VII.3. Neftin temperaturundan genişlənməsi. Temperaturun dəyişməsi ilə neftin həcminin və ya sıxlığın dəyişməsini aşağıdakı ifadə vasitəsilə hesablamaq olar:
və ya
burada – neftin həcmi; -həcmi genişlənmə əmsalı; – neftin sıxlığı, temperaturdur.
VII.4. Neftin elektrikkeçirmə qabiliyyəti Neftin elektrikkeçirmə qabiliyyəti pisdir. Belə ki, onun elektrikkeçirmə əmsalı 10-16 1/om. məbərabərdir. Ona görə də neftə praktiki olaraq dielektrik material kimi baxmaq olar.
VII.5. Neftin istilik tutumu Neft yataqlarının istismarında neftin istilik tutumunun təyin edilməsi böyük əhəmiyyət kəsb edir. Neftin sıxlığının artması ilə onun istilik tutumu artır. Neftin istilik tutumu eyni zamanda temperaturdan da asılıdır.
Belə ki, teperatur 200 °C – dək artdıqca istilik tutumu düz xətt qanunu ilə artır.
VII.6.Doyma təzyiqi Doyma təzyiqi ( ) – qazlı maye qarışıqlarında (sistemlərində) ilk qaz qabarcıqlarının ayrılmasına uyğun gələn təzyiqdir. Qarışıqda olduqda, sistem birfazalı (maye şəklində), olduqda isə ikifazalı (sərbəst qaz və maye) vəziyyətdə olur. Deməli, doyma təzyiqi birfazalı termodinamik müvazinətli sistemin, ikifazalı sistemə keçməsi üçün keçid təzyiqdir.
Neft-mədən praktikasında qazlı mayelər sistyeminin tətbiqi çox böyükdür. Bu sahədə çox az texnoloji proses tapılar ki, orada bu və ya digər formada qazlı maye sisteminə rast gəlinməsin.
Sistemdə sərbəst qaz fazasının yaranmsı onun termik və qazhidrodinamik xassələrinə böyük təsir göstərməklə bu və ya digər texnoloji prosesin effektivliyinə edir.
Bu cəhətdən doyma təzyiqinin baxılan qaz-maye sistemi üçün düzgün təyin edilməsi, texnoloji proseslərin düzgün aparılması üçün əsas şərtlərdən biridir.
Qazıma nəticəsində məhsuldar qatın açılışı və mənimsənilməsi prosesində, neftdən qazın ayrılmasını təmin edən hidrostatik təzyiqin seçilməsində, açılmış lay rejiminin və növünün təyin edilməsində, qutyuların istismarında optimal iş rejiminin seçilməsində, qazlı maye sisteminin nəql olunmasında, nəhayət, yüksək neftvermə əmsalını təmin etməklə layın işlənməsini sürətləndirən təsir üsullarının düzgün seçilməsində və s. doyma təzyiqinin düzgün təyin edilməsi böyük əhəmiyyətə malikdir. Doyma təzyiqinin qiyməti, əsas etibarilə laboratoriya şəraitində təyin edilir.
Laboratoriya şəraitində istənilən lay nefti üçün doyma təzyiqi həmin laydan çıxarılmış qazlı maye nümunələri əsasında təyin edilir (bəzən müəyyən çətinliklərlə əlaqədar olaraq lay şəraitinə uyğun qazlı maye laboratoriya şəraitində süni üsullarla hazırlanır).
Qeyd etmək lazımdır ki, son illər doyma təzyiqinin quyuların və layların tədqiqat materialları əsasında tapılması üçün bəzi cəhdlər edilmişdir.
Doyma təzyiqini mədən şəraitində aşağıdakı üsullarla da təyin etmək
olar:
1)quyularda qaldırıcı borular boyunca qazlı maye qarışığının sıxlığının paylanma epürünü qurmaqla. Məlumdur ki, qaldırıcıda doyma təzyiqinin qiymətinə uyğun kəsikdən aşağı və yuxarı hissələrdə sıxlığın paylanma qanunu müxtəlif olduğundan, ) əyrisinin dönmə nöqtəsinə uyğun təzyiq olacaqdır. Sulaşmış quyularda doyma təzyiqinin təyininin mümkün olması və lift boyunca temperaturun qiymətli lay temperaturdan fərqli olması üzündən mədən şəraitində bu üsuldan az istifadə edilir;
2)quyuların tədqiqat materialları əsasında da doyma təzyiqini tapmaq olar. Bu üsul, əsas etibarilə quyudibi təzyiqin doyma təzyiqindən böyük qiymətlərində eyni rejimdə aparılan istismar hallarında (qaldırıcıda qazın neftdən ayrılması başmaqdan xeyli yuxarıda baş verən halda) tədbiq edilir. Belə istismar şəraitində bir müddətdən sonra (quyuağzı və quyudibi avadanlığı saz olduqda və qaldırıcı ilə qoruyucu kəmərin həlqəvi fazasında kipkəc olmadıqda) qaldırıcının başmağında təzyiq aşağıdakı ifadə ilə tapıla bilər:
burada - boru arxasındakı maye sütununun təzyiqi; - bou arzasındakı qaz sütununun təzyiqidir.
Başmaqdakı təzyiqi ölçməklə, doyma təzyiqinin qiymətini aşağıdakı düsturlarla tapmaq olar:
burada -boru arxasındakı quyuağzı təzyiq; - boruarxası qazın havaya görə nisbi xüsusi çəkisi; -havaya görə qaz sabiti; ( -h) intetrvalındakı temperaturun orta qiyməti; -neftin xüsusi çəkisidir;
3)son zamanlar Azərbaycan Neft və Kimya İnstitutunun əməkdaşları tərəfindən mədən tədqiqat məlumatları əsasında doyma təzyiqinin təyin olunma üsulları irəli sürülmüşdür. Müəyyən edilmişdir ki, quyular üzrə çıxarılmış məhsuldarlıq əmsalının zamandan asılı olaraq dəyişmə asılılıqları üzərində bəzi statistik hesablamalar aparmaqla, doyma təzyiqinin təyini mümkün olur. Bu baxımdan istər-korrelyasiyalı sıxılma‖ və istərsə də-"avtomatik seleksiya" üsulunun tətbiqi lazımi nəticələr verir;
4)doyma təzyiqi analitik ifadələr və bu məqsədlə qurulmuş nomoqramlar vasitəsilə də təyin edilə bilər. bu haqda ətraflı məlumat almaq üçün ədəbiyyata müraciət etmək olar.