qurğusuna” sözləri ilə, ikinci abzasının birinci cümləsində “qaz cihazı” sözləri “qaz qurğusu” sözləri ilə əvəz edilmişdir. 16 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.1-ci bənddə “xüsusi” sözü “Qaz təchizatı” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən hallarda və qaydada lisenziya və ya” sözləri ilə əvəz edilmişdir. 17 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.7-ci bəndin üçüncü abzasının ikinci cümləsində “xüsusi” sözü (birinci halda) “qanunla müəyyən edilən hallarda və qaydada lisenziya və ya” sözləri ilə, “xüsusi icazə verən müvafiq icra hakimiyyəti orqanına” sözləri “aidiyyəti üzrə” sözləri ilə əvəz edilmişdir. 18 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.9-cu bənddə “müvafiq qaydada alınmış xüsusi icazədə verilmiş” sözləri “qanunvericiliklə müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir. 19 1 may 2008-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 430) ilə «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın 7.11-ci bəndinin birinci abzasında«üzrə işlər» sözlərindən sonra «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq» sözləri əlavə edilmişdir. 20 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.12-ci bəndin ikinci abzasının birinci cümləsindən “qaydada alınmış xüsusi” sözləri çıxarılmışdır. 21 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.18-ci bənddə “və ya tələb olunduqda xüsusi” sözləri “və qanunla müəyyən edilən hallarda lienziya və ya” sözləri ilə əvəz edilmişdir. 22 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın .27-ci bəndində “DİN-in” sözləri “Fövqəladə Hallar Nazirliyinin” sözləri ilə əvəz edilmişdir. 23 17 aprel 2018-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 798) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.32-ci bəndinin dördüncü abzasında, 7.137-ci, 7.138-ci bəndlərində və 8.60-cı bəndinin birinci abzasında “papiros” sözü “tütün” sözü ilə əvəz edilmişdir. 24 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.78-ci bəndin üçüncü abzasında “xüsusi” sözü “qanunla müəyyən edilən hallarda lisenziya və ya” sözləri ilə əvəz edilmişdir. 25 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 173 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 675) ilə "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 7.133-cü bəndindən "xüsusi icazəsi (lisenziyası) olan" sözləri çıxarılmışdır. 26 10 sentyabr 2009-cu il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 738) ilə "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları"nın 7.136-cı bəndin ikinci cümləsində "Dövlət yanğından mühafizə idarələrinin" sözləri "yanğından mühafizə və yanğın nəzarəti qurumlarının" sözləri ilə, üçüncü cümləsində "yanğınsöndürmə dəstəsini" sözləri "yanğından mühafizə qurumunu" sözləri ilə əvəz edilmişdir. 27 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) ilə "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 8.63-cü bəndində "bayram" sözü "iş günü hesab edilməyən bayram" sözləri ilə əvəz edilmişdir. 19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857) ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları"nın 8.63-cü bəndində "istirahət və iş günü hesab edilməyən bayram günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilmişdir. 28 10 sentyabr 2009-cu il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 738) ilə "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları"nın 8.66-cı bənddə "mühafizə" sözündən sonra "və yanğın nəzarəti" sözləri əlavə edilmişdir. Yüklə 159,23 Kb. Dostları ilə paylaş: |