«Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında


 İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix30.03.2022
ölçüsü0,52 Mb.
#54471
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   31
qazdan-istifade-qerar-80

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın 

alqı-satqı müqaviləsinin ləğvi 

6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə 

aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 

6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının 

səbəbi və müddəti göstərilməklə) olduqda; 

6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının 

və ya qaz sızmasının qarşısı alındıqda; 

6.1.3. istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə

6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən 

hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) 

sonra bir ay müddətində tam ödənilmədikdə; 

6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 

6.1.6. məhkəmənin qərarı ilə. 

6.2. İstehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. 

Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın 

dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə 

nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu 



Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş 

göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. 

6.3. İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının 

səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl 

ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) 

barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində 

müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin 

ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın 

qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi 

qazın dəyərini ödəməlidir. 

6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı 

obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan 

borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin 

arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-

satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü 

müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 



(üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında 

müqavilə bağlanılmalıdır. 

Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin 

dayandırılması üçün əsas deyildir. 

6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı 

qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı 

və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb 

etməlidir. 

6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və 

müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı 

tərəfindən qazın verilməsi bərpa edilməlidir. 

6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 

6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə 

aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 

 

«Qazdan istifadə Qaydaları»na 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin